«Şübhəsiz ki, məscidlər Allahındır. Allahla yanaşı heç kəsə dua etməyin!». (Cinn 18).«وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَداً». Yəni Allah ilə bərabər heç kəsi çağırmayın. Ayənin orijinal formasınında «تَدْعُو» “təd u” kəlməsi dua çağırmaq adlanır və “əhədən”« أَحَداً » inkar şəklində gəlir və qeyri-müəyyənlikdə gəldiyi üçün “yuhitul-umum”
yəni ümumi əhatə üçün qeyd olunur. Eləcə də Allaha dua etdiyin zaman nə
mələyi nə peyğəmbəri nə də imamları Allah ilə bərabər çağıra bilməzsən.
Cinn surəsinin 18-ci ayəsi ümumi təfsirlərdə belə qeyd olunur ki,
Müşriklər Məscudəl Haramda Allaha dua etdiyi zaman öz bütləri ilə
Allaha yaxınlaşırdılar. (Zumər 3). Yəhudilər Allaha dua etdiyi zaman
peyğəmbərlərin qəbirləri ilə Allaha yaxınlaşırdılar. Xaçpərəstlər
Allaha dua etdiyi zaman Hz. İsanı və yaxud Hz. Məryəmi vasitə
tuturdular. Bütün təfsir alimlərinin yekdil fikrinə görə Cinn surəsinin
18-ci ayəsi «Allahla yanaşı heç kəsə dua etməyin» məhz bu
səbəblərdən nazil olmuşdur. Bu forumda tamaşaçılar üçün Quran ayəsi
dəlil gətirin ki, İmamlar ilə vasitə tutmaq olar. Lakin konkret ayə var
ki: «Allahla yanaşı heç kəsə dua etməyin»