Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 22 » Zəngin olub şükür, yoxsa kasıb olub səbr etməli?
    Zəngin olub şükür, yoxsa kasıb olub səbr etməli?
    13:26
    Müsəlmanların bugünkü problemlərindən biri də bəzi məsələlərdə balansı pozmalarıdır. Balansı pozulmuş məsələlərdən biri də cəmiyyətimizdə xüsusilə dinə “gələn” bəzi gənclərin – son dövrlərdə belələrinin sayında artım müşahidə edilir – işdən, maaşdan söhbət düşərkən “filan qədər maaşım olsun bəsimdir” və ya “filan qədər maaş alsam, daha heç nə istəmirəm.

    Çox pul nəyə lazımdır?”, “Çox pulun axirətdə hesabı da çətindir” kimi fikir bildirmələridir.

    Əlbəttə ki, onların bu cür düşünmələri təbii və bir baxımdan doğrudur. Ancaq fikrimizcə, qlobal iqtisadi böhranın “işığı altında” müasir iqtisadi şərait və İslam ümmətinin hər baxımdan acınacaqlı halı bizi başqa cür düşünməyə və hərəkət etməyə sövq etməlidir. Təbii ki, müsəlman nəfsitox, başqalarının malında gözü olmayan, yeri gəldiyində dünya malını “əlinin tərsi ilə kənarlaşdıran” keyfiyyətlərə malik insan olmalıdır. Ancaq bəzi müsəlmanlar varlı olmağı, çoxlu pulu günaha səbəb olan ünsürlər, axirətdə sanki hesabı verilməsi qeyri-mümkün olan məsələ kimi qəbul edirlər ki, bu cür düşüncə tərzi də günümüzün reallığı nəzərə alındığı zaman ən azından aktual olmamalıdır. Allaha təvəkkül məsələsini düzgün başa düşməyən bir sıra müsəlmanlar isə lazımi səy göstərmədən Allaha təvəkkül edir, məqsədlərinə nail olmadıqda, arzuları reallaşmadıqda isə “nə edək, bu da Allahın bir işidir” deyirlər. Bu və digər məsələlərdə qeyri-düzgün təvəkkül, heç bir iş görməmə və ya gördüyü işlə kifayətlənmə, pessimist hisslərə qapılma və zənginliyi arzulamama və bunun üçün Allaha dua etməmə insanın özü üçün olmasa da, ümumi olaraq, bir sıra mənfi nəticələrə gətirib çıxarır.

    Oxucu bu sətirləri oxuyarkən qətiyyən müəllifin dünya malının aşiqi olduğunu, pulu sevdiyini zənn etməsin! Belə ki, sadə ömür sürmək gözəl bir xüsusiyyət olmaqla yanaşı, peyğəmbərimizin (s) sünnəsinə də uyğundur. Məgər peyğəmbərimiz (s) döyüşlərdən sonra əldə edilən qənimətdən öz payına düşəni istəmirdimi? O, (s) bu qəniməti, əlbəttə ki, var-dövlət yığmaq məqsədilə tələb etmirdi. Ancaq qənimətdən payına düşəni götürər və onu İslamın yayılması uğrunda sərf edərdi. Digər tərəfdən, Quranı diqqətlə oxuyan adam Allahdan zənginlik istəyən peyğəmbərlərin olduğunu belə, görəcəkdir. Onlardan biri də Hz. Süleyman idi: “(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi)” (Sad, 35).

    Zəngin olub özünü dünya nemətlərinə qapdıraraq, israfçılıq içində ömür sürmək və zəngin olduğuna görə Allaha şükür edərək, yaşamaq, Uca Yaradanın ona bəxş etdiyi nemətlərindən yenə Onun razılığını qazanmaq üçün xərcləmək fərqli-fərqli şeylərdir. Birincisi bəyənilmədiyi halda ikinci bəyəniləndir. Biz zəngin olmağa çalışmağın indiki dövrdə zəruriliyi məsələsinə iqtisadi və dini aspektlərdən yanaşacağıq. Əvvəlcədən qeyd etmək istəyirik ki, məsələnin dini aspektlərinə toxunarkən tanınmış islam alimi Yusif əl-Qərdavinin fikirlərindən bəhrələnmişik.

    İqtisadi aspekt: bütün bunlarla yanaşı, bir şeyi unutmamalıyıq. Qlobal iqtisadi böhranın davam etdiyi zamanda bu gün dünyanın bir çox bölgəsində müsəlmanlar hər baxımdan geri qalırlar. Cəmiyyətimizdə gənclər ailə həyatı qurmaq və yaxşı təhsil almaq, yardıma ehtiyacı olan insanlara kömək etmək, elm xadimləri toz basmış elmi əsərlərini nəşr etdirmək, dəvətçilər İslam dəvəti ilə güclü şəkildə məşğul olmaq və sair kimi məsələlərdə çətinlik çəkirlər. Bütün bunların həyata keçirilməsi üçün isə külli miqdarda vəsait tələb olunur. Bu cür problemlərlə üzləşdiyimiz bir zamanda müsəlmanların istər savab qazanmaq, istərsə də digər müsəlman qardaşlarına yardımçı olmaq istəməsinə mane olan bir xüsus vardır – maddi imkansızlıq. Zəngin müsəlmanın məktəb tikdirmək, xəstələrin əməliyyat xərclərini ödəmək,, ordumuzun gücləndirilməsi məqsədilə müvafiq qurumlara pul köçürmək, tələbələrin, dolayısı ilə gələcəyimizin problemlərini həll etmək və faydalı dini və elmi əsərlərin nəşr edilməsi vasitəsilə cəmiyyətimizin maarifləndirilməsinə öz töhfəsini vermək üçün imkanı vardır. Hələ biz bütün bunların Allahın razılığı üçün yerinə yetiriləcəyi təqdirdə nə qədər savab qazanılacağını təsəvvürümüzə belə, gətirmirik. Həyatın hər bir sahəsində iqtisadi çətinliklərlə boğuşduğumuz bir zamanda “200-300 manat maaşım olsun bəsimdir” deyən müsəlman indiki şəraiti yuxarıda qeyd olunanları da nəzərə alaraq, düşünsün. Axı nə üçün biz zəngin müsəlman olmağa, beləliklə də bunun bizə verəcəyi imkanlarla Allaha daha çox yaxınlaşmağa çalışmayaq? Bəlkə bu cür düşüncəni bizə təlqin edən ürəyimizə şübhə və vəsvəsə salaraq, bizi bu kimi imkanlara can atmaqdan çəkindirən şeytandır?

    Dini aspekt: Zəngin olub şükür etmək kasıb olub səbr etməkdən daha üstündür. Çünki müşahidələrimizi nəzərə alaraq, qeyd edə bilərik ki, bu zənn edildiyi qədər bəsit və dəyərsiz bir şey deyildir. Uca Allah buyurur: “Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!”. (Səba, 13).

    Digər tərəfdən, rəbbimiz lənətlənmiş İblisin dilindən belə buyurur: “...və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (əl-Əraf, 17).

    Əgər biz məsələni peyğəmbərimizin (s) həyatına nəzər salaraq araşdırsaq, Allahın rəsulunun (s) rəbbindən zənginlik istədiyinin və kasıblıqdan isə Ona sığındığının şahid olarıq. Peyğəmbərimiz (s) belə dua edərdi: “Allahım, səndən hidayət, təqva, iffət və zənginlik istəyirəm”.

    Bir başqa duasında Peyğəmbər (s) Allaha belə dua edir: “Allahım kasıblıqdan və azlıqdan, zülm etməkdən və zülmə düçar olmaqdan, kasıblıqdan, küfrdən, fasiqlikdən, ixtilafa düşərək, parçalanmaqdan və nifaqdan sənə sığınıram”.

    Peyğəmbərin (s) zənginliklə bağlı başqa bir duası isə belədir: “Allahım aclıqdan sənə sığınıram. Çünki o, ən pis üsyandır!”.

    Fikrimizcə, “Malları çox olanlar yüksək dərəcələri əldə etdilər...” hədisi də varlı insanların Allahın nemətlərinə şükr etdikləri zaman kasıb müsəlmanların “qisməti olmayan” ibadət və savabların onlar üçün mümkün olduğunu bildirir.

    Uca Allah Qurani-Kərimdə şükür edən peyğəmbərlərindən bəhs etmiş və onları tərifləmişdir. Uca Yaradan peyğəmbərlərin piri olan Nuhdan belə bəhs edir: “Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!” (əl-İsra, 3). Yusif peyğəmbər isə Allaha belə şükür edərdi: “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin” (Yusif, 101).

    Rəbbimiz sonuncu peyğəmbəri haqqında “Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!” dedikdən sonra belə buyurur: “Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!” (əz-Zuha, 8-11).

    Quran Məhəmməd (s) peyğəmbərin öz səhabələrinə zənginliklə minnət etdiyini isə belə ifadə edir: “(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!” (əl-Ənfal, 26).

    Yuxarıda qeyd edilənlərdən aşağıdakı nəticəyə gəlmək mümkündür:

    İstər iqtisadi, istərsə də dini aspektdən məsələyə toxunduğumuz zaman zəngin olub bu zənginliyi bizə əmanət verən və bir gün bizi bunlardan hesaba çəkəcək Allaha şükür edən bir qul olmaq, onun verdikləri ilə lazımi şəkildə davranıb özümüzə və digər müsəlmanlara fayda verəcək şeyləri etmək ən doğru və bu gün üçün gərəkli bir davranışdır.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 637 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 15
    Qonaqlar: 15
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru