İtkin düşən on min uyğur türkündən hələ də xəbər yoxdur.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, 2009-cu ilin iyulunda Şərqi Türküstan əyalətinin Şaoqan şəhərində türk inşaatçılara hücuma etiraz edən uyğur türklərinə qarşı kütləvi repressiyalar zamanı itkin düşən 10 mindən çox uyğurdan hələ də xəbər yoxdur.
Sözügedən hadisələrdə Urumçi şəhəri də daxil olmaqla Şərqi Türküstan vilayətində minlərlə uyğurun öldürüldüyünə dair Türkiyə mətbuatında dərc olunan xəbərlərdə hökumətin türklərə qarşı ayrı-seçkilik siyasətini hələ davam etdirdiyi bildirilib.
Xəbərlərdə Urumçi qətliamının üçüncü ildönümünün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirdə anılacağı öz əksini tapıb. Aksiyada ölkənin müxtəlif təşkilatlar ilə yanaşı, Çinin Şərqi Türküstan vilayətindən bir sıra dərnəklərin qatılacağı xəbər verilib.