İnsan
gərəkdi ki, halal zəhmətlə dolana. Özgəsinin malına göz dikməyə, bir
sözlə, haram yeməkdən özünü bütün mənalarda qoruya bilə. Haram tikə
insanı başqalarının yanında gözükölgəli edir, onu rəzil və miskin
vəziyyətə salır. Rüşvət alaraq xoş güzəran yaratmaq, mal-mülk sahibi
olmaq mümkündür - təbii ki, müəyyən bir dövr ərzində. Amma haram yolla
qazanılanlar bir gün gec və ya bir gün tez, mütləq (hansı yollarlasa)
əlindən çıxacaq, bəlkə daha artıq ziyana düşəcəkdir. –ünki dünya vahid
bir nizam əsasında idarə olunur və hər bir (yaxşı və ya pis) əməlimiz
ilahi dərgahda yazılır.