Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 1 » UD HINDINI(HİND BUDAĞI)NECƏ İSTİFADƏ ETMƏLİ?
    UD HINDINI(HİND BUDAĞI)NECƏ İSTİFADƏ ETMƏLİ?
    00:37
    Həmd olsun heç bir tayı və bərabəri olmayan , yalnız tək ibadətə layiq olan Allaha ki, insanı gözəl bir biçimdə xəlq edib və onun dünya və axirət əmin amanlığını özündə cəm edən bir yol göstərib və kim bu yola tabe olarsa nə zəlalətə düşər nə də bədbəxt olar. Kim üz çevirərsə Allahda ondan üz çevirər. İnsanı xəlq edən Rəbbi onun bütün pisixalogiyasına və orqaniziminə dərindən bələd olduğu üçün onun qarşılaşacağı maneələri və problemləri həll etməsi üçün münasib bir şəriət nazil etmişdir.
    İnsanı yaradan Allah bilirdi ki, insanda nəfs və tamahkarlıq mal -dövlətə düşgünlük , tənbəllik , tələsmək , pis zənnə qapanmaq , ancaq gördüyünü iqrar edib, görmədiyini inkar etmək kimi xüsusiyyətlər var. İnsanı yaradan Allah bilirdi ki, insan güləcək həyəcanlanacaq , qorxacaq, ağlayacaq, sevinəcək, xəstələnəcək və s hallarla qarşılaşacaq.
    Və bu həyatda, bu amilləri doğru düzgün yönləndirmək və bu problemləri doğru düzgün həll etmək üçün, həm Allahın, həm insanların, həm də öz sağlamlığının qarşısında öz insani vəzifəsini yerinə yetirməsi üçün Allahın dininə əməl olunması zəruridir.
    Bu qısa risaləmiz isə müsəlmanın öz sağlamlığını qoruması üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tövsiyə etdiyi şəfa qaynaqlarından biri sayılan »Ud hindi» haqqında olacaq.
    Allahı yaratdığı bir çox tərəvəzlər, meyvələr kimi ud hindinin də dünyanın müxtəlif yerlərində yetişən bir çox növü mövcuddur. Bioloqlar ud hindinin 20 yə yaxın növünün olduğunu bildirmişlər bu növlərdən yalnız biri okeanda digər qisimləri isə quruda yetişir. Okeanda yetişən qisminin rəngli ağ, iyi və acılığı ,qurudakına nisbətən daha yüngül olur. İnsanlar arasında «Qıstıl bəhri» adı ilə məşhurdur. Qurudakı qismi isə ən çox Hindistanda, Afrikada və Amerikanın bəzi ştatlarında mövcuddur. Ən çox yayılmış olan yeri isə Hindistanın Himalay dağlarıdır. Bu ağacın boyu təxminən 2 metrdən çox olmur. Kökü, zoğu və budaqlarından da şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir. Hədislərdə də hind budağı adı ilə keçməkdədir.
    Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur : «Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur». BUXARİ (Tibb kitabı), MUSLİM.
    Müasir həkimlər, qan aldırmaqla, ud hindidən istifadə etməyin, bir hədisdə cəm olunmasının hikmətini belə açıqlamışlar. Qan aldırmadan əvvəl və ya sonra ud hindindən istifadə etmək, kəsik dərin deyilsə, dəridə iz buraxmır.
    Başqa bir hədisdə: «Çənə altı vəzilərdən xilas olmaq üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud hindidən istifadə edin». BUXARİ (Tibb kitabı)
    Çənə altı vəzilər (qlandalar) şişərkən onları sıxmaqla müalicə emək 14 əsr keçməyinə baxmayaraq el arasında, türkəçarə müalicə üslubu kimi, geniş yayılmağında davam edir. Bu hədisdə isə bu müalicə üslubu qadağan edilmişdir. Bu üslub xəstəyə əziyyət verməklə yanaşı, çənə altı vəzilərdəki iltihabın daha da geniş yayılmasına səbəb olur.
    Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur : “ UD HİNDİ-dən istifadə edin ondan şəfa ücün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qədul olunur». BUXARİ, MUSLİM.
    Şəkk yoxdur ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) UD HİNDİ- nin mahiyyətini digər hədislərdə olduğu kimi burada da qısa, çoxmənalı və hikmətli şəkildə bəyan etmişdir. (yeddi yolla)
    İstifadə olunma qaydaları
    UD HİNDİ bitkisi öz tərkibində HİLİNİN və BİNZOLAT turşusu kimi güclü mikrob öldürən iki maddəni və bir çox başqa faydalı maddələri cəm etdiyi üçün içilərək istifadə olunduğu zaman şəkərlə qarışdırılmaması tövsiyə olunur
    Ibn Həcər «Fəthul bari» kitabında yeddi yolu belə izah edir. Hədisdə yeddi yol zikr edildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun bu iki yoldan şaxələnməsi ola bilər.
    Hədisdəki yeddi yol ifadəsini Peyğəmbər (Allahın ona salavat və salamı olsun) 2 yolla qısaltmışdır. Yəni, o yeddi yol bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir;
    Su ilə qarışdırılıb (dəmlənilib) içilir.
    Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur.
    Burun vastəsilə qəbul olunur, (müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür.)
    Dəri xəstəlikləri üçün: zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür.
    Balla qarışdırılıb dəriyə sürtülür.
    Su ilə qarışdırılıb çimilir.
    UD HİNDİ- nin üyüdülmüş formasını bir cay qaşığı miqdarında bir stəkan suya qarışdırıb və ya dəmlənərək içilir.
    Bu ən geniş və ən faydalı yayılmış istifadə üslubudur ki və bu yolla bir çox xəstəliklərin müalicəsinə faydalı olur.
    Müasir tibb elmi isə bu yolların aşağıdakı xəstəliklərə faydalı olduuğunu qeyd etmişdir.
    Laxtalanmanın qarşısını alır
    Hormon pozuntularını tənzimləyir,
    Heyz pozuntuları
    Ümumi Qadın xəstəlikləri
    Sidik kisəsi
    Böyrək xəstəlikləri və daşların əridilməsi
    Öd kisəsi və daşları
    Qara ciyərlə əlaqəli bütün xəstəliklər
    Ağ ciyər xəstəliklərinin, şişmənin və su yığılmasının və s xəstəliklərin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır.
    Həzm prossesini yaxşılaşdırır və maneələri aradan qaldırır,
    Mədə xəstəlikləri və qurdları
    Bağırsaq xəstəlikləri və qurdları
    Zəhərlənmənin qarşısını alır
    Köplərin qarşısını alır
    Bütün bədəndəki xoş və bəd xasiyyət şişlərə əridilməsinə çox böyük və müsbət təsir göstərir
    Qəbizlik və ishalı tənzimləyir
    Qızdırmanı sabitləşdirir
    İmuniteti yüksəldir
    Cinsi faliyəti yüksəldir
    İştahı açır
    Əsəbləri sakitləşdirir
    Sehrin batil olması üçündə istifadə olunur

    Necə istifadə etməli?
    Ağız boşluğundakı dil və boğaz xəstəlikləri üçün gündə iki dəfə səhər və axşam qar- qara edilir.
    Damağ xəstəlikləri üçün səhər axşam gündə iki dəfə nəmləndirərək damağa yapışdırılır 10-15 dəqiqə müddətində saxlanılır
    Hədisdə keçən “yuləddu bihi zəti cənbin” ifadəsi, ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olununmasını bildirir (buna əsasən müasir həkimlər uşaqlara içirdilən dərmanların boğazın sağ və ya sol nahiyəsinə tökülməsini tövsiyə edirlər.)
    Zob xəstəliyi üçün boğazın sağ və sol diblərinə və yaxud dilin altına qoyularaq sovrulur.
    Göz xəstəlikləri, mirvari suyu və gözə gələn pərdələr və s xəstəliklərin müalicəsi üçün həm dəmlənib içilir həm də dəmləməsi ilə səhər axşam gözlər yuyulur və yaxud 3-4 damcı gözə tökülür.
    UD HİNDİ üyüdülmüş halda buruna çəkilir. (müasir həkimlər zeytun yağı ilə qarışdırılmış və ya dəmlənmiş halını burun damcısı şəklində qəbul olunmasını demişlər)
    Bu yolla da ümumi tənəffüs yolları,
    Bronxlar
    Ağ ciyərədə ki iltihabların soyuq dəymənin su yığılmanın, vərəmin,
    Çənə altı vəzilərin və boğaz iltihablarının,
    Faranqitin qarşısını almaqda böyük təsir göstərir.
    Asmanın müalicəsində,
    Göy ösgürəyin kəsilməsi və
    Qızdırmanın endirilməsində də bu yoldan istifadə olunur.
    Həmçinin, 500q qaynar suya bir çay qaşığı əlavə edərək buxarı ilə inqalasiya edilir. Bu yolla da ümumi tənəffüs yollarında və ağ ciyərdə əmələ gələn bir çox xəstəliklərin aradan qaldırılmasında mühüm rol oynayır.
    UD HİNDİ zeytun yağı ilə qarışdırıb 15 gün müddətində saxlanılır, sonra onu süzüb bir az qurudub və məlhəm şəklində yel, oynaq və bel ağrılarında, həmcinin müxtəlif dəri xəstəliklərində, Ekzima və saç tökülməsinin qarşısının alınmasinda istifadə olunur.
    Həmçinin, Dəri xəstəlikləri üçün nəmləndirilərək dəridə problem olan yerlərə qoyulur.
    UD HİNDİ üyüdülmüş halda balla qarşdıraraq və yaxud da su ilə nəmləndirərək dəri xəstəliklərinin yanığların, yaraların, səpkilərin, qoturların və bəzi ləkələrin sağalması üçün lazım olan hissələrin üzərinə qoyulur.
    UD HİNDİ üyüdülmüş halda su ilə qarışdırılıb çimilir. Bu istifadə qaydası dəridəki mikrobların xüsüsi ilə də bükülmə və bişməcə olan yerlərdəki mikrobların dizinfeksiyası üçün istifadə olunur.

    Istifadə olunmuş ədəbiyyat : BUXARİ, MUSLİM,
    FƏTHUL BARİ-İBNİ HƏCƏR.
    İBNİ QƏYYUM- ZƏDUL MƏAD.
    BİOKRAT –İBNİ SİNA. Və təcrübələrdən əldə olunan məlumatlar.

    Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin məzunu, Elman Qasımov
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 1079 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru