1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan Türkmənçay
sülh müqaviləsinin bəndlərindən biri də İranın müxtəlif ərazilərində
məskunlaşan ermənilərin Quzey Azərbaycana köçürülməsini nəzərdə
tuturdu. Müqavilənin imzalanmasından dərhal sonra – fevralın 13-də isə
ermənilərin ilk köçü Arazdan şimala adladı və Qarabağa yerləşdirildi.