Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19621 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16668 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13817 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9567 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9092 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2013 » İyun » 14 » ÖMƏR İBNU'L XƏTTAB DÖNƏMİ: FƏTHLƏR
    ÖMƏR İBNU'L XƏTTAB DÖNƏMİ: FƏTHLƏR
    14:14
    İsami fəthlər
    Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fələstində Yərmuq fəth edildiyi zaman Hz. Ömərin Xalid b. Vəlidi baş komandirlikdən azad etdiyinə dair məktubu Əbu Ubeydə b. Cərraha çatdı. [1]Tabərinin bu barədiki rəvayətindən İslam Dövlətində o zamanlar nizamlı bir poçta təşkilatının olduğunu anlayırıq. Əbu Ubeydə Xalidin vəzifədən azad edilərək onun yerinə keçirildiyi xəbərini Dəməşqin (Şam şəhəri) fəthindən sonra Xalidə bildirmək istəmişdi. Çünki onun məqsədi Xalidin vəzifədən azad edildiyini bildirməzdən öncə o bölgədəki fəthin gerçəkləşdirilməsi idi.

    Fihl Savaşı
    Qaynaqlarımızın verdiyi məlumata görə Fihl, Yəmuq ilə Dəməşq arasında olan bir şəhərdir. İslam orduları Yəmuqun fəthindən sonra Fihlə yönəldilər. Lakin Bizanslılar müsəlmanların niyyətlərindən xəbərdar olunca qalalara çəkildilər və şəhərin ətrafına kanallardan su saldılar. Bu sular kanallardan daşaraq şəhərin ətrafında palçıq təbəqəsi yaratdı. İslam orduları gözləmədikləri bu hadisə qarşısında heç bir şey edə bilmədi.

    Düşmən vəziyyətdən xəbərdar olduğu üçün gecənin bir vaxtı şəhərin uyğun bir yerindən çıxaraq İslam ordusuna arxadan hücum edərək onları palçıq ərazisində öldürmək istəyirdi. Lakin Əbu Ubeydə gecə yatmadığı üçün düşmənin bu niyyətindən xəbər tutaraq əsgərləri geri çəkdi. Ubeydənin bu hərəkətindən xəbərsiz olan düşmən ordusu müsəlmanları öldürmək üçün irəli gedərək özləri tələyə düşdülər. Düşmən palçıqlı əraziyə yaxınlaşınca Əbu Ubeydə öz əsgərlərinə hücum əmrini verdi və düşməni məğlub etdi. Qaça bilənlər Dəməşq şəhərinə sığındılar. Düşmən ordusu bu şəkildə məğlub edilincə onların qaladan çıxaraq gəldikləri yerdən müsəlmanlar qalaya girdilər və beləliklə də Fihl fəth edildi [2]

    Dəməşqin Fəthi [3]
    Fihlin fəthindən sonra Dəməşq üzərinə hərəkət edilərək şəhər dörd bir tərəfdən əhatə edildi. Bu hücum əsnasında Bizans kralı Heraklius Hums şəhərində idi.
    İslam ordusu 70 gün boyunca Dəməşqi mühasirədə saxladı. Müsəlman əsgərləri Dəməşq – Hums yolunu da kəsdiklərindən Heraklius Dəməşqə heç cür yardım edə bilmirdi. Nə müsəlmanlar şəhərə girə bilir, nə də ki, xristianlar mühasirəni aşa bilirdilər. Xristianların bütün ümidi yaxınlaşmaqda olan qış mövsümünə idi. Ümidsizliyə düşən şəhər xalqı gözlədikləri yardım gəlməyincə Əbu Ubeydəyə xəbər göndərərək sülh müqaviləsi imzaladılar və İslam Dövlətinə cizyə vermək şərti ilə döyüş dayandırıldı. [4]
    Başqa bir rəvayətdə isə şəhərin mühasirəsi əsnasında Xristian Patrikinin oğlu dünyaya gəldiyi üçün şəhər xalqı içərək əyləncəyə dalmış və bunu görən Xalid b. Vəlid uzun iplərdən nərdivanlar düzəltdirərək iç tərəfdən bağlı olan qapını və şəhəri əhatə edən xəndəyi keçməyə şərait yaradan körpünü açmağa müvəffəq olmuşdur. Beləcə Dəməşq fəth edilmişdir. [5]

    Dəməşq fəthindən sonra Suriya bölgəsindəki cəbhə iki tərəfdən genişlənməyə başladı: Birincisi şimalda Humus və Hamaya doğru olan qol; ikincisi isə qərbdə Fələstin və cənub-qərbdə Misirə doğru uzanan qol.
    Rəsulullah hələ Məkkə dönəmində İslamı təbliğ edincə Məkkəlilərə və Məkkəyə gələn əcnəbilərə “Lə ilahə illallah deyin, İran və Bizans sizin olacaqdır” deyirdi.
    Rəsulullah bunu gerçəkləşdirmək, yəni insanları istismar edən iki super gücün qarşısına çıxaraq İslamın qanunlarını hakim qılaraq son vermək istəyirdi. Ölüm döşəyində ikən etdiyi vəsiyyətlər içində Usamənin ordusunun cihada çıxması əmri də var idi. Onun əmrinə görə Hz. Əbu Bəkir İslami fəthi davam etdirmiş, dünyasını dəyişmədən öncə isə İslam ordusu Şam və İraq sərhədlərinə yaxınlaşmışdı.
    Hz. Ömər də bir tərəfdən Fələstin və Suriyadakı fəthləri davam etdirərkən, digər tərəfdən də o zamanın iki super dövlətindən biri olan İran üzərinə də cihad açmağa hazırlaşırdı. Birinci super dövlət olan Bizansa cihadlar hələ Rəsulullah dövründə başladılmışdır.

    İran Cəbhəsi Açılır
    Miladi VII ilin iki super dövləti İran və Bizans silahları sadəcə kəlməyi Tövhid olan Məhəmməd ümmətinin əsgərləri qarşısında qırılmağa, gərilməyə başlamışdılar.
    O əsnalarda İran taxtına Azərmidət adında bir kraliça (Şəhbanu) oturmuş və ordusuna Rüstəm adlı birini komandir olaraq təyin etmişdir. Rüstəm, əsgəri şücaəti ilə ad-san qazanmaqla yanaşı “ilm-i nucum”u, yəni astronomiyanı da çox gözəl bilirdi. [6]

    Rüstəm İran ordusunun başına keçər-keçməz Caban və Mərdanşah adlı iki komandirini böyük bir ordu ilə İslam əsgərlərinin üzərinə göndərmiş, lakin ordu məğlub olaraq geri dönmüşdü. İslam ordusunun komandiri Əbu Ubeydə alınan qənimətin “xumus”unu təsbit edib Mədinədə olan Dövlət rəhbəri Hz. Ömərə göndərdi. [7]

    Rüstəm daha bir ordu göndərməsinə rəğmən həmin ordu da məğlub olub geri qaçdı. Daha sonra Rüstəm böyük bir ordu hazırladaraq ordunun önünə filləri yerləşdirdi. Hər iki ordu Firat üzərindəki bir körpüdə qarşılaşdı. Müsəlman əsgərlərinin atları fillərdən qorxduqları üçün Fars ordusu qalib gəldi və bir çox müsəlman şəhid oldu. Buna İslam tarixində “Körpü hadisəsi”deyilir.
    Bu hadisədən sonra İranlılar Yəzdicərd ətrafında toplanaraq daha böyük savaş hazırlıqlarına başladılar. Müsəlmanlar da bu cihada hazırlanır, əsgərlərin sayını artırırdılar.
    Körpü hadisəsi müsəlmanlara çox pis təsir etmişdi. Bu qədər çox əsgərin şəhid olmasından sonra cihada getməkdən çəkinənlər var idi. Buna görə də Hz. Ömər şəxsən özü İrana getməyə qərar verdi.
    Rəvayətlərə görə Hicri 14-cü ilin ilk günlərində Hz. Ömər Hz. Əlini Mədinədə öz yerinə vəkil təyin edərək özü şəxsən ordu komandiri olaraq İran üzərinə getmək üçün Sirar deyilən ərazidə qərargah quraraq müsəlmanlarla istişarə etdi. Yanında Hz. Osman və səhabələrdən bəziləri də var idi. Hz. Ömər istişarə etmək üçün Hz. Əlini də Mədinədən gətizdirdi. İstişarədə xəlifənin Dövlətin mərkəzində qalıb başqasının komandir olaraq göndərilməsi daha uyğun olacağı fikri hakim olunca Sad b. Əbu Vaqqasın İran üzərinə göndərilməsi qərara alındı. Xüsusi ilə İbn Abbas bu barədə israr edərək Hz. Öməri getməkdən vaz keçirdi.
    İran cəbhəsi üzrə baş komandir təyin edilən Sad b. Əbu Vaqqasa Dövlət rəhbəri Hz. Ömər belə tövsiyə verimişdi:

    - Ey Sad, Rəsulullahın dayısı və onun səhabəsi olmağın səni aldadıb Allahdan uzaqlaşdırmasın! Allah pisliyi pisliklə deyil, yaxşılıqla yox edər. Allah və insanlar arasında ona itaətdən başqa bir şey yoxdur. Allah qatında bütün insanlar bərabərdir. Allah onların Rəbbi; onlar da Onun qullarıdır. Onlara verilən həyat üçün, Onu zikr edərək, Onun qanunlarına tabe olaraq, Ona həmd edərlər. Rəsulullahdan gördüyün kimi hərəkət et!... (Futuhu’l Buldan, 255)
    Hz. Ömər bu tövsiyə ilə məqsədlərinin insanlara pislik edib, onları öldürmək olmadığını, Allah davasını insanlara təblğ edərək, onları Allahın qanunları altında birləşdirmək olduğunu açıqlayırdı.
    Hz. Ömərin bu çıxışından sonra Sad ordusu ilə İraq üzərinə yürüdü. Ondan öncə İraq bölgəsindəki ordunun baş komandiri əl-Musənna b Harisə idi. lakin Sad b. Əbu Vaqqas İraqa çatdığında Musanna yaralanmış, yerinə qardaşı əl-Muni b. Harisəni komandir olaraq təyin etdikdən sonra vəfat etmişdir.
    Aralarında Bədir savaşına qatılmış 99 nəfərin də olduğu İslam ordusunun sayı 36000-ə çatmışdı.
    Sadın İraqa gəlməsindən sonra o bölgədə cihad edən bütün müsəlman əsgərləri onun əmrinə tabe oldu. [8]

    Qadisiyyə Savaşı
    Sad b. Əbu Vaqqa İraq bölgəsinə varınca Hz. Ömər ona bir məktub göndərərək bəzi məsləhətlər verdikdən sonra hər kəsə Qadisiyyədə görüşmək üzrə əmir verməsini söylədi. Sad əmrə tabe olaraq Qadisiyyə üzərinə yürüdü.
    Hz. Ömər Sadın ordusuna kadı/hakim olaraq Abdurrahman b. Rəbiyanı, ordu bələdçisi olaraq da, şübhəsiz ki, o bölgəni daha yaxşı tanıdığı üçün, - Salman Farsini təyin etmişdi.
    Orduda 300 səhabə və 700 səhabə övladı var idi. Səhabə olduğum üçün cihada getmirəm demək əvəzinə ilk öncə onlar, həm də övladları ilə bu cihadlarda iştirak edirdilər. Qadisiyyə İranın ərazisinə yaxın olduğu üçün Hz. Ömər ora getməyi əmr etmişdi. Ordunun hərəkəti ən incə detallarına qədər bildirilmiş, parollarına qədər hər şey Mədinədə istişarə edilərək qərarlaşdırılmışdı. Parolları: “Güc və qüvvət yalnız uca və ulu Allahındır.”

    Hz. Ömər Sada göndərdiyi məktublarda davamlı olaraq ondan ordunun vəziyyəti haqqında məlumat tələb edir, Sad da bütün məlumatları incəliyinə qədər xəlifəyə çatdırırdı. Bu tərzdəki məktublaşmaq ilə sanki Hz. Ömər savaş meydanında imiş kimi ordunu idarə edirdi; istər İran cəbhəsində olsun, istərsə də Bizans cəbhəsində.
    Hz. Ömərin əmrinə əsasən Sad, ordusu ilə Qadisiyyədə bir aya yaxın bir müddətdə İranlıları gözlədi. Nəhayət İran Kisrası Yezdicər, Rüstəm b. Fərəhzadın komandirliyindəki ordunun müsəlmanlara qarşı getməsinə qərar verdi. İbn Kəsirə görə (s, 37) Rüstəm erməni əsilli idi.
    Yezdicərdin əmri ilə Rüstəm 80.000 nəfərlik bir ordu ilə Qadisiyyə gəldi. Onun ordusunda 33 dənə də fil var idi. Tarixçi Belziriyəyə görə müsəlman əsgərlərin sayı 9-10 min nəfərə qədər idi.
    Ordular bir-birinə yaxınlaşınca Sad Rüstəmə bir heyət göndərərək onları İslama dəvət etdi.
    Rüstəm gələn heyətə sual verdi: Sizi buralara qədər gətirən şey nədir?
    Müsəlman heyətinin cavabı: Biz, Allahın bizə vəd etdiklərinə gəldik. Allahın əmrinə uyub müsəlman olmazsanız, məmləkətinizi fəth edər, qadınlarınızı və uşaqlarınızı əsir, mallarınızı qənimət olaraq alarıq. Biz, buna inanırıq! (s, 37)
    Rəvayətlərə görə Rüstəm yuxusunda bir mələyin enərək İranlıların bütün silahlarını möhürlədiyini, sonra onu Rəsulullaha, onun da bunu Ömərə verdiyini gördüyü üçün Sadla qarşılaşmağı dörd aya yaxın uzatmışdı. Qadisiyyəyə gələnədək İslam ordusunun geri dönməsinə ümid edirdi.

    Bir başqa rəvayətə görə ordular bir-birinə yaxınlaşınca Rüstəm Sada xəbər göndərərək savaş məqsədlərini anladacaq birini göndərməsini tələb etdi. Sad da Muğirə b. Şubəni göndərdi. Rüstəmlə Muğirə arasında olduqca maraqlı dialoq baş verdi:
    Rüstəm: Sizlər bizim qonşularımızsınız. Sizə yaxşılıq edir, pislik edilməsinə mane olurduq. Məmləkətinizə dönün! Tacirlərinizin bizim məmləkətimizə gəlməsinə də mane olmayın.
    Müğirə: Bizim arzu və istəyimiz dünya deyil, axirətdir. Allah bizə bir elçi göndərərək ona belə dedi: “Mən bu qövmü Mənim dinimlə əməl etməyənlərə musallat etdim. Onlar vasitəsi ilə mənim qullarıma qarşı gələnlərdən intiqam alacağam. Bu qəbilə mənim qanunlarıma bağlı olduğu müddətcə onları qalib edəcəm.” Bu haqq dindir. Ona arxa çevirən heç kim yoxdur ki, zillətə; ona bağlanan heç kimdə yoxdur ki, izzətə qovuşmasın.
    Rüstəm: Yaxşı, bu anlatdığın şey nədir?
    Muğirə: Bu dinin əsası Allahın təkliyinə və Məhəmmədin Onun elçisi olduğuna şəhadət etmək və Allah qatından gələn hər şeyi,- nöqsansız,- qəbul etməkdir!
    Rüstəm: Bu çox gözəldir. Başqa nə var?
    Muğirə: İnsanları insanlara qulluqdan qurtarıb, Allaha qul etmək!
    Rüstəm: Bu da çox gözəl, başqa nə var?
    Muğirə: İnsanlar hamısı Adəmin uşaqlarıdır, bir-birilərinin qardaşlarıdır.
    Rüstəm: Bu da çox gözəl. Əgər sizin dininizi qəbul etsək, məmləkətimizi tərk edib geri dönəcəkmisiniz?
    Muğirə: Vallahi, həm çıxıb gedər, həm də ticarətdən başqa heç bir məqsədlə ölkənizə girmərik.
    Rüstəm bu cavaba da “Gözəl!” dedikdən sonra Muğirə oradan ayrıldı.
    Rüstəmin bu duyduqlarından sonra əsgərlərinə müsəlman olmağı təklif etdiyi, lakin onların bu təklifi qəbul etmədikləri tarixi qaynaqlarda rəvayət edilir. (s, 39)

    Daha sonra Rüstəm xəbər göndərib başqa birini istəyincə Rəbi b. Amir göndərildi.
    Rüstəmin çadırı qızıl və gümüşlərlə süslənmiş döşəklərlə, ipək pərdələr və yaqutla işlənmiş parçalarla döşənmişdi. Rüstəm də başında tacı, əynində ipək əlbisələrlə müsəlman elçini gözləyirdi.
    Rəbi b Amir cırıq əlbisəsi və paslı qılıncı ilə çadıra yaxınlaşdı və silahlı olaraq Rüstəmin yanına girdi.
    Rüstəmin əsgərləri ona “silahını qoy!” deyincə, Rəbi “mən sizin yanınıza öz istəyimlə deyil, sizin dəvətinizə cavab olaraq gəlmişəm. Ya qılıncımla qalaram, ya da geri dönüb gedərəm” deyə cavab verdi. Bundan sonra Rüstəm, “Qoyun gəlsin!” dedi. Bu şəkildə içəri silahı ilə girən Rəbi, o qızıl və gümüş işləmələrə tikilmiş döşəklərin üstünə qoyduğu mizrağına söykənərək cəsarəti ilə oradakıları təəccübləndirdi. Rüstəmin döşəklərinin üzərinə kim mizrağını qoya bilərdi ki?
    Rəbiyə sual verdilər: Sizi buralara gətirən şey nədir? O da cavab verdi:
    Rəbi: Allah bizi, insanları qula qul olmaqdan qurtarıb onları Allaha qul etmək üçün göndərdi. İnsanları dünyanın darlığından genişliyinə, dinlərin istismarından İslamın ədalətinə dəvət etmək üçün Allah bizləri qullarına göndərdi. Kim bunu qəbul edərsə biz də onu qəbul edər, döyüşməkdən vaz keçərik. Kim də bu dəvətimizə qarşı çıxarsa Allahın vəd etdiyinə qovuşuncaya qədər onunla savaşarıq! İranlılar: Allahın vəd etdiyi nədir?
    Rəbi: Allahın qanunlarını rədd edənlərlə vuruşaraq öldürülənlərə cənnət və sağ qalanlara da zəfər var!
    Rüstəm: Bizə bir az möhlət verin fikirləşək! deyincə,
    Rəbi: Rəsulullah düşmənimizə üç gündən artıq möhlət verməyimizə izin vermədi; ona görə qərarınızı tez verin! dedi.
    Rəbinin bu cavabına təəccüb edən Rüstəm: Sən müsəlmanların böyüyüsən? deyə soruşdu.
    Rəbi: Xeyir, Lakin müsəlmanlar hamısı tək bir vücud kimidir. Ən aşağıdakılardan ən yuxarıdakılarına qədər hamısı bir-birini qoruyur!
    Rəbi çıxıb getdikdən sonra Rüstəm yanındakılara belə dedi: Sizlər bu adamın söylədiklərindən daha şərəfli və daha gözəl sözlər duydunuzmu?
    Rüstəmin adamları bir az hikkə ilə: Sən bu köpəyin sözlərinə aldandın? Paltarlarının cırığını görmədinmi? deyincə,
    Rüstəm onlara belə dedi: Sizlər onun paltarlarına deyil, davranışına, fikirlərinə və şəxsiyyətinə baxın!

    Daha sonra buna bənzər bir dialoq da İran Kisrası Yezdicərdlə oldu. Yezdicərd müsəlmanların İslami dəvətinə qarşı çıxınca hər iki tərəfin orduları Qadisiyyədə qarşı-qarşıya gəldilər və tarixin ən məşhur meydan savaşlarından biri baş verdi. Müsəlmanların sayı 8-9 min, kafirlərin sayı 60 minə yaxın idi. Savaş təxminən 4 gün davam edərək İranın fəthi ilə sona çatdı.
    Tarixçi Bəlaruzi Qadisiyyə savaşının olduğu ili Hicri 16-cı ilin son günləri olaraq göstərsə də qayanaqlarımızın böyük əksəriyyəti bu savaşın hicri 14-cü ildə olduğunda ittifaq edirlər.
    Qadisiyyə savaşında müsəlman əsgərlərdən 2500-ə qədəri şəhid olmuşdular.

    [1]Tabəri, Tarix, III, 43.
    [2]Hicri, 13-cü il Zilkadə ayı.
    [3]Hicri, 14-cü il Rəcəb ayı
    [4]Əhməd b. Asəm, Futuh, 1,130
    [5]Tabəri, Tarix, III, 440
    [6]İbn Kəsir, əl-Bidayə, VII, 26
    [7]İbn Kəsir, əl-Bidayə, VII, 27
    [7]İbn Kəsir, əl-Bidayə, VII, 36
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 1610 | Tarix: 19.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2013  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru