Ömər (r) Həmzə(ə)dən üç gün sonra müsəlmanlığı qəbul etdi. Onun islamı qəbul etməsinə Peyğəmbər(ə)in bu duası səbəb oldu: "Ya Rəbbi, Əbu Cəhllə Ömərdən birinin islamı qəbul etməsi ilə islamı ucalt, üstün qıl". Məhz bu duadan sonra Allah-Təala Ömər (r)ə hidayət verdi və o, imana gəldi.