Həmd olsun Aləmlərin Rəbbi olan Allaha. Allaın salamı və xeyir duası Mühəmməd Peyğəmbərin, onun ailəsinin və ashabıların üzərinə olsun. 1. Saleh qadın Allahın kitabı və Peyğəmbər Mühəmmədin (sallallahu aleyhi və səlləm) sünnəsindən möhkəm yapışmalıdır. 2. O müsəlmanlarla və müsəlman olmayanlarla gözəl münasibət qurmalıdır. Çünki Uca və hər şeyə Qadir olan Allah Qurani Kərimdə belə buyurur: “İnsanlarla xoş danışın” . əl-Bəqərə, 83. Başqa surədə: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir” ən-Nisa,58. Həmçinin Uca Allah belə buyurur: ” Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışn Allah şahidi olun! (əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şahadət verməkdən, yaxud umumən şahidlikdən) boyun qaçırsanız , (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!”ən-Nisa,135. 3. İslamın düşmənlərinə bənzəmədən şəriətin buyurduğu qaydada İslam geyiminə riayət etməsi müsəlman qadının borcudur. İmam Əhməd öz “Müsnadında” Abdullah bin Ömərdən rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “ Əgər kimsə özünü bir gövmə bənzədərsə onlardandır.” Uca Allah belə buyurur: “ Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması( cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, rəhm edəndir!” əl-Əhzab, 59. Imam Tirmizi öz səhih məcmuəsində Abdullah bin Masudan hədis rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “ Qadın övrətdir, o bayra çıxanda şeytan ona tərəf gedir.” 4. Əgər qadın xoşbəxt həyat yaşamaq istəyirsə biz ona zövcünə yaxşı davranmağı nəsihət edərdik . Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “Əgər kişi qadını yatağa çağırdıqda qadın gəlməzsə mələklər onu lənətləyərlər. Buxari. 5. Saleh qadın öz ailəsinin qayğısına qalar və uşaqlarına şərii tərbiyə verməklə məşqul olar. Islam dininə dəvət etməyi saleh qadını bu tərbiyyədən uzaqlaşdırmamalıdır. Səhih Buxari və Muslimdə Abdullah bin Ömərdən ( radıyallahu anhumə) rəvayət olunan hədisdə gəlir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “ Sizin hər biriniz məsulsunuz və hər biriniz öz əli altında olanlardan cavabdehdir.” Sonra qadınları xatırlayaraq belə dedi: “ Hər bir qadın öz əri evində məsuldur və o öz əli altında olanlardan cavabdehdir.” 6. Həmçinin saleh qadın Allahın ona bəxş etdiyindən razı qalmalı və bilməlidir ki, həqiqətən Uca Allah kişini qadından üstün yaratmışdır. Uca Allah buyurur: “Allahın birinizi digərinizdən üstün tutduğu şeyi arzulamayın. “ ən-Nisa,32 Başqa ayədə: “ Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. Öz başnalıq etmələrindən qoruxduğunuz qadınlara nəsihət edin (yola gəlməzsə) onlardan yatağınızı ayırın vı döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. əlbətdə, Allah Ucadır, Böyükdür!” ən-Nisa, 34. Abu Hureyradan (radıyallahu anhu) rəvəyət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “ Qadınlara qarşı yaxşı davranın! Həqiqətən qadın qabırğadan yaranmışdır və o qabırğanın ən əyri hissəsi yuxarı(üst) olan hissəsidir. Əgər onu düzəltmək istəsən sındırarsan, əgər olduğu vəziyyətdə saxlasan o elədə qalacaq”. Buxari, Muslim. Allah Təalə kişini qadından üstün yaratmışdır və qadın Allahın ona verdiyi qədərdən razı qalmalıdır, amma bu o demək deyil ki, kişi qadınla istədiyi kimi rəftar edə bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “ Qadınlara qarşı yaxşı davranın, çünki onlar sizin əsirlərinizdir və onlara qarşı başqa cür davranmağa sizin haqqınız yoxdur! Həqiqətən sizin qadınlar üzərində haqqınız var və onların sizin üzərinizdə haqqı var. Sizin haqqınız odur ki, qadın sizin istəmədiyiniz kəsi evə buraxmasın, onların haqqı isə sizin onların yeməyinə və geyinməyinə qarşı qayğıkeş olmağınızdır. Imam Tirmizi. İmam Tirmizinin Musnadında Muaviya bin Xaydan gələn hədisdə (radıyallahu anhu) bir kişinin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə soruşduğu rəvayət olunur: “ Qadınlarımızın bizim üzərimizdə haqqı nədir?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) cavab verdi: “ Əgər özün yeyirsənsə onu da yedizdir, əgər özün geyinirsənsə onuda geyindir və onun üzünə şillə ilə vurma və “ sənin üzün eybəcərləşsin” sözünü demə və onu evdən qovma.” Beləliklə barakallahu fikum biz bir birimizə yaxşılıqda yardım etməliyik. Kişinin qadına qarşı olan münasibəti İslam dininin tələb etdiyi kimi olmalıdır və qadında həmçinin. Kişi qadına elm tələb etməkdə yardım etməli və ona Allahın dininə dəvət etməkdə yardımcı olmalıdır. Şübhəsizki bu sifətlər saleh qadınada aiddir. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, fitnələrlə dolu o üzdən ərlə arvad bir birlərinə dayaq durmalı və bu fitnlərlə gücləri çatdığı qədər üzləşməməyi yardım olmalıdırlar. Uca Allah buyurur: “ Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əl bir olun,əməllərdən çəkinməkdə əl bir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir- birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı şiddətlidir”. əl-Maidə, 2 Yəmən muhəddisi şeyx Muqbil bin Xadi əl- Vadii