Ana Səhifə » 2012 » İyul » 16 » Türkiyə Din İşləri Nazirliyinin Qurani-Kərim portalı istifadəyə verilib...
Türkiyə Din İşləri Nazirliyinin Qurani-Kərim portalı istifadəyə verilib...
12:02
Yeni internet portal Türkiyə Din İşləri Nazirliyi tərəfindən yaradılıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Din İşləri Nazirliyi tərəfindən yaradılan Qurani-Kərim portalı istifadə verilib.
Nazirliyin açıqlamasına görə, portalda Quran oxumağa girişdən müxtəlif təfsirlərə qədər müqəddəs kitabın oxunmasına və mənasının başa düşülməsinə dair bir çox məlumat yerləşdirilib.
Habelə açıqlamada “Quran oxumağa giriş”, “İfadə axtarışı”, “Quran dinləmə”, Xətm oxunuşu”, “Quran kitabxanası”, “Quranın mənası”, “Təfsir”, “Surələr və mövzu fehristi” bölümlərinin yerləşdirildiyi portalın müqəddəs kitabın doğru-düzgün oxunuşu üçün əlavə 18 dərs də yerləşdirilib.
Yeni portalda dəstəmaz və namazla bağlı şəkilli ətraflı məlumat da verilib. “Quran dinləmə” bölümündə isə Türkiyə və dünyanın bir çox məşhur Quran qarelərinin tilavəti yer alıb.
Məlumat üçün deyək ki, portalın ünvanı "http://kuran.diyanet.gov.tr"-dir.