Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 13 » ƏZİZ BACILARA...QURANDAN MİSALLAR
    ƏZİZ BACILARA...QURANDAN MİSALLAR
    23:55
    Əziz müsəlman bacım, sənə Rəbbimizin çəkdiyi misalları çəkmək istəyirəm.
    Uca Allah «Təhrim» surəsində buyurur: «Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda girin!”– deyildi». (Təhrim, 10)

    Burada «xəyanət» dedikdə imandan üz döndərmək nəzərdə tutulur. Çünki heç bir peyğəmbərin zövcəsi zina etməmişdir, Allah öz peyğəmbərlərini bundan qoruyub. Ayədə keçən «xəyanət» sözü Allahın əmri olan Tövhidi qəbul etməmək, və göndərdiyi rəsula asi olmaq deməkdir. Bu iki qadın Allahın əmrinə qarşı çıxmışlar və öz gövmlərinin çirkin əməllərindən əl çəkməmişdilər. Nə Nuh nə də Lut (əleyhiməssələm) Allaha yaxın qul olsalar belə, öz həyat yoldaşlarını Oddan qoruya bilməmişlər. Onların zövcələri Allaha asi olduqları üçün digər günahkarlarla birliklə Cəhənnəm sakini olacaqlar. Bu misalda bizim üçün bir ibrət vardır. Gəl Lutun (əleyhissələm) həyat yoldaşını yada salaq. O dünyada da axirətdə də rüsvay oldu. Allah Lutun (əleyhissələm) bütün ailəsini xilas etdi, ondan başqa.
    Uca Allah buyurur: «(Mələklər) belə cavab verdilər: “Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik! Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!” (Hicr, 58-60)
    Gör onun misalı nə pisdir ki, Uca Allah onun haqda Öz Kitabında bir neçə ayədə söz etmişdir*. Bu ona görədir ki, o iman edib öz həyat yoldaşına dayaq və dəstək olmaqdansa, əksinə küfr edib ona qarşı öz gövmü ilə birləşdi, Lutun (əleyhissələm) sirrini onlara açdı**. Biz müsəlman qadın olaraq çalışmalıyıq ki, bu misaldan uzaq olaq. Allaha iman etdikdən sonra Onun Peyğəmbərinin (salləllahu əleyhi və səlləm) yolu ilə gedək, və Allahın bizə seçib qədərimizə həyat yoldaşı kimi yazdığı kəsin sirrini açmayaq, başqalarına ona qarşı kömək etməyək. Həniflərin atası olan İbrahimin (əleyhissələm) zövcələrini özümüzə misal götürək. Sara kimi zülmlə üzbə-üz olduqda üsyan etmək əvəzi Allaha səmimi qəlblə dua edək***. Həcər kimi, hətta səhranın ortasında tək qalsaq belə Allahdan ümidimizi üzməyək və nankorlardan olmayaq. Daim Ona şükr edək və Allahın köməyinin yaxın olduğunu, hər bir çətinlikdən sonra asanlığın gəldiyini xatırlayaq.
    Çünki Uca Allah buyurur: «Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.» (Şərh, 5) «Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.» (Ali Imran, 13)
    Allah mömin qadınlara belə misal çəkir:
    «Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi». (Təhrim, 11)
    Fironun həyat yoldaşı Asiyə. Vəzifəli birinin zövcəsi olmaq onun gözünü haqqa qarşı bağlamadı. Zalımların ən zalımı olan Fironun təhdidləri onu qorxuzmadı. O iman etdi. Öz ərinin çirkin əməlinə, onun küfrünə Allah rizası üçün nifrət etdi. Və Rəbbinə gözəl bir dua etdi: «Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!». Bu misal bizə onu göstərir ki, ətrafımızda olan insanlar bizim imanımıza bəzən təsir göstərsələr belə, onların bu təsiri bizə bəraət qazandırmır. Qadına ən yaxın olan insanlardan biri də həyat yoldaşıdır. Lakin Fironun küfrü Asiyənin imanına təsir etmədi. Məhz buna görə o Cənnət qadınlarının ən üstünlərindəndir. Möhkəm iman, ondan qaynaqlanan iki şey: tam təvəkkül və yəqinliklə edilən dua — və bunların hamısında sabitlik bizim də Cənnətə girməyimizə səbəb olar. Odur ki, Allah çəkdiyi bu misalı unutmayaq və başqa bir misala nəzər salaq.
    Allah bundan sonraki ayədə buyurur:
    «Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu». (Təhrim, 12)
    Qohumunun himayəsi altında böyüyən, gecə və gündüz ibadətgahında Allaha ruku və səcdə edən bir qız. Allah onu Özü yedizdirdi. Uca Allah onun haqda bizə xəbər verir:
    «Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir” (Ali Imran, 37).
    Fikir ver, o cavabında tərəddüd etmədi, «Bilmirəm» və ya «Düşünürəm ki..» demədi, Rəbbinin Xeyirxah və Ruzi Bəxş Edən olduğuna tam iman etdiyi üçün düşünmədən “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir” dedi. Allah onu böyük bir iş üçün seçdi. O, dünyaya gələcək bir peyğəmbəri bətnində daşımalı idi. Məryəm ona heç bir kişi toxunmadığı halda dünyaya uşaq gətirəcəyinin nə olduğunu anlayırdı. İnsanların ona nə deyəcəyini, ona necə baxacaqlarını da yəgin ki başa düşürdü. Lakin bu onun qəlbinə qorxu salmadı. Çünki o, Rəbbinin əmrinə tabe olanlardan idi. O Rəbbinə təvəkkül etdi, Allah da onun adını bu dünyada ucaltdı axirətdə isə Cənnət xanımlarından etdi. Biz də onun kimi Rəbbimizə qarşı gözəl zənndə olmalıyıq, Onun əmrini yerinə yetirdikdə sıxılmamalı, batil əhlinin nə deyəcəyindən qorxaraq haqqdan qaçmamalı, onu gizlətməməliyik. Əziz bacım, sən də hər bir müsəlman qadını kimi Cənnəti qazanmaq istəyirsən. Mən də istəyirəm. Odur ki, çalışmalıyıq. Allahın Kəlamını oxuyub özümüz üçün ibrət götürməliyik, bizə fayda verəcək şeylərə can atıb, dünya və axirət həyatımıza zərər verəcək şeylərdən çəkinməliyik. Rəbbimiz bizə gözəl misalları çəkir.
    Allah başqa bir ayədə buyurur: «O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya (başqa) əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!» (Rad, 17)
    Allahdan diləyirəm ki, köpük kimi yox olub gedən şeylərə qəlbimizi bağlamaqdan bizi qorusun. Və bizi Onun çəkdiyi bu gözəl misallar haqda düşünən, onları dərk edən və həyatda tətbiq edənlərdən etsin. Əmin!


    * Bax: 7:83, 11:81, 26:170-171, 27:57, 29:32, 37:134-135.
    ** Yəni onun qonaqları haqda öz gövmünə xəbər verdi
    *** Zalım hökmdar və Saranın qissəsi (bax. «Peyğəmbərlərin həyatı» İbn Kəsir)
    Ummu Aliyah
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 655 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 6
    Qonaqlar: 6
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru