Azərbaycan Respublikasının konstitusiyasının 48-ci maddəsində bildirilir ki, I.Hər
kəsin vicdan azadlığı vardır, II.Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə
e`tiqad etmək, yaxud heç bir dinə e`tiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır, III.Dini
mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai
əxlaqa zidd deyildirsə, sərbəstdir.Azərbaycan
tolerant ölkədir. Burada hər bir insanın bu və ya digər dinə qarşı
mövqeyi normal qarşılanmalıdır. Əgər bir insan əli açıq və möhürlə
namaz qılırsa kimsə ona tənə edə bilməz. Mən düşünürəm ki, heç tənə də
etmirlər. Sadəcə kimsə ona nəsihət edə bilər. Amma həmin möhürlə namaz
qılan şəxs hansısa müsəlmanların bir məscidinə gəlib namaz qılsa ona
mane olmazlar.
Dində
bu cür hallara yer vermək ədalətsizlik və ayrıseçkilik salmaqdır. Amma
bununla yanaşı əgər bir insan əli bağlı namaz qılırsa və ya şalvarını
qısa edirsə yenə də ona tənə etmək olmaz. Bu da yolverilməzdir. Əgər
bir insan, bir müsəlman, bir mömin öz inancına dəyər verməyi bacarırsa,
Quranı və dini sevirsə buna görə məscidə gələn insanın ibadətinə mane
olmamalıdır. Bu cür hallar Azərbaycan xalqını bir-birinə qarşı qoya
bilər. Bu cür hallara yol vermək ədalətsizlikdir. Həm dövlət, həm də
hüquq mühafizə orqanları bu cür halların qarşısını almaq üçün
əllərindən gələni edirlər. Amma bütün bu və ya digər hallara qarşı
təkcə onlar kifayət etmir. Biz özümüz də bir-birimizə ən azı bir
azərbaycanlı olduğumuz üçün hörmət etməliyik. Məsələn əgər biri hansısa
bir səfərə gedibsə və rast gəldiyi bir məsciddə namaz qılırsa bu məscid
Allaha aid olduğu üçün heç kimin ona mane olma haqqı yoxdur. Çünki
hansısa bir namaz əhlinə mane olan bilməlidir ki, yer üzərində olan
bütün məscidlər Allaha aiddir. Bu barədə yəqin ki, heç kimin şəkki
yoxdur. Şübhəsi olan varsa Allah təalanın bu ayəsinə diqqət yetirmələri
kifayətdir: “Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (əl-Cinn (Cinlər) surəsi, 18). Bunu
dərk edən bütün müsəlmanlar bir anlıq düşünməlidirlər ki, ibadət edən
insan məscidə zikr etməyə, namaz qılmağa gəlir. Əlbəttə əlində əsas
kimi məscidin imamı və yaxud məscidin camaatı deyə bilər ki, biz axı
niyə bir sünnünün bizim məsciddə namaz qılmasına icazə verək. Onlar öz
məscidlərini partladan insanlardır. Bunu deyən və bu cür düşünən bir
anlıq dayansın. Fikirləşməyə başlasın. Necə yəni, məscidə gəlib namaz
qılmaq istəyən bir müsəlman bunu edərmi. Etməz. Bunu edən məscidə bağlı
olmayan və məscidi sevməyən biri olar. Siz özünüz düşünün ki, hər gün
gəlib ibadət etdiyiniz məscidə zərə verirsiniz. Axı siz bunu
etməzsiniz. Yaxud belə deyək ki, siz uzaq bir səfərə çıxmısınız və rast
gəldiyiniz bir məsciddə namaz qılmaq istəyirsiniz, lakin sizə mane
olurlar ki, siz möhürlə namaz qılırsınz, bizim məsciddən çıxın. Bunu
sizə heç kim etməz. Sizə sadəcə nəsihət edə bilərlər ki, möhürlə namaz
qılmaq bəyənilmir, bu barədə tutarlı bir dəlilə söykənməmisiniz. Sizdə
öz inancınız və məzhəbinizə uyğun şəkildə qarşı tərəfə iradınızı
bildirirsiniz ki, mən ata-anamdan və ya yaxınlarımdan bu cür eşitmişəm,
kitablardan bu cür oxumuşam və bu cür inanıram. Səhvim varsa Allah məni
bağışlasın. Bu
yaxınlarda bizim müsəlman qardaşlarımızdan birinin yolu Ağcəbədiyə
düşüb. Həmin gün təsadüfən Cümə günü, hansısa bir namaz vaxtına düşüb
və qərarlaşdırıb ki, rayonda olan məscidlərin birinə getsin. Təsadüfən
də, daha doğrusu Allahın bir qədəri olaraq bu qardaşımız Ağcəbədi
rayonunun mərkəzində yerləşən Cümə məscidinə rast gəlib və qardaşımız
məscidə girib namaz qılsın. Məscidin həyətinə girib dəstəmaz alsın və
məscidə keçib namazını qılsın. Onu qeyd edim ki, bu müsəlman qardaşımız
tək olmayıb. Yanında əvvəl Cəfəri (şiyə) məzhəbinə mənsub olan,
sonralar isə Əhli Sünnə və Camaat olan bir qardaşımız da olub. Hər
ikisi məscidə girəndə məscidin içərisində iyirmiyə yaxın Cəfəri (şiyə)
məzhəbinə mənsub olan müsəlmanlar olub. Onlar salam verib namaza
başlamaq istəyəndə bir nəfər yaxınlaşıb soruşub ki, “Namaz qılmaq
istəyirisniz?” Bizim qardaşlar: “Bəli” deyiblər “– Biz müsafirik,
səfərdəyik, gördük burada məscid var, dedik namazımızı qılıb yenə
yolumuza davam edək”. Onda həmin şəxs soruşub ki, “Möhürləmi
qılacaqsınız, yoxsa möhürsüz”. Qardaşlar deyiblər ki; “Biz möhürlə
qılmırıq, elə möhürsüz qılacağıq”. Bu söz bizim müsəlman qardaşımızın
ağzından çıxan kimi həmin şiyə qardaşımız əsəbləşərək bunlara belə
deyib: “Onda çıxın bayıra, burada yalnız möhürlə namaz qılınır”. Sonra
bu Əhli Sünnə və Camaata məxsus qardaşlarımız onlara izah ediblər ki,
bəs axı biz səfərdəyik və müsafir namazı qılacağıq, namazımızı qısa
edib gedəcəyik yolumuza. Həmçinin müsafirə hörmət etməyin vacib
olduğunu onlara bildiriblər. Qeyd ediblər ki, müsafirə əziyyət vermək
düzgün deyil, axı burada nə var ki, gərək mən möhürlə namaz qılam?. Beləliklə
bizim müsəlman camaatımızdan, öz vətəndaşlarımızdan, Allaha ibadətdə
qul kimi durduqları üçün hörmətsizlik ediblər. Əslində bu cür hallara
yol vermək özü fitnəni qalıdırmaq və bir müsəlmanı digər müsəlmana
qarşı çıxarmaqdır. Əslində bu cür hallara yol vermək doğru mövqe deyil.
Mən
xüsusi olaraq üzümü Qafqaz Müsəlmanları Ruahi İdarəsinə, Dini
Qurumlarla iş üzrə Dövlət komitəsinə, həmçinin həmin komitənin Ağcğbğdi
rayonunda olan cavabdeh şəxsinə tutub bildirirəm ki, bu cür halların
qarşısı alınmalıdır. Bu cür hallara yol vermək olmaz. Hər bir kəs digər
bir kəsin dini ibadət ayinlərinə hörmətlə yanaşmalıdır. Əgər hardasa
səhvi varsa nəsihət edə bilərsən, düzəliş verə bilərsən, bu arzu
olunandır. Ammaa möhürlə namaz qılmadaığı üçün onun namazına mane ola
bilməzsən. Mən ümid edirəm ki, xalqımız, gənclərimiz bu cür hallara yol
verməyəcəklər. Bu cür hallara yol verənlərə Allahdan hidayət və doğru
yol istəyirəm.
|