Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 25 » Ramazanın deyil, Allahın qulu olun!
    Ramazanın deyil, Allahın qulu olun!
    19:32
    Bütöv bir ayı Allaha uzun-uzadı itaətlə keçirdik. Ancaq mübarək Ramazan ayı başa çatan kimi bayramın birinci gününün günəşinin şölələri görünür-görünməz bir çoxunda bir sönüklük hiss edilməyə başlayır.

    Belə bir sönüklüyün baş verdiyi anda şeytan olduqca şən görünür və bizi hansısa bir günaha sürükləmək, Ramazandakı ibadət zəhmətindən sonra əməllərimizin puç olması üçün işə başlayır. Şeytan bir ay ərzində Uca və Böyük Allaha etdiyimiz ibadətin savabının itirilməsində maraqlıdır.

    Bu səbəbdən Quranda deyilir:

    “İblisin onlar haqqındakı zənni düz çıxdı. ...onların hamısı ona uydu” (Səba, 20).

    Ancaq iblisin barəmizdəki zənni hamımız üçün doğru çıxmaya bilir. Çünki ayənin sonunda deyilir:

    “(İçərilərindən) bir dəstə mömin istisna olmaqla...”.

    Görəsən, biz hansı dəstədənik?

    Görəsən, nəsibimiz möminlərin dəstəsindən olmaqmı? Və ya bzi iblisin barəsində zənni doğru çıxdığı şəxslərdənikmi? Pak və Uca Allah buyurur:

    “Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın...” (ən-Nəhl, 92).

    İnsanların çoxu bilmir ki, Ramazandan sonra Allaha itaətdə yol verdikləri tənbəllik, fərz və vacib ibadətlərin icrasında göstərdikləri tələskənlik və günah və pis əməllərə yol vermədəki səhlənkarlıq Allahın nemətinə qarşı nankorluqdur. Buna yol verənləri isə Quran möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadına bənzədir.

    Ramazanda əldə edilənlər gözəl iplik kimidir və gənclərin həm özlərini, həm də ətraf reallığı dəyişmələri üçün ona ehtiyacları vardır. Nəbadə Ramazandan sonra günaha, xüsusilə mübahisə, valideynin üzünə ağ olma və haram münasibət formalarına yol verəsiniz! Allaha and olsun ki, günaha müqavimət göstərməyin öz ləzzəti vardır və bu zaman həm Allah, həm də mələklər çox sevinərlər. Bu səbəbdən Ramazandan sonra günah etməməyə çalışın, islam ümməti üçün özünüzü qoruyun, çünki bu ümmətin Allaha itaətdə sabitqədəm olan gənclərə böyük ehtiyacı vardır.

    Fəallığınızı qoruyun!

    Nəbadə nail olduğunuz fəallığı əldən verəsiniz! Axı, Allah təala Ramazanda bizə uzun-uzadı ibadət etmək fürsəti verib. Heç ağıllı insan əkdiyini şeytanın biçməsinə razı olarmı?! İbadətin təsirini hiss etdikdən, imanın ləzzətini, Allaha itaətin, Ondan kömək ummağın şirinliyini daddıqdan sonra bütün bu nailiyyətləri qorumalı, hədsiz itaətkarlıq göstərməli, ibadətə sarılmalı, doğru yolla getməlisiniz. Həmçinin, Ramazanda olduğu kimi ibadətlərə bağlı qalmaq qeyri-mümkündür. Ancaq biz Ramazan başa çatan gündən etibarən minimum vaxt ərzində ibadətlərimizə, məsələn, iki həftə ərzində bu mübarək ayda olduğu kimi bağlı qala bilərik.

    Elə isə nə etməliyik?

    Əvvəlcə, özlüyünüzdə yəqin edin ki, istənilən vaxtda Ramazan abı-havasını qoruyub saxlaya bilərsiniz. Daha sonra, bir ay ərzində keçdiyiniz “təlim kursunu” səmərəliliyini qoruyub saxlamaq üçün aşağıda göstərilənlərə əməl edin:

    - Gündəlik bir səhifə oxumaqla belə yenidən Quranın xətminə başlayın;

    - Yatsı (işa) namazından sonra hər gün heç olmazsa iki dəqiqə dua edin;

    - Allahı hər gün zikr edin və xüsusilə də səhər və axşam zikrlərini unutmayın;

    - Beşvaxt fərz namazlarının ən azından üçünü məsciddə camaatla qılmağa çalışın;

    - Özünüzə əməlisaleh yoldaşlardan ibarət həmsöhbətlər tapın və onlarla daima əlaqə saxlayın. Bu, ibadətlərinizdə mütəmadiliyə səbəb olacaqdır;

    - Şəvval ayında altı gün oruc tutun. Əbu Əyyub əl-Ənsari ® rəvayət edir ki, Allahın elçisi (s) deyib:

    “Ramazanda tutduğu orucunun ardından Şəvvalda da altı gün oruc tutan kəs sanki ömrü boyu oruc tutmuşdur” (Müslim).

    Allahım, qəbul et!

    Ramazandan sonra çoxları belə sual edir: “Görəsən, Allah orucumuzu qəbul etdimi?”, “Allah bizi oddan qurtulanlardan etdimi?” Ancaq bu suallara heç kim cavab verə bilmir. Səhabələr özləri belə bu sualın cavabını tapa bilməmişdilər. Hz. Əli ® rəvayət edir ki, səhabələr bir iş gördükdə onu böyük həvəslə görər, qurtardıqda isə onları qayğı bürüyər və əməllərinin qəbul olunub-olunmamağı barədə düşünərdilər. Allah da onları belə vəsf edir:

    “Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verənlər” (əl-Muminun, 60).

    Ancaq Ramazandakı orucun, ibadətlərin qəbul olunub-olunmamağı məsələsində insanı arxayın edəcək bir üsul vardır ki, o da Allahın bu kəlamında öz əksini tapıb:

    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (bunun vasitəsilə) müttəqilərdən (təqva sahiblərindən) olasınız!” (əl-Bəqərə, 183).

    Bu, o deməkdir ki, siz Ramazandan sonra xeyir-bərəkət içərisində olmalısınız. Ramazandan sonrakı ilk həftə ərzində ibadət və itaətdə Allaha bağlılığınızı Ramazandakı vəziyyətlə müqayisə edin; əgər ibadətlərdə axsayıb günaha yol vermişsinizsə, özünüzdən küsün!

    Yox, əgər Ramazandan sonra ibadət və itaətinizdə yüksəlmə hiss olunursa və davranışlarınızda, hərəkətlərinizdə, həyatınızda yaxşılığa doğru dəyişmə müşahidə edilirsə, sevinin, çünki Allahın izni ilə Ramazanınız qəbul olunub.

    Əgər Allah təala Ramazanda bizə Quran oxumaq, dua və zikr etmək, təhəccüd namazı qılmaq fürsəti verməklə böyük nemət bəxş edibsə, onda bu nemətlərə görə Uca Rəbbə şükür etməyin zamanı Ramazandan sonradır.

    Bəziləri elə təsəvvür edir ki, Ramazan bayramı Ramazandakı imani zəhmətin son nöqtəsidir. Ancaq həqiqət bundan ibarətdir ki, Ramazan Allahla yeni andlaşmanın başlanğıcıdır. Bu andlaşmadan sonra biz maksimum müddət ərzində bu mübarək ayda topladığımız, iman, ibadət azuqəsini qoruyub saxlamalıyıq.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 686 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru