Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 22 » Qızların əxlaqının erkən yaşlardan pozulmasında medianın rolu
    Qızların əxlaqının erkən yaşlardan pozulmasında medianın rolu
    13:29
    Bu yaxınlarda America Psixoloji Assosasiyası media mədəniyyətinin Amerika qadınına göstərdiyi təsiri araşdıraraq müəyyən nəticəyə gəlib. Nəticələrə dair hesabatda göstərilir ki, medianın bütün tərəfləri və kütləvi informasiya vasitələri insana təsir edir, onun fikir və rəyini formalaşdırır, yaşayış tərzində dəyişikliklərə səbəb olur və sair.

    Hesabata əsaslanaraq, həmin vasitələrin xüsusən qızlara və ya gənc qadınlara necə təsir göstərdiyini araşdıraq. Qız uşağı anadan olandan böyüyüb, məktəbi və ya universiteti bitirib, öz karyerasına başlayıb, ailə həyatı qurub hətta uşaqlarına tərbiyə verən anadək media ona mütəmadi təsir göstərir. İş orasındadır ki, medianın mənfi təsiri müsbət təsirindən qat-qat çoxdur. Mənfi təsirlərin əsasını da qadınların istismar edilməsi təşkil edir. Belə ki, qadından istənilən qədər və istənilən kimi istifadə etmək və faydalanmaq üçün onu istənilən "qəlib”ə salmağa təsir edən media vasitələri, demək olar ki, bütün istək və arzuları nəzərə alaraq, xüsusi "reseptlər” hazırlayır. Düzdür, sözügedən araşdırmanın nəticələri Amerika qadınlarına aiddir, ancaq biz həmin nəticələri və təsirləri diqqətlə araşdırdıqda müsəlman dünyasının da bu baxımdan acınacaqlı halda olmasının şahidi olarıq. Bədbəxtlik burasındadır ki, mənəvi dəyərləri və axirət prinsipləri olmayan bir millət belə tədqiqatları aparır, müsəlmanlar isə hansı vəziyyətdə olduqlarını hələ də araşdırmaq da istəmirlər.

    Məlum araşdırmaların nəticələrini bir yerdə oxuyaq:

    I. Televiziya verilişləri:

    - Gənclər üçün nəzərdə tutulmuş verilişlərdə əsasən qızlara daha çox önəm verilir, onların rolu daha qabarıq göstərilir. Beləliklə, zərif cinsin nümayəndələrinin ekran "payı”na daha çox yer verilir;

    - Verilişlərdə qadınlara daha qabarıq rollar verilir;

    ]- Qadınlar çox zaman daha cazibəli, nəzərəçarpacaq tərzdə geyindirilir, həmişə diqqət mərkəzinə çevrilirlər. Bununla da tamaşaçılarda qadınları "gözləri ilə yemək arzusu” yaranır.

    Yayımlanmış 81 tele-verilişin təhlili bu verilişlərin məzmunlarının 84%-nin aşağıdakılar üzərində qurulduğunu ortaya çıxarıb:

    a) Qızlar barəsində "cinsi” söz və ifadələr;

    b) Qızların bədən quruluşlarına dair mülahizələr, təsvir və qiymətləndirmələr;

    v)Qızların qadınlıq duyğularını oyatmaq üçün edilən hərəkətlər.

    II. Musiqili video kliplər:

    - 44% - 81% video kliplər qızların "cinsiliyini” və cazibədarlığını nümayiş etdirir;

    - Qadının geyimi kişinin geyimindən daha açıq-saçıq, daha nəzər çarpan olur. Başqa sözlə desək, qadının geyimi "gəl-gəl” deyir;

    - Qadın daha çox dekorativ, bəzək və gözəlləşdirici əşya kimi təqdim olunur;

    - Qadın "cinsi” istəyə hazır formada göstərilir. Bu zaman gənc qızlardan tutmuş yaşlı qadınları elə tərzdə kliplərə çəkirlər ki, onlar hər yaşda "cinsi” baxımdan hazır subyektlər kimi görünsünlər.

    III. Filmlər, kinolar, seriallar:

    Təəssüflə qeyd edək ki, elə bir film tapmaq mümkün deyildir ki, orada qadın öz "cinsiliyi” və cazibədarlığı ilə təqdim olunmasın.

    IV. Cizgi filmləri:

    - Müasir cizgi filmləri cinsi hərəkətlərdən, şəkillərdən və ifadələrdən sığortalanmayıb.

    - Qadın və ya qız obrazlar çox cazibədar və açıq-saçıq geyindirilir.

    V. Jurnallar:

    Bütün jurnallarda qadının daha qəşəng, daha cazibədar və kişilər üçün daha "cinsi” görünməsi üçün məsləhətlər, formullar, geyimlər və münasib yazılar olur.

    VI. İdman:

    2008-ci il olimpiya oyunları buna ən bariz misaldır. Əgər olimpiya oyunlarına baxmışsınızsa, oradakı geyim formaları və tərzlərini xatırlayın. Oyunlar və çıxışlar zamanı geyimlər qızların bədənlərini mümkün qədər az örtürdü.

    VII. Video kompüter oyunları:

    Kompüter oyunlarında da "cinsi” səhnələr və qızların cazibədarlığı öz yerini tutur.

    VIII. İnternet:

    Heç də düşünməyin ki, burada söhbət əxlaqsız saytlardan gedir. Hətta adi saytlarda belə tanışlıqlar, söhbətlər və görüşlər təyin olunur. Belə ki, qeydiyyatdan keçən qız öz əlamətlərini və bədəninin fizioloji ölçülərini münasib xanalara daxil etməlidir.

    15-17 yaşarası qızlar arasında aparılan sorğudan məlum olub ki, onların 70%-i qeydiyyatdan sonra münasib saytlarda pornoqrafik səhnələrə rast gəlib.

    IX. Reklam:

    Bütün reklam səhnələrində, şəkillərində və vasitələrində qadınlar bəzək əşyası kimi, cəlbedici olaraq göstərilir və minimum paltarla təmin olunurlar (Məsələn, qız çox cazibəli formada, özünü əzib büzərək avotomobilin yanında dayanır və s.). Təbii ki, bütün bunlar diqqətin cəlb edilməsi üçündür.

    Hətta, uşaq oyuncaqları və gəlincikləri belə, "cinsi” və açıq-saçıq geyimdə hazırlanır.

    X. Müxtəlif məhsullar:

    Məhsullara gəldikdə, məsələn, paltarlar qızlar üçün çox seksual və cazibədar hazırlanır. Kosmetik məhsulların üzərindəki təsvir və şəkillər də hamıya bəllidir.

    Sonda demək istəyirik ki, bu nəticələr Amerikada aparılan araşdırmalara aid olsa da bizdə də, demək olar ki, eyni hal müşahidə olunur. Təəssüf ki, valideynlərin çoxu öz qızlarının tərbiyə və davranışlarına laqeyd yanaşır, "hələ balacadır” məntiqinə aldanırlar. Elə isə diqqətli olun ki, sizin də qızınız bütün bu kütləvi informasiya vasitələrinin hədəfi və ya "ovu”na çevrilməsin. Yoxsa sonradan fikirləri və rəyləri dəyişmək çətin və hətta bəzən qeyri mümkün olacaqdır. .
    Bölmə: Dünya Xəbərləri | Əlavə etdi: Terane | Baxılıb: 594 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 8
    Qonaqlar: 8
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru