Ana Səhifə » 2012»Avqust»17 » Səudiyyəli astronomlar Ramazan bayramının vaxtını müəyyənləşdiriblər
Səudiyyəli astronomlar Ramazan bayramının vaxtını müəyyənləşdiriblər
12:50
Hesablamalara görə, bayramın ilk günü avqust ayının 19-a təsadüf edəcək.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, Səudiyyə Ərəbistanından olan astronomlar Saleh əl-Əciri və Adil əs-Səadun astronomik hesablamalara görə, builki Ramazan ayının 30 gündən ibarət olacağını müəyyən etdiklərini deyiblər.
Alimlər astronomik hesablamalara görə, hicri təqvimində növbəri ay olan Şəvvalın Qrinviç saatına görə cümə günü günəş batmasından 1 dəqiqə qabaq daxil olacağını, bu səbəbdən yeni ayı görməyin qeyri-mümkünlüyünü bildiriblər.
“Bu səbəbdən yeni ayı yalnız şənbə günü müşahidə eləmək imkanımız olacaq. Bu da Ramazan bayramının bir gün sonra, yəni, bazar gününə təsadüf etdiyini deməyə əsas verir”, - deyə astronomlar qeyd ediblər.