Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 21 » Tərk edilmiş mükafat-GECƏ NAMAZI
    Tərk edilmiş mükafat-GECƏ NAMAZI
    09:08
    Əgər bilsən ki, ölkə başçısı filan şəhərə və ya kəndə ziyarətə gələcək, bir-bir hamımın müraciətini dinləyəcək, problemlərini həll edəcək və istəklərini həyata keçirəcək, həmin anda şəxsən sən özün nə edərdin?!Əlbəttə sən də hamı kimi həmin gecəni yata bilməzdin. Hamı həmin gün tam hazırlıqlı, gözəl geyinmiş, ətirlənmiş, bir əlində hədiyyə, digər əlində istəklər yazılmış kağızlar tutacaq. Kimisi iş istəyəcək, kimisi kömək, kimisi dəstək, kimisi rüsum və vergilərdən azad olmaq üçün xahiş edəcək və bu kimi başqa diləklərdə buluncaq. Əlbəttə hamının arzuvə xahişləri olacaq. Görəcəksən ki, ona yaxınlaşmaq üçün hərə bir yol axtaracaq.
    Onun təvazökarlıq edib sənin kimi insanları ziyarətə gəldiyinə görə bunu heç bir zaman unutmayacaqsan. Hələ o səndən razı qalsa və sənə nə isə vəd etsə, gördüyün hər şəxsə bunu danışacaqsan. Onun sadəcə səninlə danışdığına görə bunu böyük bir şey sayacaqsan və əvəz olunmaz bir yaxşılıq kimi qəbul edəcəksən. Halbuki, bütün bunlar bir insanla sənin aranda baş verən haldır. Allah qatında sənlə onun arasında heç bir fərq yoxdur, o hakim və sən bir sakin olsan da. Sizin bir-birinizə üstünlüyünüz yalnız təqva (Allah qorxusu), saleh əməl və imanla ola bilər.
    Bəs səni, aləmlərin Rəbbi və hər şeyi yaradan Uca Allah çağırsa nə edərsən?! Hər şeyin sahibi və maliki olan Allah Təala yaşadığın yerin sakinlərini və səni ziyarət etsə bəs sən bunu necə qarşılayarsan?! Heç də təəccüb etmə, Allah Təala Kərimli və bol-bol verəndir və O Uca Rəbbimiz hər gün gecənin son üçdəbirində hamımızı ziyarət edir. O əzəmətli Allah səmaya enir, Öz yardım əlini uzadaraq bizi çağıraraq buyurur: Tövbə edən varmı tövbəsini qəbul edim? Bağışlanma diləyən varmı onu bağışlayım?! Bir şey istəyən varmı dilədiyini verim?!
    Səni belə yaxından çağıran kainatın sahibi Allah Təaladan utanmırsanmı?! O Allah ki, dünya və onun içində olan hər bir şey, sənin xoşbəxtliyin və bədbəxtliyin, yoxsulluğun və zənginliyin, həyatın və ölümün də Onun əlindədir. Bəs səni məşğul edən nədir?! Fani dünyamı, rahatlığınmı, yoxsa yuxunmu?! Bu dünyada bir azacıq olsa da rahat olacaqsan, bəs sabah bu dünyadan köçəcəyini unutmusanmı?! Səni oraya ötürən və səninlə gedən yalnız əməllərin olacaq. Bəs niyə hələ də qəflət içindəsən? Bilsən ki, ömrünün sonuna lap az qalıb və bir azdan canını alan mələk gələcək, onda necə, gözünə yuxu gedərmi? Axı niyə gecə durub namaz qılmırsan, üzünü Allaha tutmursan, dua etmirsən?!
    Həqiqətən etiraf etmək lazımdır ki, indiki əsrdə gecə namazı tərk edilmiş sünnətlərdən olmuşdur. Tanınmış bir şəxsin və ya bir başçının dəvətini və çağırışını qəbul edirik, amma Aləmlərin Rəbbi Allahın çağırışına isə biganə yanaşırıq?!
    Hər bir müsəlman Allah Təalaya yaxın olmağa can atmalı, hamı yatarkən Allaha dua etmək üçün qalxmalı, Onunla gizlicə əlaqə bağlamağı ürəkdən istəməli və bu əməli gecikdirmədən yerinə yetirməlidir.
    Allah Təala Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) belə əmr etmişdir:
    «Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə’riflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!»
    (əl İsra surəsi, 79)
    Bu əmrin Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) aid olmasına baxmayaraq, Rəsulallaha (Allahın ona salavat və salamı olsun) tabe olmaları əmr edilən bütün müsəlmanlar da bu hökmün içərisinə girir.
    Allah Təala gecə namazlarına davam edənlərin, yaxşı insanlar olduqlarını və Allahın xeyir və rəhmətini qazandıqlarını açıqlayaraq belə buyurur:
    «Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.» (Zariyat surəsi, 15-19)
    Allah gecə namazlarına qalxanları təriflədikdən sonra onları yaxşı qullar cümləsinə qataraq belə buyurmuşdur: «Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər» (Furqan surəsi, 63-64)
    Onların həqiqi mömin olduqlarını Allah Təala bu ayələrdə şahidlik edərək buyurur: «Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!» (əs Səcdə, 15-17)
    Allah Təala, gecə namaz qılanlarla, bu vəsfi almayan digərlərinin arasını ayırıb, bərabər olmadıqlarını bəyan edərək belə buyurmuşdur: «Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt’i bəndə kafirlə bildirmi)?! De: «Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!» (Zumər surəsi, 9)
    Bu ayələr bu barədə Quranda keçən bir neçə ayədir. Rəsulallahın (Allahın ona salavat və salamı olsun) sünnəsində isə bu barədə çox hədis vardır.
    Abdullah ibn Salam belə demişdir: «Rəsulallah (Allahın ona salavat və salamı olsun) Mədinəyə ilk gəldiyində insanlar sürətlə ona tərəf qaçdı. Mən də qaçanlar arasında idim. Rəsulallahın (Allahın ona salavat və salamı olsun) üzünü görüncə onun əcnəbi bir üz olmadığını anladım. Ondan ilk eşitdiyim söz bu oldu: «Ey insanlar, salamı yayın, yemək yedirin, qohumları ziyarət edin, insanlar yatdıqda ikən namaz qılın, salamatla Cənnətə girin» (Hədisi Hakim, İbn Macə, Tirmizi rəvayət etmişdir, Tirmizi hədisin həsən, səhih olduğunu söyləmişdir)
    Bölmə: | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 635 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru