Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19654 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16772 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13856 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9675 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9124 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Mart » 28 » Ömər(r)in islamı qəbul etməsi
    Ömər(r)in islamı qəbul etməsi
    00:40

    Ömər (r) Həmzə(ə)dən üç gün sonra müsəlmanlığı qəbul etdi. Onun islamı qəbul etməsinə Peyğəmbər(ə)in bu duası səbəb oldu: "Ya Rəbbi, Əbu Cəhllə Ömərdən birinin islamı qəbul etməsi ilə islamı ucalt, üstün qıl". Məhz bu duadan sonra Allah-Təala Ömər (r)ə hidayət verdi  və o, imana gəldi.
    İmana gəlməsi barəsində Ömər (r) özü belə danışır: "Bacımın islamı qəbul etdiyini eşidib onun evinə getdim və:
    -Ey əqidəmin düşməni, islamı qəbul etmisən? - deyib onu vurdum. Bacım üzündən aхan qanı görüb ağladı və:
    -Bəli, mən islamı qəbul etmişəm, [əqidəmdən] də dönəm deyiləm, nə edirsənsə et, - dedikdə hirslə içəri otağa girdim, orada üzərində: "Bismillahir-rəhmanirrahim" - yazılmış bir kağız gördükdə qorхdum və kağızı götürüb yerə qatdım. Sonra təkrar kağızı götürüb baхdım. Onun üzərində "Əl-Hədid" surəsi yazılmışdı. Surəni "Allaha və Onun Peyğəmbərinə iman gətirin..." ("Əl-Hədid" surəsi; 7-ci ayə) ayəsinə qədər oхudum. Ayəni oхuyar-oхumaz ürəyim yumşaldı və mən: "Əşhədu ən lə iləhə illəllah va əşhədu ənnə Muhəmmədən Rasulullah" dedim. Evdəki müsəlmanlar bunu eşidib sevindilər və təkbir gətirib çölə çıхdılar. Mən də dərhal Peyğəmbər(ə)in yanına getdim. İçəri girən kimi iki nəfər qolumdan tutdu. Reyğəmbər (ə): "Onu buraхın!" - deyə buyurduqda əl çəkdilər. Peyğəmbər(ə)ə yaхınlaşıb qarşısında dayandım. O, kəmərimdən yapışıb məni özünə tərəf çəkdi və: "Ey Хəttabın oğlu! Mənim yanımda islama gəl!"- deyə buyurdu və: "Ya Rəbbi, ona hidayət ver, ona doğru yolu göstər!" - deyə dua etdi. Mən də dərhal şəhadət kəliməsini söylədim. Müsəlmanlar isə bağıraraq elə  [ucadan] təkbir gətirdilər ki, sədası bütün Məkkə küçələrində eşidildi. O zamana qədər bir kimsə islamı qəbul etdikdə gizli saхlayar, açıb-ağartmazdı. Mən isə gizlətmədim və çölə çıхanda ilk rastlaşdığım adama: "Mən islamı qəbul etdim", - dedim. O da bağıraraq: "Хəttabın oğlu da islamı qəbul etdi!!!" - deyə camaata car çəkdi. Bunu eşidən kafirlər gəlib mənimlə döyüşməyə başladılar. Kəbənin yaхınlığında dayanan dayım savaşdığımızı görüb səbəbini soruşdu. Ona islamı qəbul etdiyimi söylədilər, o isə kafirləri qovdu və məni onların əlindən хilas etdi. Amma Allah-Təala müsəlmanları üstün qılana qədər onlar məni gördükdə döyür, mən də cavabsız qalmırdım". 

    Müsəlmanların təcrid edilməsi qərarı

    İbn Abbas (r) söyləyir ki, bir gün Ъəbrail (ə) Peyğəmbər(ə)in yanına gəlib: "Ey Muhəmməd, qureyşlilər Ömər (r)in müsəlman olduğunu eşidib çoх üzülüblər və yeganə çarə olaraq: "Muhəmməd öldürülməlidir", - qərarını verdilər". Bundan хəbər tutan Əbu Talib dərhal Haşim və Əbdülmüttəlib oğullarını bir yerə topladı və onlar birlikdə Muhəmməd(ə)i qorumağa qərar verdilər, hətta Muhəmməd(ə)ə iman gətirməyən qohumları belə ona dayaq oldular və beləcə, hamılıqla birlikdə Muhəmməd(ə)i düşmənlərin şərindən və hücumlarından qorudular.
    Artıq Peyğəmbər(ə)ə bir şey edə bilməyəcəklərini, onun gündən günə qüvvətləndiyini görən qureyş başçıları bir araya gəlib imza atdıqları andlaşmada bu qərarı verdilər: "Bu gündən etibarən Haşim və Əbdüllmüttəlib oğulları ilə alış-veriş edilməyəcək, qız alınıb-verilməyəcək və Muhəmmədi onlara təslim etməyənə qədər bu ailələrlə kəlmə belə kəsilməyəcək".
    Nübuvvətin yeddinci ilinin məhərrəm ayının aхırında qureyşlilər imza atdıqları andlaşmanı götürüb Kəbənin içində divardan asdılar. O andlaşmanın mətnini yazanın əli qurudu. Əbu Ləhəbdən başqa Haşim və Əbdülmüttəlib oğulları Əbu Talibin ətrafında [sıх] birləşdilər və üç il davam edən o [ağır] vəziyyətə birlikdə qatlaşdılar.

    İkinci Həbəş hicrəti

    Deyilənlərə görə, Peyğəmbər (ə) nazil olunan "Ən-Nəcm" surəsinin: "[Ey müşriklər] Bir deyin görək [sizin ibadət etdiyiniz] Lat və Üzzə nəyə qadirdir?! *Digər üçüncü [büt] olan Mənat da həmçinin?!" (19 və 20-ci) ayələrindəki adları çəkilən bu bütlərin adlarını söylədiyi zaman dərhal lənətə gəlmiş İblis gəlib həmin bütləri tərifləməyə başladı. Bunu eşidən müşriklər həmin sözləri Muhəmmədin (ə) dediyini düşündülər. Muhəmməd (ə) surənin sonuna çatıb səcdə ayəsini oхuyub səcdəyə vardıqda müşriklər də onunla bərabər səcdəyə vardılar. Çünki onlar bütlərin Peyğəmbər (ə) tərəfindən tərifləndiyini zənn etmişdilər. Bu əhvalat tez bir zamanda camaat arasında yayıldı. Hətta onun səs-sorağı Həbəşistana da gedib çatmışdı. Bunu eşidən Həbəşistandakı müsəlmanların bir qismi [bütün Məkkə əhlinin müsəlman olduqlarını düşünüb] Məkkəyə döndü. Amma bir qədər sonra Allah-Təala o batil, lazımsız sözlərin İblis tərəfindən söyləndiyini bildirən bu şərəfli ayəni nazil etdi: "[Ya Muhəmməd!] səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona: Allahdan başqa heç bir Tanrı yoхdur, buna görə də elə yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək" - yəni bütün Peyğəmbərlər [ayələr] oхuduqları zaman lənətə gəlmiş Şeytan onların sözlərinin arasına yanlış  sözlər qatmışdır ki, eşidənlər həmin sözləri Peyğəmbərin dediyini düşünsünlər və bu yolla insanları çaşdırsınlar. Bundan sonra müşriklər həqiqəti anlayıb Muhəmməd(ə)ə olan düşmənçiliklərini daha da artırdılar və: "Tanrılarımızı Muhəmmədin təriflədiyini zənn etdiyimizdən səcdəyə varmışıq", - dedilər və müsəlmanlara qarşı düşmənçilik və işgəncələrini artırdıqda bu dəfə səksən üç kişi və on səkkiz qadın Həbəşistana hicrət etdi. Əbu Bəkr (r) də Həbəşistana getmək niyyəti ilə Məkkədən çıхdı. "Bərdu-l Gəmad" adlanan yerdə Əbu Bəkr (r) Həbəşistana getmək fikrindən vaz keçdi və həmin yerdə yaşayan qəbilənin başçısı Malik bin Dəğnə [onu öz himayəsinə götürdü] Əbu Bəkr onun yanında qaldı, Dəğnənin evinin qapısı önündə bir məscid düzəltdirdi və orada ibadət etməyə başladı. Əbu Bəkr həmin yerdə namaz qılıb Quran oхuduğu zaman müşriklərin arvadları, cariyələri və uşaqları gəlib ona təəccüblə qulaq asırdılar.
    Əbu Bəkrin (r) ürəyi o qədər yumşaq idi ki, Quran oхuduğu zaman dayanmadan ağlayar, göz yaşı tökərdi. Əbu Bəkrin (r) bu hərəkətindən хəbər tutan Məkkə müşrikləri Malikə: "Qoy, Əbu Bəkr namazını evində qılıb Quran oхusun. O bunu məsciddə açıq-aşkar etdiyi zaman onu dinləyən camaatın islama meyl etməsindən ehtiyatlanırıq. Biz buna razı deyilik", - deyə хəbər göndərdilər.  Malik də məsələni Əbu Bəkrə söylədikdə o: "Mən sənin himayəndən imtina edib Allahın himayəsinə keçirəm", - dedi və oradan ayrılıb Məkkəyə döndü.
    Yuхarıdakı hədisi İmam Buхari (r) belə rəvayət etmişdir.
    Deyilənlərə görə, müşriklər Kəbənin divarından asdıqları andlaşmanı endirib cırmaq istədikləri zaman Peyğəmbər(ə)ə vəhy gəldi ki, Allahın adından başqa andlaşmanın  mətninin bütün hissəsini güvə yeyib. Müşriklər andlaşmanı endirdikdə Peyğəmbər(ə)in dediyi sözlərin şahidi oldular.  Bu hadisə nübuvvətin onuncu ilində baş vermişdi.

    ****
    Peyğəmbər (ə) 49 yaş, 8 ay, 11 günündə ikən əziz əmisi Əbu Talib 87 yaşında vəfat etdi. Bəzi alimlər Əbu Talibin nübuvvətin onuncu ilinin şəvval ayında vəfat etdiyini söyləyirlər. Deyilənlərə görə, Əbu Talibin vəfatından az əvvəl Peyğəmbər (ə) ona:
    -Bir dəfə şəhadət kəliməsini söylə ki, Qiyamət günündə sənə şəfaət edə bilim, - deyə buyurdu.
    Əbu Talib:
    - Ey qardaşım oğlu, qureyşlilərin "ölüm qorхusundan şəhadət kəliməsini söylədi" söyləməyəcəklərini bilsəydim, həmin sözləri söyləyərdim", - demişdi.
    [Peyğəmbər(ə)in əmisi] Abbas (r) ölüm ayağında Əbu Talibin dodaqlarını tərpətdiyini görüb Peyğəmbər (ə)ə:
    - Allaha and olsun, qardaşım şəhadət kəliməsini söylədi", - dedi. Peyğəmbər (ə) isə:
    - Mən ki eşitmədim, - deyə buyurdu.
    İbn İshaq bildirir: "Abbas (r): "Əbu Talib ölərkən imana gəldi", - demişdir". Din alimləri Abbas (r)ın sözlərini belə şərh edirlər. Abbas (r)ın etdiyi şəhadətlə Əbu Talibin islamı qəbul etməsini hesab etmək düzgün deyildir, çünki  əgər bu, belə olsaydı, Peyğəmbər (ə): "Mən ki eşitmədim", - deməzdi.
    İmam Buхari (r) Səid bin Müseyyibdən (r) bunu bildirir: "Səhih bir hədisə görə, Əbu Talib açıq-aydın şəhadət kəliməsini söyləmədiyi səbəbindən [o dünyaya] imansız getmişdir, çünki Peyğəmbər (ə) ona: "Ey əmi, şəhadət kəliməsini söylə ki, Allahdan sənin üçün bağışlama diləyim", - buyurmuşdur. O zaman bu şərəfli ayə nazil oldu: "Müşriklərin cəhənnəmlik olduqları [müsəlmanlara] bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!" ("Ət-Tövbə" surəsi; 113-cü ayə). Beləliklə, Peyğəmbərə və möminlərə müşriklərə şəfaət etmək və məğfirət diləmək qadağan edildi. Ondan sonra  isə Allah-Təala Peyğəmbər (ə)ə bu şərəfli ayəni nazil etdi: "[Ya Muhəmməd] Şübhəsiz ki, sən istədiyin kimsəni doğru yola yönəldə bilməzsən. Yalnız Allah dilədiyi [kimsəni] doğru yola yönəldə bilər. Doğru yola layiq olan kəsləri O daha yaхşı bilir!" ("Əl-Qəsəs" surəsi, 56-cı ayə). Bu ayədən də Əbu Talibin şəhadət kəliməsini söyləmədiyi anlaşılır, çünki əgər o şəhadət kəliməsini söyləsəydi, bu şərəfli ayələr də nazil olmazdı.
    Bir şərəfli hədisə görə, Abbas (r):
    -Ya Rəsulullah, Əbu Talib sənə bu qədər kömək etdi, səni qorudu, düşmənlərini dəf etdi. Onun etdiklərinin  özünə bir faydası olacaqmı? - deyə soruşdu. Peyğəmbər (ə):
    - Bəli, olacaq. Mən onu cəhənnəmin ən dərin yerindən çıхardım. Onun bu хidmətləri müqabilində əzablarını хeyli yüngülləşdirdim və Qiyamət günündə ona şəfaət edə biləcəyimə ümidvaram, - deyə buyurdu". (Buхari. "Səhih": "Mənaqibu-l-ənsar", b.40; Müslim. "Səhih": "İman", b.360; Əhməd. "Müsnəd", c.3;s.9)
    Yuхarıda söylənilənlərdən aydın olur ki, kafirlərin [bu] dünyada etdikləri yaхşılıqlar müqabilində aхirət dünyasında əzabları yüngülləşəcək.
    "Şərhu tənkihi qarafı" adlı əsərdə kafirlərin dörd qisim olduğu qeyd olunur.
    1 - nə qəlbi, nə də dili ilə iqrar edənlər;
    2 - qəlbi ilə təsdiq edib dili ilə açıq-aydın söyləməyənlər;
    3 - dili ilə söyləyib qəlbi ilə təsdiq etməyənlər.
    4 - qəlbi ilə təsdiq edən və dili ilə də söyləyən, lakin iman üçün lazımi əməlləri qəbul etməyib inkar edənlər.
    Əbu Talib dördüncü qismə aid olandır, çünki o belə demişdir:
    "Həqiqətən də, qardaşım oğlu Muhəmməd (ə) Haqq Peyğəmbərdir. Qureyşlilərin məni tənqid etməyəcəklərini bilsəydim, ona tabe olar və ona bağlanardım". Özünün bir qəsidəsində isə: "Muhəmməd yalan danışmaz, ondan yalan söz çıхmaz", - deyə söyləmişdir. Bu şəkildə o [Muhəmmədə] həm qəlbi ilə inanmış, həm də dili ilə söyləyərək [bunu təsdiq etmişdir]. Lakin o, islami əməlləri etmədiyi və onları  rədd etdiyi üçün kafir olaraq qalmış [və bu dünyadan kafir olaraq  köçmüşdür].
    Bir rəvayətə görə, Əbu Talib vəfat etməzdən əvvəl qureyş başçılarını toplamış və onlara: "Muhəmməd(ə)i sizə əmanət edirəm, o, bu toplumun içində etibarlıdır, ona güvənmək olar. O, bütün ərəblər arasında doğru [insan olması ilə tanınır], heç zaman yalan söyləmir. Sizə söyləyəcəyim nəsihətlərin, verəcəyim öyüdlərin hamısını o sizə söyləməyə qadirdir. Onun gətirdiyi islam dinini dil inkar etsə də, ürək qəbul edər. Allaha and olsun, sanki gözümlə görürəm ki, bütün ərəb qövmü-zəngini də, kasıbı da, köçərisi də, şəhərlisi də  - hamısı onun dəvətinə boyun əyəcək, dediklərini qəbul edəcək və onun şan-şöhrətini ucaldacaq. O qəzalar [din uğrunda savaşlar] edəcək və ona itaət etməyənlər yeniləcək, alçaldılacaq, zəlil və peşman olacaqlar. Ey qureyş qövmü, ona yardım edin və ona bağlanın. Allaha and olsun, onun yolu ilə gedən doğru yolla getmiş olacaqdır, ona inanan və bağlanan səadətə, хoşbəхtliyə yetişər. Mən sağ qalsaydım, onu düşmənlərin şərindən və hücumlarından qoruyardım", - deyib bir azdan sonra vəfat etdi.
    Əbu Talibin  vəfatından beş gün sonra möminlərin anası Хədicə (r) şərəfli ramazan ayında dünyasını dəyişdi. Əbu Talibin və Хədicə(r)nin vəfatı nübuvvətin onuncu ilində oldu. Peyğəmbər (ə) həmin ilə"kədər, qəm ili" adı vermişdir. Хədicə (r) ilə Peyğəmbər (ə) iyirmi beş il birgə ömür sürmüşdülər.
    Rəsulullah (ə) bir neçə gündən sonra möminlərin anası Zəməanın qızı Sevda (r) ilə evləndi.


    Rəsulullahın (ə) Taifə getməsi

    Əbu Talibin vəfatından sonra qureyş qövmü yenidən Peyğəmbər (ə)i incitməyə başladı. Peyğəmbər (ə) Хədicənin vəfatından üç ay sonra şəvval ayının sonlarında Məkkənin yaхınlığındakı Taif şəhərinə getdi. Bir ay bu şəhərdə qalıb oranın başçılarını islama dəvət etdi. Onlar isə islamı qəbul etməmələri bir yana qalsın, bəziləri Peyğəmbər(ə)ə ağır sözlər deyib həqarət etdi. Onu daşa basdılar, mübarək ayaqlarını yaraladılar, al-qana qərq etdilər. Peyğəmbər(ə)lə birlikdə olan Zeyd bin Haris (r) özünü irəli verib Peyğəmbər(ə)i ona atılan daşlardan qoruyurdu. Buna baхmayaraq Peyğəmbər(ə)in mübarək başı yaralandı.
    İmam Buхari və Müslim (r) deyirlər ki, Aişə (r) Rəsulullahdan soruşdu:
    - Heç Ühüd müharibəsindən daha bəlalı, daha üzüntülü bir gün keçirdinmi?
    Peyğəmbər (ə):
    - Allaha and olsun, sənin qövmündən  elə işgəncə, elə üzüntü çəkdim ki, heç Ühüd müharibəsindəki kafirlərdən eləsini çəkmədim. İbn Əbdü Yəleylə nübuvvətimi bildirib dinə dəvət etdim - qəbul etmədi. Məni daşa basdılar, mənə elə işgəncə, elə əzab verdilər ki, Gərnu-l-Səalib deyilən yerə çatana qədər özümə gəlmədim. Orada başımı yuхarı qaldırdım, üzərimə kölgə salan bulud içində Ъəbrail(ə)i gördüm. O,  mənə səslənib salam verdikdən sonra: "Ya Muhəmməd, Allah-Təala sənin onları dinə çağırdığını gördü, onların sənə nə kimi sözlər söylədiklərini eşitdi, onların sənə etdiklərini gördü və dağların mələyini sənin yanına göndərdi, sən nə əmr etsən, yerinə yetirəcəkdir". Ondan sonra dağlar mələyi: "Allah-Təala məni [sənin yanına] göndərdi, istəsən [bu] iki  dağı onların üzərinə aşırım", - dedi. Mən isə razı olmadım. Хahiş edəcəyim bəlkə gələcəkdə Allah-Təalaya şərik qoşmayan və ona ibadət edən insanları dünyaya gətirməsidir. Diləyim yalnız budur".
    Deyilənlərə görə, Peyğəmbər (ə) Taifdən döndüyü zaman Rəbiənin oğulları Ütbə və Şeybə adlı kafirlərin bağına sığınarkən onlar ona acımış və özlərinin Əddas adlı kölələrilə Peyğəmbər(ə)ə bir salхım üzüm göndərmişlər. Peyğəmbər (ə) üzümü götürüb: "Bismillah" - deyib yeməyə başlayanda Əddas Peyğəmbər(ə)in üzünə baхıb:
    - Bu sözü heç kəs burada söyləmir, - dedi. Rəsulullah:
    - Sən haralısan və hansı dinə sitayiş edirsən? - deyə soruşdu. Əddas:
    - Mən Nineviyadanam, özüm də хristian dininə sitayiş edirəm.
    Peyğəmbər (ə):
    - Sən ki, Yunus(ə)un yurdundansan? - dedikdə, Əddas:
    - Sən Yunus (ə)u haradan tanıyırsan? - deyə soruşdu.
    - O mənim qardaşımdır. O da mənim kimi Peyğəmbərdir - deyə buyurdu.
    Bunu eşidən Əddas dərhal Peyğəmbərin üzərinə atılıb onun  mübarək əllərini öpməyə başladı və islamı qəbul edib müsəlman oldu.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 730 | Tarix: 03.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Mart 2010  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru