İlahiyyat”
və “Şəhidlər” məscidlərində namaz qılmaq istəyənlərə bildirilib ki,
məscidin içi imanlılarla dolub, məscidin həyətində isə namaz qılmaq
qadağan olunub
Bu
gün “İlahiyyat” və “Şəhidlər” məscidlərində cümə namazı üçün gələnlər
yenidən polislə üzləşiblər. Belə ki, polis məscidə gələnlərin qabağını
kəsərək onları həyətə buraxmayıb. Əhaliyə bildirilib ki, məscidin içi
namaz qılmaq üçün gələnlərlə tamamilə dolub. Məscidin həyətində isə
namaz qılmaq qadağan olunub. Amma dindarlar ibadətlərini bitirib
çıxdıqca, polis çöldə gözləyənlərin bir-bir məscidin içinə daxil
olmasına icazə verib.
Xatırladaq ki, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi təhlükəsizliyin təmin olunması
məqsədilə müvəqqəti olaraq məscidlərin ətrafında namaz qılmağın qadağan
olunduğunu bildirmişdi.
P.S. Qeyd edək ki, “İlahiyyat”
məscidinin darvazası bağlı olduğu üçün, hasarın üzərindən məscidə daxil
olmaq istəyənlərə polislər “Ay Allahsızlar, keçməyin” deyə etiraz
edirdilər ki, bu da ətrafda acı gülüşlə müşahidə olunurdu.
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 1232 | Tarix: 22.11.2024