Uşaqlar və analar üçün yeni bir dini-maariflendirici jurnal. Yeni... Təkcə ilk sayı olduğuna görə yox, həm də tərzi, məzmunu və səviyyəsi ilə də yeni bir jurnaldır bu. "Ağıllı Bala” adlı bu jurnalımızla Allahın izni ilə hər ay qəlblərinizin və evlərinizin qonağı olacağıq. Jurnalımızın bütün səhifələrini böyük bir qayğı, məhəbbət və diqqətlə hazırladıq. Uşaqlar üçün hazırlanan digər jurnallardan fərqli olmağa çalışdıq. Ən önəmli fərqimiz isə , balalarımızı təkcə bu günün uşağı deyil, gələcəyin böyüyü, valideyni kimi görməyimizdir. Biz mənəviyyatı güclü olan, əxlaqlı, vətənpərvər və mərhəmətli bir cəmiyyət qura bilməmiz üçün bir araya gəldik.