Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Avqust » 16 » ƏSGƏRLƏRƏ NAMAZ QADAĞASI
    ƏSGƏRLƏRƏ NAMAZ QADAĞASI
    22:23
    «Namaza qadağa var idi bizim hərbi hissədə. Deyirdilər ki, qılmaq olmaz. Bizimçün namaz həyatın mənasıdır». Əsgərlikdə namaz qadağası ilə üzləşən keçmiş sıravi Fəxri Hüseynov “Azadlıq” radiosuna bunları deyib.Onun sözlərinə görə, gecələr gizlincə, uzanıqlı vəziyyətdə, ürəyində ibadət etdiyi günləri çox olub, zabitlər namaz qılanlara təzyiq edirmişlər. O, məzuniyyət vaxtı məscidə getdiyi üçün cəzalandırılan bir əsgər yoldaşı haqda danışıb:
    «Səhəri gün zabitlər çağırdılar o əsgəri, dedilər ki, sən məscidə getmisən, sənin adını siyahıya salacağıq, təxribatçısan. Amma belə təzyiq bizimçün bir sınaqdır».
    F.Hüseynov xidmət etdiyi hərbi hissənin adını açıqlamaq istəməyib. O deyib ki, bir il ərzində onun hüquqları hər gün pozulub.
    Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin sədri İlqar İbrahimoğlu deyib ki, Fəxri kimi əsgərlər Azərbaycanda çoxdur, əsgərlərin Konstitusiyada nəzərdə tutulan hüquqları kobud surətdə pozulur: «Bununla bağlı məlumatları biz araşdırırıq, amma təəssüf ki, Azərbaycanda əsgərin öz komandirindən açıq-aşkar şikayət etməsi müşkül məsələdir, şikayətlər rəsmi olmur deyə, biz də hökumətə müraciət edə bilmirik».
    Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyib ki, orduda namaza qadağa yoxdur: “Belə bir şey yoxdur, şayiədir, insan hüquq və azadlıqlarına aid olan heç bir şeyə orduda qadağa qoyulmur”.
    Parlamentin Müsavat deputat qrupundan olan üzvü, Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Pənah Hüseyn də deyib ki, orduda namaza qeyri-rəsmi şəkildə qadağa var, özü də bu, axır vaxtlar ölkədə dini təriqətlərin aktivləşməsindən sonra başlayıb. Bir neçə il əvvələ kimi Azərbaycanda hətta hərbi hissələrdə namaz otaqları da var idi: «Rus ordusunda ayrıca keşiş ştatı var, bu məsələ qanunvericilikdə də nəzərdə tutulub. Azərbaycanda isə belə bir ənənə yoxdur, qanunvericilik də bunu tənzimləmir, amma qadağa da yoxdur, yəni qanunda bu sahədə boşluq var». Amma P.Hüseyn əlavə edib ki, Konstitusiyada nəzərdə tutulmuş dini etiqad və vicdan azadlığı bütün vətəndaşlara şamil olunmalıdır.
    Cavid TURAN
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 1027 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    20.12.2011
    1. hafiz (hzbaku) [Məqalə]
    salam aleykum wexsen men en sayli h/h de manqa komandiri vezifesinde xidmet etmiwem,2007-2008_ci ilde bizim hissede ibadet etmeye qadagalar qoyulmuwdu,ve dini diskler, kitablar,ve.s dine aid olan her ne var idise bizden alirdilar. Biz sebeb soruwanda deyirdilerki dini ayri seckilik ordunu mehve surukleyer,mene wexsen deyilmiwdiki,sene ibadet etmeye izin versek sabah saqqalda saxlamaq isteyeceksen. Burda vahabiliyi yayacaqsan. Onlar mene izin vermesede men ibadetimi etdim. Onlarin diliyle desek vahabiliyide yaydim.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2009  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru