“Selef.my1.ru" Türkiyə mətbuatına istinadən bildirir ki, Ərəb Birliyi (ƏB) bəzi radikal qrupların Əqsa məscidinə hücumları barədə İsrailə kəskin xəbərdarlıq edib. Qurum Əqsa məscidinə zərər veriləcəyi təqdirdə bütün regionda vəziyyətin kəskin pisləşəcəyini bəyan edib.
Birliyin Baş katibliyinin açıqlamasında Əqsa məscidinin müsəlmanların pozulmaması vacib qırmızı xətti olduğu bildirilərək, məscidə zərər veriləcəyi təqdirdə bütün regionun təhlükəsizliyi və istiqrarının pozula biləcəyi vurğulanıb.
Məscidə hücumların bir qisminin hərbi uniformalı şəxslər tərəfindən keçirildiyi və təcavüzkarların İsrail təhlükəsizlik qüvvələrinin mühafizəsi altında hərəkət etdikləri bildirilən açıqlamada Əqsa məscidi imamının həbsi və etikafa girənlərin məsciddən çıxarılması da qınanılıb.
ƏB YUNESKO-dan Qüds şəhərinin bəşəriyyətin mirası sayılaraq, mühafizə altına alınmasını tələb edib.