Pul və şöhrət içində bir həyat arzuladığını deyən ABŞ-lı keçmiş reper xoşbəxtliyi İslam dinində tapdığını sözlərinə əlavə edib.
Chauncey Lamont Havkins sözlərinə belə davam edib: “Mən, həyatımın hər bir anında pul və şöhrət dolu bir həyat arzulamışam. Xoşbəxtliyin sadəcə bunula əldə ediləcəyini düşünürdüm. Ancaq bütün bunların səhv olduğunu başa düşdüm. Sonda xosbəxtliyin mənbəyini tapdım. Bundan əvvəl bahalı maşınlarda gəzir, dünyannı hər yerinə səyahət edir, tüfeyli həyat sürürdüm. Bunlara sahib olmağıma rəğmən mənəvi cəhətdən rahatlığım yox idi. İslam məni istədiyim xosbəxtliyə çatdırdı. Gündəlik qıldığım beş vaxt namaz qəlb rahatlğımı daha da artırır. BƏƏ-nin Əbu Dabi şəhərinə gəldim. İslamı burda qəbul etdim. İndi ölkəmə müsəlman olaraq qayıdrıam”,-Havkins deyib.