• Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) :“Qəbrə azuqəsiz daxil olan kəs dənizə gəmisiz girən kimsəyə bənzəyir”. • Ömər (radiyallahu anhu) : “Bu dünya qüdrətli olmaq mal-dövlətlə, axirətdə izzətli olmaq isə saleh əməllərlə olur” . • Əli (radiyallahu anhu): “İstədiyin şəxsə hədiyyə ver onun ağasi olarsan, kimdənsə nə isə istəsən onun əsiri olarsan, kiməsə nə isə verib-almasan onun kimi olarsan”. • Osman (radiyallahu anhu) demişdir: Mömin olan kəs altı şeydən qorxsun: — Qorxsun ki,Allah onun imanını əlindən alsın; — Qorxsun ki,mələklər Qiyamət günü onu rüsvay edə biləcək bir əməl qeyd etmiş olsunlar; — Qorxsun ki,şeytan onun əməllərini batil etsin; — Qorxsun ki,qəflətdə olarkən ölüm mələyi onun canını alsın; — Qorxsun ki,dünyaya başı qarışsın və axirəti unutsun; — Qorxsun ki,əhli-əyalı onu Allahı zikr etməkdən yayındırsın. • Osman (radiyallahu anhu): “Dünyanin dərdini cəkmək qəlbdəki zülmətin axirətin dərdinin cəkmək isə qəlbdəki nurun olmasina dəlalət edir”. • Əli (radiyallahu anhu): “Elmi axtaran kimsəni Cənnət axtarar günah axtarani isə Cəhənnəm odu axtarar” . • Ömər (radiyallahu anhu) : “İnsanlarla mülayim davranmaq dinin yarisi, gözəl sual vermək elmin yarisi və yaxşi idarəetmə yaşayişin yarisidir”. • Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu): “Üç şey üç şeylə əldə olunmaz: Arzularla var-dövlət, saçi rəngləməklə cavanliq və dava-dərmanla sağlamliq”. • Osman (radiyallahu anhu): “Dünyani tərk edəni Allah sevər; Günahlari tərk edəni mələklər sevər; Müsəlmanlarin mülklərinə tamah salmayan kəsi müsəlmanlar sevər”. • Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) demişdir: “Dörd şeyin tamamı dörd şeylə olur:Namazın tamamı iki səhv səcdəsi ilə, orucun tamamı fitrə zəkatı ilə, həccin tamamı fidiyə ilə, imanin tamamı isə cihad ilə olur”. • Əli (radiyallahu anhu): “Dünya həyatinda olan nemətlərdən islam neməti sənə bəs edər, işlərin arasinda itaət sənə bəs edər, ibrətlərin arasinda isə sənə ölüm kifayət edər”’. • Ömər (radiyallahu anhu) demişdir: “Əgər qeybə əl atmaq qorxusu olmasaydı beş cür insanın Cənnətlik olduğuna şahidlik edərdim: külfət sahibi olan kasıba, ərinin razılığını qazanan qadına, valideyinlərinin razılığını qazanana və günahlarından tövbə edənə”. • Əli (radiyallahu anhu): “Allah yaninda ən yaxşi, nəfsinin yaninda isə ən pis insan ol. İnsanlar arasinda isə onlardan biri kimi ol”. • Osman (radiyallahu anhu): “İbadətin şirinliyini dörd şeydə tapmişam: Allahin fərzlərini yerinə yetirməkdə, Allahin haram buyurduqlarindan uzaqlaşmaqda, Allahin savabini diləyərək yaxşi işlərə dəvət etməkdə və Allahin qəzəbindən qorxaraq pis işlərdən çəkinməkdə”. • Əli (radiyallahu anhu) demişdir: “Cənnəti istəyən yaxşi işlərə tələsməli, Cəhənnəmdən qurtulmaq istəyən isə şəhvətlərdən uzaqlaşmalidir.Ölümün həqiqətini anlayan heç bir şeydən ləzzət almaz, dünyanin gerçəyini dərk edənə bəlalar yüngül gələr”. • Ömər (radiyallahu anhu) demişdir:“Bütün dostlara nəzər saldim dili saxlamaqdan daha yaxşi dost görmədim, bütün libaslara nəzər saldim təqvadan daha yaxşi libas görə bilmədim, hər növ var-dövlətə nəzər saldim qənaətdən yaxşi var-dövlət görə bilmədim, hər növ təamlara nəzər saldim səbirdən daha ləzzətli təama rast gələ bilmədim”. • Əli (radiyallahu anhu) demişdir: “Dörd şeyin azi da çoxdur: üzüntü, kasibliq,od və düşmənçilik”. • Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) demişdir: “İffətli olmaq kasibliğin zinəti, şükür nemətin zinəti, səbir bəlanin zinəti, düzgün anlamaq elmin zinəti, təvazökarliq elm tələb edənin zinəti, çox ağlamaq qorxunun zinəti, minnət etməyi tərk etmək yaxşiliğin zinəti və xuşu namazin zinətidir”. • Əbu Bəkr əs-Siddiq(radiyallahu anhu) demişdir: “Əgər Allah kiməsə on xüsusiyyət vermiş olarsa, həmin şəxs hər növ kədər və bədbəxtlikdən yaxa qurtarmiş olar və o Allaha yaxin və mütəqi olan şəxslərin dərəcələrinə yüksələr”. — Qənaətcil qəlblə birgə daimi düzgünlük; — Daimi şükürlə birgə olan kamil səbr; — Zühdlə birgə olan daimi kasibliq; — Ac qarinla birgə olan daimi düşüncə; — Daimi qorxu ilə birgə olan kədər; — Daimi çalişqanliqla birgə olan təvazökar bədən; — Mərhəmətlə birgə daimi xoş rəftar; — Həya ilə birgə olan daimi sevgi; — Daimi anlamaq ilə olan elm; — Sabit ağilla birgə olan daimi iman. _____________________ Topladı: Abdul-Azim Salafy