Əsəd rejimi ölkədə yüzlərlə tarixi abidə və məscidi dağıdıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Suriyada müxaliflərin məskunlaşdığı bölgələrə hava zərbələrini davam etdirən BƏƏS rejimi ötən gün II raşidi xəlifə Həzrəti Ömərin xəlifəliyi illərində inşa edilən tarixi “Ömər” məscidini yerlə-yeksan edib.
Sosial şəbəkələrdə yerləşdirilən şəkillərdə məscidin tamamilə dağıdıldığı müşahidə olunur. Suriyalı fəallar məscidin yerləşdiyi Büsra əş-Şam bölgəsinin Roma və Bizans imperiyaları dövründən qalma antik şəhər sayıldığını bildiriblər.
Bu arada xarici KİV İrlandiyanın Dublin şəhərində görüşən ABŞ və Rusiya rəsmilərinin Suriya məsələsində bütün tərəflər arasında vasitəçilik cəhdlərini dəstəkləmək xüsusunda razılığa gəldiyini yazıb. Görüşdən sonra mətbuata açıqlama verən ABŞ-ın Dövlət katibi Hillari Klinton ölkəsinin demokratik gələcəyini təmin etmək üçün Bəşşar Əsədin iqtidarı tərk etməsinin vacibliyini vurğulayıb. Habelə o, Suriyadakı vəziyyətin təkcə ölkə üçün deyil, eləcə də qonşu dövlətlər üçün təhlükəli xarakter almağa başladığını deyib.