Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16750 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 7 » UŞAQLARIN ORUC TUTMAĞA ALIŞDIRILMASI ÜÇÜN PRAKTİK MƏSLƏHƏTLƏR
    UŞAQLARIN ORUC TUTMAĞA ALIŞDIRILMASI ÜÇÜN PRAKTİK MƏSLƏHƏTLƏR
    01:28
    “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!”
    (Quran, Təhrim, 6)
    Əli ibn Əbu Talib (Allah ondan razı olsun) bu ayəni təfsir edərək bildirmişdir ki, burda qorumaq dedikdə qəsd edilən ailənin İslam üzrə tərbiyəsidir. (İbn Kəsir təfsiri)
    Uşaqların İslam ərkanlarını yerinə yetirməsi məsələsində mənəvi tərbiyə ilə yanaşı, bədən tərbiyəsi də vacibdir. Belə ki, insan ağlı ilə haqqı təsdiq etsə də əgər bədən asiliklər üstündə yetişibsə, bu vərdişlərin zəncirini sındırmaq ağırlaşır, ruhu onu bir yönə, cismi isə başqa yönə səsləyir. Bu da nəticə etibarilə iman zəifliyinə, müxtəlif daxili təzadların yaranmasına, nəfsin günahlara təhrik etməsinə gətirirb çıxarır. Ona görə də saleh müsəlmanlar həddi büluğ yaşında hökmü fərz olan ibadətlərə uşaqların tədricən hələ kiçik yaşdan alışdırılmasını tövsiyyə etmişlər.
    Bu vacib ibadətlərdən biri də İslamın ərkanlarından olan orucdur. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dövründə kiçik yaşlı uşaqlara oruc tutdurar, onları da bu gözəl ibadətə təşviq edərdilər. Belə ki:
    Rubeyyi bint Muəvviz (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Aşura günü səhər (bir nəfərlə) ənsarın yaşadıqları kəndlərə xəbər göndərdi ki:”Kim səhər yemək yeyibsə, günün qalan hissəsini yeməsin (oruc tutsun); kim də yeməyibsə, orucuna davam etsin”.
    (Rubeyyi (Allah ondan razı olsun) əlavə etmişdir:”Sonralar biz (hər il Aşura günü) həm özümüz oruc tutar, həm də uşaqlarımıza oruc tutmağı əmr edərdik. Biz onlar üçün yundan oyuncaq düzəldərdik ki, onlardan biri ağlayıb yemək istədikdə bunu ona verək, iftar vaxtına qədər (başı qarışsın).”
    Buxari, Müslim.
    Həmçinin Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Ramazan ayında içki içən birisini qınayaraq belə dediyi rəvayət edilir: “Vay olsun! Hətta bizim uşaqlarımız belə oruc tutarkən!”
    Buxari, muəllaq olaraq gəlmişdir.
    Bütün bunlar da ona dəlalət edir ki, saleh nəsillərin ən xeyirli tərbiyəçiləri olan sələflər övladlarının oruca alışdırılması məsələsinə xüsusi diqqət yetimişlər.
    Bu tərbiyəyə hansı yaşdan başlamaq barədə isə İslam alimləri arasında müxtəlif rəylər olsa da, bir çoxu optimal olaraq, 10 yaşı qeyd etmişlər. İmam İbn Qudamə (Allah ona rəhmət etsin) bildirir:
    “Orucu əmr etmək üçün ən bəyənilən yaş 10 yaşdır, çünki Allah Rəsulu (səllallahu aleyhi və səlləm) bu yaşı namaz üçün təyin etmişdir. Oruc və namaz isə fiziki ibadət növü olduğundan bir-birlərinə yaxındırlar. Lakin oruc tutmaq (namaz qılmaqdan) daha çətin olduğundan, uşağın buna qabil olması da nəzərə alınmalıdır, çünki bəzən namaza gücü yetənin oruca gücü yetməyə də bilər”.
    Əl Müğni, 4/412
    Bu yaşadək uşaqları oruc tutmağa təşviq etmək, alışdırmaq üçün isə aşağıdakı praktik məsləhətlər Allahın izni ilə faydalı olardı:
    Bu işdə övladınızı müvəffəq etməsi üçün Uca Allaha dua edin, valideyn duası qəbuldur;
    Uşaqla oruc tutmağın fəziləti, mükafatına dair onun başa düşəcəyi dildə söhbətlər aparın;
    Ramazan ayınadək nafilə oruclara öyrəşdirin. Xüsusən qış aylarında günün qısa olduğu müddətdə başlayarsa, tədricən əldə etdiyi uğur uşaqda daha uzun müddət oruc tutmaq üçün stimul yaradacaqdır.
    Günü əvvəlcədən düzgün planlaşdırmaq. Sahura oyana bilməsi üçün övladınızın vaxtında yatmasına diqqət edin;
    Sahurun ən son vaxtınadək uzadılması Sünnəsin riayət edin;
    Övladınızın balanslaşdırılmış qida rasionunu və kifayət qədər maye içməsini təmin edin;
    Zehni və fiziki güc tələb edən işləri yerinə yetirməsi üçün qüvvəsinin daha çox olduğu günün birinci yarısını təyin edin;
    Günü yarıladıqda günorta yuxusuna riayət etməyə təşviq edin. Bu, gücünü bərpa etməyə kömək edəcəkdir.
    İsti havada küçədə çox oynamasının qarşısını alın;
    Əlavə su itkisinə, tərləməyə yol verən aktiv oyunlardan yayındırın;
    Həddən çox susadıqda (şərtlərə riayət edərək) duş qəbul etməyi, yuyunmağı məsləhət edin;
    Adətən evdə gözün gördüyü yerdə olub uşağın iradəsini sındırıb orucu pozmağa təhrik edə biləcək ərzaq məmulatlarını, çörək qabını, qənddanı, su qrafinini və s. qapısı bağlı rəflərə qaldırın;
    Yorulub, şövqdən düşdüyünü hiss etdikdə stimul verən, ruh yüksəldən sözlərlə balanızı dəstəkləyin;
    Ev əhlinin, qonum-qonşunun, qohumların yanında oruc tutduğuna görə tərifləyin;
    Başını qatmaq üçün müxtəlif inkişaf etdirici, intellektual oyuncaq və elektron oyunlar oynamasını yaxud fikrini yemək-içməkdən uzaqlaşdıran gəzintiləri təmin edin;
    Müsəlmanları, yaxınlarınızı, xüsusilə özü kimi oruc tutan yaşıdlarını iftara dəvət edin;
    İftar menyusunu qoyun övladınız sevdiyi nemətlərdən özü təyin etsin;
    Hər tam oruc tutduğu gün yaxud həftə üçün kiçik hədiyyələr verin.
    İftar dəvətlərinə onu da aparın;
    İftardan sonra sevdiyi şirniyyatlardan təklif edin.
    Əgər günü tam olaraq, oruc tutmağı bacarmasa, buna görə onu utandırmayın, kobud davranıb, danlamayın.
    Ummu Abdul-Aziz
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 530 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru