Bizi MTN-nin tutduğu adamlarla bağlamağa çalışırlar
01:11
Q.Süleyman Mili Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun sentyabrın 2-də yaydığı birgə məlumatda adları çəkilən adamları tanımadığını bildirib: «Adlarından tanımadım. Bəlkə şəkillərini görsəm tanıyaram. Onlar bizim məscidə gəlmirlər, belə insanlarla bizim əlaqəmiz olmayıb». Məscidin imamı bundan sonra da həbslərin olacağını düşünür: «İstintaq əsnasında xeyli məsələyə aydınlıq gətiriləcək. Rəsmi açıqlamadan bilinir ki, bu, xaricdən gələn bir şeydir. Yalnız daxildə aldanmış bəzi adamlar cihad pərdəsi altında quldurluğa cəlb olunublar və onların vasitəsilə nəsə həyata keçirmək istəyiblər». «Daxildə aldanmış bəzi adamlar» dedikdə Əbu Bəkr məscidini deyil, ümumən ölkə daxilini nəzərdə tutduğunu söyləyən Q.Süleyman terrorçuluq niyyətli adamları Əbu Bəkr icması ilə eyniləşdirməyin böyük səhv olduğunu vurğulayıb: «Onlar tamam başqa fikirli insanlardır. Onlar elə bilirlər ki, islam cihad eləməkdir, insanları öldürmək, yaxud haram hərəkətləri - qarəti, oğurluğu halal bilmək deməkdir. Əbu Bəkr bu kimi bəd əməllərin hamısının əleyhinədir. Kim onları bizə aid edirsə ya bizi, ya da onları yaxşı tanımır. Ya da bizi onlara bağlamaqla qərəzli mövqe nümayiş etdirir. Buna başqa cür qiymət vermək olmur». Q.Süleyman ümumiyyətlə «Meşə qardaşları», «Sumqayıt camaatı», «Quba və Qusar camaatı» adlı radikal qrupları hansısa təriqətlə, dinlə bağlamağı yanlış sayır: «O adamlar terrorçudular. Onları hansısa məzhəbə bağlamaq düzgün deyil. Onlar kiçik-kiçik dəstələrdir və özlərinə belə ad veriblər: «Meşə qardaşları» və sair. Əslində onların məqsədi xaricdən aldıqları sifarişlə Azərbaycanda sabitliyi pozmaq idi. Onlar bunu cihad sayırdılar, amma bu, cihad deyil, əksinə, islama qarşı olan hərəkətlərdir». Bu qrupun nə üçün Əbu Bəkr məscidini hədəf seçdiyi haqda «Media forum» əməkdaşının sualına cavab olaraq Q.Süleyman bildirib: «Onların ideyası hər yerdə cihad etməkdir. Kim onlarla razı deyilsə, onlarla bir yerdə deyilsə, onu kafir sayır və belə insanlara qarşı cürbəcür iddialarla çıxış edirlər. Əbu Bəkr məscidi onların fikirlərinə qarşıdır, yəni cihada, insanları öldürməyə, hakimiyyət əleyhinə çıxmağa, camaatın arasına bomba atıb adamları yaralamağa, öldürməyə qarşıdır. Biz ümumiyyətlə radikallığın əleyhinəyik». Əbu Bəkr məscidinin imamı radikal dini qruplar haqqında danışarkən əlavə edib ki, ümumən belə qruplara daxil olan adamlara xəvaric (ərəb sözüdür, yolunu azmış adam, mürtəd deməkdir - red.) deyirlər: «Amma təfsilatına varsaq, cihadçılar («cihad» ərəb sözüdür, müqəddəs müharibə, inam yolunda müharibə mənasını verir - red.), təkfirçilər («təkfir» ərəb sözüdür, küfrdə təqsirləndirmə, kilsədən, məsciddən qovma, uzaqlaşdırma mənasını verir - red) var. Onların ideyasına görə, onlarla bərabər olmayanların hamısı kafirdir, hamısını öldürmək lazımdır». Q.Süleyman bəzi jurnalistləri olmayan faktları qabartmaqda da qınayıb: «Hətta bu cihadçıları bizimlə bağlayırlar - bu, səhvdir. Onlar sələfi ola bilməzlər. Eyni zamanda sələfilər onlarla bərabər ola bilməz. Mən belə başa düşürəm ki, daxildə də bizi onlara bağlamağa çalışan qüvvələr var. İstəyirəm ki, jurnalistlər bu ifadələri işlədərkən, bu məsələlər haqqında nəsə yazarkən ehtiyatlı olsunlar, məsələyə daha diqqətlə yanaşsınlar və düzgün yazsınlar». Söhbətin sonunda Q.Süleyman Əbu Bəkr məscidinin açılmasını səbirsizliklə gözlədiklərini deyib: «Hamımız istəyirik ki, məscid açılsın, gözləyirik». Avqustun 17-də axşam Bakıdakı Əbu Bəkr məscidində terror baş verib. Məscidə atılan qumbaranın partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfər yaralanıb.
Bismillehirrehmanirrehim. Assalamualeykum va rahmetullahi bereketuhu. Allah hidayet versin o sexslere ki Allah subhenu ve tealanin vacib buyurdugu cihada qarsi cixsin.Elhemdulilleh men de mescid ehliyem.Ebu Bekr mescidi Selef mescididirse Allahin ve Rasulunun dedikleriile gedilmelidir.Onda Allah Subhenu ve Teala Cihadin neye gore vacib oldugunu bildirir.Elhemdulilleh siz ozunuz de Quranda nece yerde Cihadin Ferz olundugunu bilirsiniz.