216.Pul və qadınla sınanmaq imtahanların ən çətinidir. Şəhvət/dünyaya düşkünlük, müasir insanın zəif xüsusiyyətidir. Cihad meydanlarında kürəyi yerə dəyməyən nə qədər igidlər, pula məğlub olublar. Yoxluq imtahanında təqdir olunan bir çox dostumuz, varlıq imtahanında sinifdə qalıblar. Çünki varlığa səbr etmək yoxluğa səbr etməkdən daha çətindir.
217. Maliyyə münasibətləri, müasir bəşəri münasibətlərin keçid dərsidir. Bu dərsdən qalanlar digər bütün dərslərdən keçsələr də bəşəri münasibətlər baxımından sinifdə qalmış sayılarlar. Çox vaxt maliyyə münasibətləri, insanların həqiqi qiymətlərini meydana çıxaran məhəkdaşı olur.
218. İxlas və imanından, elm və şüurundan əmin olduğunuz bir çox insanın pul qarşısında əyildiyini heyrət və təəssüflə müşahidə edirsiniz. O zaman anlayırsınız ki, qarşınızdakının Müsəlmanlığı həyati Müsəlmanlıq deyil, kitabi [nəzəri] Müsəlmanlıqdır. Nəzəriyyədən söz edildikdə olduqca mükəmməl olan bu Müsəlmanın praktikaya gəlincə 'iflic' olduğunun fərqinə varırsınız. Onun üçün, İslami münasibətlərə girdiyiniz hər kəslə insani münasibətlərə girməkdən çəkinirsiniz. Halbuki bu ikisi bir səhifənin iki üzü kimi qəti olaraq bir-birindən ayrılmamalıdır. İslami olanla insani olan bir-birindən ayrılmışsa, deməli orada İslamlıq da insanlıq da yarımçıq qalmışdır.
219. Alış-verişinizdə dürüst olun. Satıcısınızsa alıcını aldığına peşman etməyin. Bilin ki, insaf dinin yarısıdır. Alıcısınızsa, əvvəlcə yaxşıca araşdırıb aldanmamağa əzm göstərin.
220. Mümkün olduqca borca girməyin. Çünki borc, Nəbinin dili ilə desək «gecə dərd, gündüz zillətdir.» Borcuna sadiq olmayanlar, Peyğəmbər lisanında şiddət-lə tənqid edilmişlər: «Allah, borclu olduğu insanı borcunu geri almaq üçün ayağına qədər gətirəni rəhmətindən məhrum etsin.»
221. Bir möminin, borcunu gecikdirib borc verəninin haqqını inflyasiyaya uğratması zülmdür. Bu sələmçiliyin başqa növüdür. Halbuki Quran faizi qadağan etdiyi ayədə faiz alıb zülm etmək qədər inflyasiya ilə borc verəninin haqqını qəsb etməyi də qadağan etmişdir: «nə zülm edərlər nə də zülmə məruz qalarlar.»
222. Kapitalizmin son icadı olan kredit tələsinə düşməyin. İnsanları kreditlə yaşamağa və kreditlə ölməyə məhkum edən bu tələ, son nəticədə alıcının və satıcının deyil, «sistemin» xeyrinə işləyir. Gücünüzün çatmadığı bir malı ya qənaət etdiklərinizlə, ya da yaxın dost və çevrənizdə yaratdığınız kiçik faizsiz borc sandığının köməyi ilə, amma mütləq nağd pula almağa çalışın.
223. İqtisadiyyat, modern dünyada bir mübadilə vasitəsi olduğu kimi, həm də bir savaş vasitəsidir. Savaşların nüvə ya da adi silahlarla deyil, iqtisadiyyat silahı ilə həyata keçirildiyi bir dövrdə yaşayırıq. Silahların devirə bilmədiyi rejimləri iqtisadi sanksiyalar devirir, xalqlar hökumətlərin, hökumətlər isə iqtisadiyyat qiqantlarının xidmətçisinə çevrilirlər. Buna görə də Müsəlman, xərclədiyi hər qəpiyin hara getdiyini yaxşı bilməli, bir gülləyə çevrilib ona tərəf geri dönməyəcəyindən əmin olmaq məcburiyyətindədir. Mal və satıcı seçimi edərkən mütləq inancını nəzərə alacaq, inancına düşmən olanların istehsal etdikləri malları məcbur qalmadıqca almamağa səy göstərəcək, öz qapısına qol vurmayacaq.
224. Müsəlman istehlakçıların və satıcıların borcu Müsəlman «istehsalçıları» himayə etmək, onları cəmiyyətdən uzaq alış veriş etmə məcburiyyətində buraxmamaqdır. Eyni həssaslıq, artıq ehtiyac halına gəlmiş malların istehsalının müsəlman sahibkarlar tərəfindən icra olunması barəsində də göstərməli, müsəlman sərmayədarlar insanların ehtiyac duyduğu istehlak məhsullarını keyfiyyətdə və qiymətdə digərləri ilə rəqabət edə biləcək səviyyədə istehsal etmənin yollarını tapmalıdırlar.
225. İstehlak cəmiyyətinə cəlb olunmaqdan çəkinin. Medianın sizə təqdim etdiyi mallara həqiqətən ehtiyac olub-olmadığını yaxşıca araşdırın. Mömin ona yönələn bir savaşın silahı mövqeyində olan cəzbedici reklamların sehrini pozacaq və cazibədar bağlamanın altında dişini qıcıyan yalanı görə biləcək qədər bəsirət və fərasət sahibi olmalıdır.
226. İstehlak tələsinə düşmək Müsəlmanları gözləyən ən böyük təhlükədir. Modanın İslamisi olduğu gün, İslamı dəyərlərin tənəzzülə uğradığına hökm verə bilərsiniz.
227. Kapitalizm, bütü pul olan çağdaş bir şirkdir. Kapitalizm qlobal kölələşdirmənin o biri adıdır. Bu şirk dininin bütünə qurban olmaq istəmirsinizsə istehlak axmaqlığından uzaq qalmağa səy göstərin.
228. Həyatınızın dünyəviləşdirilməsinə izin verməyin. Allah Rəsulu bu ümmətin fəlakətinin dünya sevgisindən olacağını ifadə etmişdir. Müasir istikbarın ən böyük qorxusu da dünya sisteminə inteqrasiya olmayan, yəni kifayət qədər dünyəviləşmədən dünyanı əldə etməyə çalışan sistem xarici «şəxsiyyətlər»dir. Bu şəxsiyyət dünyalıqla satın alına bilməz. Dünya-axirət tarazlığını, hər iki tərəfin də haqqını verərək qurmuşdur. Müasir dünyanın pul dəyərləri ilə satın alına bilməyən belə bir şəxsiyyət İslamın xülyası, küfrün qorxulu röyasıdır.
229. Haram yeməyin. Yediklərinizlə davranışlarınız arasında birbaşa və dolayı bağlar var. Qanınızı və südünüzü pozmayın. Şübhəli şeylərdən uzaq olun. Bu təqvadır. «Çəkinin ki, qorunasınız.»Çəkinməyənlər qorunmayacaqlar.
230. Müsəlmanın həyatında qumarın heç bir növünə yer yoxdur. Adı nə olursa olsun, müsəlman, haqsız qazancın hər növünə qarşı olmağı bir devizə çevirməlidir. Müsəlman faiz, qumarkimi haqsız qazanc növlərini yalnız maddi olanla məhdudlaşdırmaz. Mənəvi, hissi və fikri bütün haqsız qazancları da eyni ölçüdə dəyərləndirməlidir. Məsələn, haqq edilməmiş bir sevgi duyğu faizi olduğu kimi, plansız və proqramsız bir şəkildə insanları bir işə məcbur etmək də insanlarla oynanan mənəvi bir qumar hesab edilməlidir.
231. Faiz və inflyasiya, müasir istikbarın məzlumların cibindəki əlidir. İnflyasiya və faiz bir-birini azdıran iki iqtisadi şeytandır ki, bunlar daima 'hiz-buşşeytan' adına çalışarlar. Hər mömin ruzisinə uzanan bu iki ələ şəri cəzanı tətbiq edərək onları kökündən kəsməlidir. Bunu edərkən saflığa qurban olub inflyasiya üzündən qəti olaraq zərərə uğramamalıdır. Quranda, haqsızlığa uğramaq da, haqsız yerdən qazanmaq kimi tənqid edilmişdir.