ABŞ Konqresinin üzvləri və müsəlman təşkilatlarının nümayəndələrinin iştirakı ilə tarixi binada tədbir keçirilib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-da Konqres üzvlərinin və müxtəlif müsəlman təşkilatlarının nümayəndələrinin iştirakı ilə Ramazanın gəlişi münasibətilə tədbir baş tutub.
Konqresin ilk müsəlman üzvü Keyt Ellison tədbirdəki çıxışında 2012-ci ildə ABŞ-da müsəlman olmanın həqiqətən mühüm bir hadisə olduğunu qeyd edib. Tədbirdə çıxış edən “İslamic Relief” təşkilatının idarə heyətinin sədri Abid Əyyub isə hazırda gündəmlərində yalnız bəşəriyyətə yardım məsələsinin olduğunu deyib.
Konqres üzvü Bill Paskrell isə müsəlmanlarla qeyri-müsəlmanlar arasında həmrəyliyin yaradılmasının vacibliyini vurğulayaraq, insanların mənsub olduqları dinlərdən asılı olmayaraq, vahid “insanlıq gəmisi”ndə səyahət etdiklərini ifadə edib.