Müsəlmanlara etdiyi zülmü artıran Çin rəhbərliyi məscidlərin giriş qapılarına lövhələr asaraq namaz qılmağı qadağan edib
İnsan haqlarına dair hüquq pozulmalarını mütəmadi olaraq inkar edən Çin bu dəfə heç bir şeyi inkar edə bilməyəcək. Çində müxtəlif din və etnik qrup mənsublarına edilən təzyiqlərin hansı həddə çatdığı sənədləşdirilib. Şərqi Türküstanda məscidlərin qapılarına bərkidilən lövhələrdə ibadətxanalara kimlərin daxil olmasının qadağan olduğu qeyd olunub. Siyahıya nəzər saldıqda demək olar ki, bütün ölkə əhalisinin məscidlərə daxil olmasının qadağan olduğu məlum olur. 1 milyard 300 milyon əhalisi olan Çində müxtəlif din və etnik qruplara mənsub insanlara qarşı ağlasızmaz haqsızlıqlar edilir. Çində üç muxtar regionda: Şərqi Türküstanda, Monqolustanda və Tibetdə yaşayan müsəlmanlara edilən haqsızlıqların həddi aşdığı barədə xəbərlər səngimək bilmir. Buna baxmayaraq xüsusilə Şərqi Türküstanda edilən qeyri-insani hərəkətləri Çin hökuməti davamlı təkzib edir. İqtisadiyyatını liberallaşdırarkən idarəçilikdə hələ də tək partiyalı diktaturanın davam etdiyi Çində müsəlmanların ibadətlərini yerinə yetirdikləri məscidlərin giriş qapılarından asılan lövhələr qadağa və təzyiqlərin ölçüsünü açıq şəkildə ortaya çıxarır. Zülmün dəliləri: Şərqi Türküstanın mərkəzi şəhərlərindən olan Hotendən 30 km uzaqlıqda yerləşən Lop qəsəbəsi mərkəzi məscidinin qapısında məscidə girişi qadağan edilənlərin siyahısı dərc olunub. Bu cür siyahılar çox göz qarşısında olduğuna və əcnəbilərin diqqətini cəlb etdiyi üçün böyük şəhərlərdəki mərkəzi məscidlərin qapılarında yerləşdirilməsə də daha kiçik şəhərlərdəki məscidlərin giriş qapılarında isə mərmər lövhələrdə yerləşdirilibdir. Məscidlərin giriş qapılarından asılan lövhələrdə kimlərin məscidə daxil ola bilməyəcəyi qeyd olunub. Siyahıya nəzər saldıqda ölkədə demək olar ki, heç kimin məscidlərə daxil olmağa icazə verilmədiyinin şahidi oluruq. Qurban bayramı ərəfəsində bölgəyə səfər edən Humanitar Yardım Təşkilatının (İHH) briqadası tərəfindən lentə alınan fotoşəkillər Çini çıxılmaz vəziyyətə salacaq mahiyyətdədir. Maddələr halında olan qadağalar: “Aşağıdakı şəxslərin məscidə daxil olub dini fəaliyyətlə məşğul olmaları qadağandır” – deyə bildirilən lövhədə məscidə daxil olmaları qadağan olunanlar aşağıdakı kimi sıralanıb:
1 – Partiyaya daxil olmağa namizəd olan tələbələr 2 – Dövlət məmurları, işçiləri, təqaüdçülər və iznə ayrılanlar 3 – 18 yaşadək olan şəxslər 4 – Kənd idarəçiləri və məmurları 5 – Qadınlar
Fotoşəkillərlə qadağa Çin hökumətinin qeyri-insani davranışı şəkillərlə də isbat edilib. Şəkillərdə məscidlərə daxil olması qadağan olan qrupdakı şəxslərin məscidin dəhlizinə belə daxil ola bilməməsi görünür. Lop qəsəbəsindəki məscidin dəhlizinə açılan giriş qapısının qarşısında bir qadın namaz qılır. Bu qadın məscidin dəhlizinə belə daxil ola bilmir. Qadın qadağan olunduğu üçün yalnız dəhlizə açılan qapının qarşısında, daha doğrusu küçədə namaz qılmaq məcburiyyətində qalır. Qadın “buraya qadınların daxil olması qadağandır” lövhəsinin altında namaz qılarkən kiçik övladı isə onu gözləyir. Məlumat üçün bildirək ki, Çin konstitusiyasının 36 – cı maddəsində dini və etnik ayrı-seçkiliyə yol verilmədən bütün insanların dini etiqad azadlığı hüququnun olduğu qeyd olunmuşdur. Məcburi uşaq saldırma tətbiq edilir Çin Şərqi Türküstanı illərdir təzyiq altında saxlayır və oranın müsəlman əhalisinə terrorçu gözü ilə baxılır. İş hətta o həddə gəlib çatmışdır ki, uyğur türklərinin ölkə xaricinə çıxışına belə icazə verilmir. Digər məlumata görə,150 milyon müsəlmanın yaşadığı Çində qadınlara məcburi uşaq saldırma tətbiq edilir. Müsəlmanların yalnız iki uşaq sahibi olmalarına icazə verilir. Hökumətin xəbəri olmadan üçüncü uşağa hamilə qalan qadınlara isə məcburi uşaq saldırma tətbiq edilir. Uyğur türkləri təzyiqlərdən cana gəldikləri üçün Türkiyə başda olmaqla digər müsəlman ölkələrə sığınmaq istəyirlər. Çin isə bütün bu baş verənləri həmişə təkzib edib. Ancaq bu fotoşəkillər Çinin bu istiqamətdəki bütün iddialarını yox edəcək mahiyyətdədir. Fotoşəkildən də göründüyü kimi məscidə girişi qadağan olan qadın və uşaq məsciddə “qadağa”nı bildirən lövhənin altında gözləyirlər. Qadın namaz qılarkən uşaq anasını gözləyir. Çin uyğur türklərinin məskunlaşdığı Şərqi Türküstanda müsəlmanların ikidən çox uşaq sahibi olmasına icazə vermir. Hökumətin məlumatı xaricində hamilə qalan qadınların uşaqları isə zorla saldırılır.