Bir dəfə Peyğəmbərimizdən (s.a.s) soruşmuşdular “Mömin qorxaq ola bilərmi? Dedi: Bəli. Dedilər: Mömin paxıl ola bilərmi? Dedi: Bəli. Dedilər: Mömin yalançı ola bilərmi? Dedi: Xeyr”
Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər. Sevgi fədakarlıqdır! Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər. Sevgi paylaşmaqdır! Sevəndən sevgi sədəqəsi umar.
İslam tarixçiləri İslam öncəsi Məkkə dönəminə "cahiliyyə dönəmi” deyirlər. Ona görə biz də o dönəmi daha yaxşı anlaya bilmək məqsədi ilə tədqiqatımıza cahiliyyənin nə olduğu sualı ilə başlamaq istəyirik.
216.Pul və qadınla sınanmaq imtahanların ən çətinidir. Şəhvət/dünyaya düşkünlük, müasir insanın zəif xüsusiyyətidir. Cihad meydanlarında kürəyi yerə dəyməyən nə qədər igidlər, pula məğlub olublar. Yoxluq imtahanında təqdir olunan bir çox dostumuz, varlıq imtahanında sinifdə qalıblar. Çünki varlığa səbr etmək yoxluğa səbr etməkdən daha çətindir.
Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fələstində Yərmuq fəth edildiyi zaman Hz. Ömərin Xalid b. Vəlidi baş komandirlikdən azad etdiyinə dair məktubu Əbu Ubeydə b. Cərraha çatdı. [1]Tabərinin bu barədiki rəvayətindən İslam Dövlətində o zamanlar nizamlı bir poçta təşkilatının olduğunu anlayırıq. Əbu Ubeydə Xalidin vəzifədən azad edilərək onun yerinə keçirildiyi xəbərini Dəməşqin (Şam şəhəri) fəthindən sonra Xalidə bildirmək istəmişdi. Çünki onun məqsədi Xalidin vəzifədən azad edildiyini bildirməzdən öncə o bölgədəki fəthin gerçəkləşdirilməsi idi.
Ailə cəmiyyətin kiçik modeli və hissəsidir. Bir qadın və bir kişidən ibarət ailə formalaşdırılmadan cəmiyyətlərin və millətlərin mövcudluqlarını davam etdirməsi demək olar ki, qeyri-mümkündür. Elə bu səbəbdən ümumiyyətlə ailənin, xüsusilə də qadının təlim-tərbiyəsi məsələsi böyük əhəmiyyət kəsb edir.