Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 1 » Təhrikedici geyim qadını “ucuzlaşdırır”
    Təhrikedici geyim qadını “ucuzlaşdırır”
    17:35
    Altı il əvvəl İslamı qəbul edən Bədrə xanımla müsahibə.
    ABŞ-da yaşayan Bədrə xanım müsəlman qadınlar üçün geyimlər hazırlayır. Aşağıda sizə onunla aparılan maraqlı müsahibəni təqdim edirik:

    İslamı nə vaxt qəbul edibsiniz?
    Altı il bundan əvvəl İslamı qəbul etmək qərarına gəldim.

    İslam dininə yönəlmənizdə sizə kim vasitəçilik etdi?
    Heç kim məni bu dinə istiqamətləndirməyib. Mən bir qədər araşdırdıqdan sonra müsəlman oldum.

    İslamı qəbul etməzdən əvvəl hansı adı daşıyırdınız?
    Bilirsinizmi, İslamdan əvvəlki həyatımın heç bir əhəmiyyəti yoxdur. Buna görə də bu sualınıza cavab verməyəcəyəm. İndi mən bir müsəlmanam və mənim üçün əhəmiyyətli olan yeganə şey Uca Allahın iradəsinə uyğun hərəkət etməkdir.

    İslamı qəbul etdikdən sonra nə üçün məhz Bədrə adını qəbul etdiniz?
    Çünki, iki bacım yanımda olarkən şəhadət gətirərək, müsəlman olduğum vaxt gecə idi. Noyabrın ilk günü şəhəri gəzirdik. Birdən gözlərimi göyə zillədim. Ay bizim üzərimizə parlayırdı. Mən bu gecənin gözəl bir gecə və Bədr (Hilal) adının gözəl bir ad olduğunu düşündüm. Elə əvvəllər də bəzi rəfiqələrim üzümün yuvarlaq olmasından dolayı mənə Ay üzlü deyirdilər. Bu adın gözəl və tez-tez təsadüf edilməyən bir ad olduğunu düşündüyümə görə, Bədrə adını qəbul etdim.

    Müsəlman qadınlar üçün paltarlar hazırlayırsınız. Bu barədə nə deyə bilərsiniz?
    Mən on yaşından etibarən qadın paltarları hazırlayıram. İslamı qəbul etdiyim zaman Birləşmiş Ştatlarda müsəlman qadınlar – xüsusilə mənim kimi uzunboylu qadınlar üçün münasib geyimlər hazırlayan məkanlar demək olar ki, yox idi. Buna görə də mən öz paltarlarımı hazırlamaq məcburiyyətində idim. Rəfiqələrim məndən onlar üçün də başörtükləri və müsəlman qadın geyimləri hazırlamağımı istədilər.

    Paltarların hazırlanmasında hansı parçalardan istifadə edirsiniz?
    Mən hər növ parçadan istifadə edirəm.

    Ailənizin müsəlman olmağınıza və gördüyünüz işə münasibəti necədir?
    Ailəm heç vaxt mənim İslam dinini qəbul etməyimə mənfi reaksiya vermədi. Valideynlərimin gördüyüm işə münasibəti müsbətdir. Mən tək işlədiyim üçün çoxlu sayda paltar hazırlaya bilmirəm. Elə mənim internet-mağazama da nəzər saldığınız zaman görəcəksiniz ki, hər geyimdən yalnız bir dənə hazırlanır.

    Müsəlmanların geyim-kecim tərzi barədə fikirlərinizi öyrənə bilərikmi?
    Mən həmişə təvazökar tərzdə geyinməyə üstünlük vermişəm. İslamı qəbul etməzdən əvvəl də açıq-saçıq geyinmirdim. İnsanların nə üçün təhrikedici şəkildə geyinmək istədiklərini heç cürə başa düşə bilmirəm. Fikrimcə, belə geyim onları "ucuz” göstərir. Açıq-saçıq geyinmək qadınların sanki bədənlərini satmasına bənzəyir yaxud bu, qadınların qəlblərində və zehnlərində olana deyil, bədənlərinin görünüşünə dəyər vermələrini göstərir. Dediklərim ümumilikdə hər bir din mənsubu olan qadınlara aiddir. Cinsi zorakılığa məruz qalmaları və təhqiramiz adlarla çağrılmalarının səbəbi ilə maraqlanan qadınlar bu xüsusu unutmamalıdırlar. Bəlkə də bunu dərk etmələri üçün güzgüyə baxıb geyimlərini və davranışlarını nəzərdən keçirmələri vacibdir. Mağazalarda paltarlara baxdıqda gənc qızlar üçün hazırlanan paltarların onların bədənlərinin çox hissəsini açıq qoyacaq şəkildə hazırlandığını görürəm. Bu bizim övladlarımıza çox mənfi təsir göstərir. Mən öz uşaqlarımın fahişə kimi geyinmələrinə icazə verə bilmərəm. Çünki bir çox insan digərləri ilə münasibətdə onların geyiminə uyğun hərəkət edir.
    Təəssüf ki, ABŞ-da da bir çox müsəlman qadın dar paltarlar geyinməyə üstünlük verir. Hətta belələrinin arasında başörtülü qadınlar da var. Onu da deyim ki, dar geyim yalnız qadınlara məxsus deyildir. Artıq bu cür geyim tərzi kişi paltarlarına da sirayət edib. Bununla belə Allaha həmd olsun ki, bir çox müsəlman İslamın bizə öyrətdiyi şəkildə geyinir. Təvazökar şəkildə geyinən bir kişi və ya qadın gördükdə onlarla qürur duyuram. Çünki onlar paltarları ilə müsəlmanı lazımi şəkildə təmsil edirlər. Hər bir insan dar paltar geyinmədən də gözəl görünə bilər. Dinimizin əmr etdiyi qaydada geyinmək hökmən çadra taxmaq və ya buna bənzər geyim növlərindən istifadə etməyə məcbur olmaq demək deyildir. Siz təvazökar geyinə və eyni zamanda gözəl və yaraşıqlı ola bilərsiniz.

    Müsəlmanlara nə demək istərdiniz?
    İstəyirəm ki, müsəlmanlar inandıqları dəyərlər uğrunda mübarizə aparsın, dinimiz haqqında yalnız həqiqəti söyləsin və başqalarının İslam dini haqqında yalanlar uydurmasına imkan verməsinlər.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 668 | Tarix: 27.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru