Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 3 » ŞEYX ALBANİDƏN XATİRƏLƏR
    ŞEYX ALBANİDƏN XATİRƏLƏR
    06:53
    Şeyx Albaniyə İbn Bəzzin vəfat etdiyini söylədikdə…

    Böyük muhəddis şeyx Albaninin (rahiməhullah) sevimli tələbəsi Əli Həsən əl-Hələbi xatırlayır:
    — Küləkli hava idi, şeyximə İbn Bəzzin vəfat etdiyi xəbərini çatdırdım. Şeyx Albani (rahiməhullah) bu xəbəri eşitdikdə gözləri yaşardı və dərində ah çəkərək dedi:
    — İnnə lilləhi və innə ileyhi raciun, Allahummə’curni fi musiybətiy və əxlif liy xayran minhə (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım! Başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!) [1]
    [1]- Muslim, 2/632 [Muhəddisul A'sr, səh. 3]
    İmam Huseyn əl- A’va xatırlayır:
    Şeyx Albani (rahiməhullah) öz maşını ilə bir-bir tələbələrinin evlərinin qarşısından keçib, onları Fəcr namazına oyadardı.
    [“Şeyx Albanin həyatı” kitabı, səh.38]

    Yuxuda Rasulullah (sallAllahu aleyhi və səlləm) dedi: Albanidən soruşun!
    Mən Şeyx Albani ilə sonuncu görüşümdə ona dedim:
    — Qardaşlarımızdan biri yuxuda Peyğəmbərimizi (sallAllahu aleyhi və səlləm) görüb və Peyğəmbərimizdən soruşub:
    — Mən hədis elmində hər hansı bir məsələni anlamaqda çətinlik çəksəm, kimə müraciət edim?
    Rasulullah (sallAllahu aleyhi və səlləm) ona belə cavab verib:
    - Albanidən soruşun!
    Mən sözümü bitirdikdən sonra Şeyx Albaninin gözləri yaşardı və hönkürtü ilə ağlayaraq, durmadan bu cümlələri təkrar etdi:
    — Allahummə məni bağışla! Onlar məni olduğumdan daha yaxşı hesab edib, mən haqda bilmədən danışırlar! ['Şeyx Albaninin həyatı' kitabı, səh. 45]

    Həqiqətən, Şeyx Albani ravi zənciri ilə birlikdə yüz min hədis əzbər bilirdi.
    Şeyx Aşiş rəvayət edir ki, hədis imamı Şeyx Albani bizə hədislərin dərəcələrini izah edirdi, sonra sözünə belə davam etdi:
    — Hafiz- ravi zənciri ilə birlikdə yüz min hədis əzbər biləndir!
    Şeyx Aşiş:
    - Şeyximizin yüz min hədis yadda saxlamağı onun biliyindən razı qalmağıma kifayətdirmi?
    Şeyx Albani:
    — Bu sizlik deyil!
    Şeyx Aşiş:
    — Bu elə mənlikdir.
    Şeyx Albani:
    — Bu sizlik deyil..
    Şeyx Aşiş:
    — Mən deyə bilərəmmi, şeyximiz hafizdir?
    Şeyx Albani sükut etdi.
    Şeyx Aşiş:
    — Sizin sükutunuzu təsdiqləyici cavab kimi qəbul edimmi?
    Şeyx Albani:
    — Mən dedim axı, bu sizlik deyil!
    Şeyx Aşiş:
    - Bu elə mənlikdir. Sizin susmağınızı cavab kimi qəbul edə bilərəmmi?
    Şeyx Albani yenə sükut etdi.
    Şeyx Aşiş bir neçə dəfə bu sualı təkrar etdikdən sonra, Şeyx Albani buyurdu:
    - Şeyx Aşiş dərhal dedi:
    — Bunu cavab kimi qəbul edimmi?
    Şeyx Albani:
    — Necə istəyirsiz, elədə başa düşün!
    Şeyx Aşiş bu hadisəni xatırlayaraq buyurur:
    — Mən sevincək halda ucadan dedim: “Allahu Əkbər”, “Lə iləhə illəllah”, Əlhəmdulilləh. Həqiqətən şeyx yüz min hədis əzbər bilir.
    Bunu eşidən şeyx gülümsədi, sanki söylədiklərimi təsdiq etdi. Bayaqdan isə konkret olaraq suala cavab verməməyi Allaha olan İxlasından irəli gəlirdi. [Şeyx Albaninin həyatı, səh. 40]

    Narahat olsam da, mənə daha əhəmiyyətli olan vaxtıma qənaət etmək idi.
    Hədis imamı şeyx Albani (rahiməhullah) xatırlayır:
    - Mən işə getmək üçün velosiped aldım. Dəməşq camaatı başında çalma olan şeyxin velosiped sürdüyünü ilk dəfə görürdü. Onlar bu mənzərəyə çox təəccüblənmişdilər. Onların mənə təəccüblə baxmağı, məni narahat edirdi. Narahat olsam da, mənə daha əhəmiyyətli olan vaxtıma qənaət etmək idi.
    [‘Şeyx Albaninin həyatı’ kitabı, səh. 24]

    Şeyx, nə üçün ağlayırsız?
    Şeyx Albani maşınında əyləşən vaxt bir kişi ona yaxınlaşır və soruşur:
    - Siz şeyx Albanisiz?
    Şeyxin gözləri yaşayır, kişi şeyx Albaninin ağladığını görüb soruşur:
    — Şeyx, nə üçün ağlayırsız?
    Şeyx Albani yaşlı gözlərini silərək buyurur:
    — Xalqın məni tanıması və tərifləməsinə rağmən qəlbimə riya gəlməməsi üçün nəfsim ilə mübarizə aparıram. [‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 40]

    Samir əz-Zuheyri buyurur:
    - Şeyx Albani (rahiməhullah) Cümə günü məscidə daxil olar, iki rükət nafilə namazı qılmağa başlayar və bir də imam xütbə vermək üçün minbərə qalxanda namazı bitirərdi. v[‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 39]

    Şeyx Samir əz-Zuheyri buyurur:
    - Şeyx Albani (rahiməhullah) xəstə olduqda belə, yaxşılığı əmr edib, çirkin işlərdən çəkindirməyi tərk etməzdi.
    Bir dəfə şeyx Albani (rahiməhullah) xəstəxanada ikən mən onunla idim. Onu müalicə edən həkim palataya daxil oldu. O, saqqalını təmiz qırxmışdır. Həkim şeyxi müayinə etdikdən sonra dedi:
    - Şeyx, mənim üçün dua edin!
    Şeyx Albani saqqalı qəsd edərək buyurdu:
    — Allahu təalə, kişiləri (saqqal ilə) gözəlləşdirdiyi kimi, səni də gözəlləşdirsin! [‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 30]
    Samir əz-Zuheyri buyurur:
    - Mən şeyx Albanini tanıdığım gündən, ağır xəstə və ya səfərdə olmadığı müddətcə, onu il boyu heç bir zaman həftənin birinci və dördüncü günü orucunu tərk edən görmədim! [‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 39]

    _______________________
    Bölmə: | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 687 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 16
    Qonaqlar: 16
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru