Ana Səhifə » 2012»İyun»29 » “Koka-Kola” və “Pepsi”nin tərkibində alkoqol müəyyən edilib.
“Koka-Kola” və “Pepsi”nin tərkibində alkoqol müəyyən edilib.
08:55
“Koka-Kola”nın “Klassik”, “Layt”, Zero”, “Pepsi”nin isə “Maks” və “Dia Kola” məhsullarında da alkoqol tapılıb.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, hər il İsrailə milyonlarla dollar yardım göstərən “Koka-Kola” və “Pepsi”nin bütün məhsullarının tərkibində alkoqol müəyyən edilib.
Fransada aparılan araşdırmalarda sözügedən şirkətin istehsal etdiyi içkilərin tərkibindəki alkoqolun 1/1000% alkoqolun olduğu ortaya çıxıb. Araşdırmaların nəticələrinə münasibət bildirən hər iki firmanın nümayəndələri məhsullarının formulunda alkoqol olmadığını, ancaq istehsal prosesi zamanı belə bir vəziyyətin yarandığını etiraf ediblər.
“Koka-Kola” şirkətinin Fransa bürosunun direktoru Maykl Pepin alkoqolun içkilərin tərkibinə meyvələr vasitəsilə keçdiyini iddia edib. “Pepsi” şirkətinin nümayəndələri də bənzər iddialar irəli sürərək, içkilərin bir litrinin tərkibində 10 milliqramdan az alkoqol olduğunu deyiblər.