Türkiyə Əqsa məscidi ətrafında günəşliklər quraşdırıb.
200 min müsəlman Ramazanda günvurma, təzyiq və digər xoşagəlməz hadisələrdən qorunacaq.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Sədaqətaşı Dərnəyi Fələstinin işğal edilmiş Qüds şəhərindəki Əqsa məscidinin ətrafında günəşliklər quraşdırıb.
Dərnək nümayəndələri günəşliklərin xüsusilə Ramazan ayı boyu oruc tutan müsəlmanların günvurma, təzyiq və digər xoşagəlməz situasiyalarla qarşılaşmaması üçün quraşdırıldığını deyərək, təxminən 200 min müsəlmanın bu layihədən faydalanacağını gözlədiklərini bildiriblər.
Türkiyəli xeyriyyəçilər həyata keçirdikləri layihə ilə Əqsa məscidinin və Qüdsün fələstinlilərə məxsus olmasını dəstəklədiklərini, eləcə də müsəlmanların bir sıra çətinliklərinin aradan qaldırılmasını planlaşdırdıqlarını qeyd ediblər.