Ana Səhifə » 2012»İyul»14 » Türkiyə Ramazanda obaşdanlığa mehtər marşı ilə qalxacaq!
Türkiyə Ramazanda obaşdanlığa mehtər marşı ilə qalxacaq!
10:44
Osmanlı fəsi taxan ağ köynəkli Ramazan nağaraçıları insanları marşlarla obaşdanlığa oyadacaqlar.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Çorum şəhər sakinlərinin şikayətlərini nəzərə alan bələdiyyə idarəsi Ramazan ayında obaşdanlıqda nağara və zurna çalınmasını qadağan edib.
Bələdiyyə sədrinin göstərişi ilə builki Ramazanda vətəndaşları obaşdanlığa Osmanlı dövrü paltarları geyərək, mehtər marşı ifa edən şəxslər oyadacaq. Bələdiyyənin məlum qərarından sonra Ramazan nağaraçılarına “Cəddin baban, nəslin atan” marşının öyrədilməsinə başlanılıb. Təlim kurslarında iştirak edən 44 nağaraçı eyni vaxtda mehtər marşı çalaraq, Ramazana hazırlaşır.
Təlim kursunun əməkdaşı Səlahəddin Dəlicə builki Ramazanda obaşdanlıqlarda şəhərin bütün səmtlərində eyni marşın ifa olunacağını deyib. Habelə Dəlicə marş çalınarkən artıq nağara ilə bərabər zurna ifa edilməyəcəyini də qeyd edib. Kursun əməkdaşı Osmanlı dövləti zamanında da obaşdanlıqlarda zurna çalınmadığını vurğulayaraq, bu il ilk dəfə nağaraçıların ağ köynək geyinəcəklərini və Osmanlı fəsi taxacaqlarını bildirib.