Ana Səhifə » 2012»İyul»7 » Türkiyə Din İşləri naziri: “Hər universitetdə məscid olmalıdır”...
Türkiyə Din İşləri naziri: “Hər universitetdə məscid olmalıdır”...
18:42
Din İşləri naziri məscidsiz təhsil ocaqlarının türk müllətinin mədəniyyətinə yaraşmadığını deyib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Din İşləri naziri Mehmed Görməz ölkədəki hər bir ali təhsil ocağında insanların ibadət etmələri üçün məscidlərin olmasının vacibliyini qeyd edib.
Niğde universiteti məscidinin açılış mərasimində iştirak edən nazir 16 min tələbənin təhsil aldığı bir universitetdə məscidin olmamasını böyük çatışmazlıq kimi dəyərləndirib. Nazirlik, Niğde universitetinin rektoratlığı, şəhər rəhbərliyi və filantropların yardımları sayəsində ali təhsil ocağındakı bu çatışmazlığın aradan qaldırıldığını deyən Görməz ölkənin bütün universitet şəhərciklərində ibadət məkanlarının olmasının zəruriliyini vurğulayıb.
Din İşləri naziri tələbələrin təhsil aldıqları məkanların bu və ya digər künclərində ibadətlərini yerinə yetirmələrinin türk millətinin tarix və mədəniyyətinə yaraşmadığını ifadə edib.