Türkiyənin Suriya ilə sərhəd vilayətlərində yerləşdirilən hərbi texnika döyüş vəziyyətinə gətirilib. Kilis vilayətindəki Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalara raket rampaları və zirehli maşınlar gətirilib, Suriya ilə 910 kilometr məsafədəki sərhəd bölgəsinə "Stinger" raketlərinin cəlb olunduğu bildirilib. Hərbi avtomobillərə yerləşdirilən raketlər Suriyaya tərəf yönəldilib.
Türkiyənin Hatay vilayətində də 2 gün əvvəl qurulan raket rampaları, yəni raket atmaq üçün platformalar Suriya tərəfə istiqamətləndirilib (anspress). Bir dəfə 8 raketi atmaq qabiliyyətinə malik olan M-113 A2 raket rampaları Hatayın sərhəddən uzaqda yerləşən ərazilərində də quraşdırılıb. Sərhəddə yaşayan sakinlər isə vəziyyətin gərginləşməsindən dolayı narahatlıq keçirirlər.