1) Qadınların sayı artacaq və kişilərin sayı isə o qədər azalacaq ki, hər bir kişiyə 50 qadın düşəcək. (Səhih Buxari, Elm kitabı, 81)
2) Fərat çayında (suyu tamamilə çəkilərək) qiymətli qızıl xəzinəsi aşkar edilməyənə qədər Qiyamət qopmayacaq. İnsanlar onun üçün savaşacaq və hər 100 nəfərdən 99-u öləcək və onlar hamısı deyəcək ki, o bir nəfər o olacaq (yəni, 100 nəfərdən sağ qalan bir nəfər). Hər kim o zaman orada olsa, ordan heç bir şey götürməsin. (Səhih Müslim, Fitnələr kitabı, 6920)
3) Qüdsün çiçəklənməsi Mədinənin xarabalığa çevrilməsinə gətirib çıxaracaq. (Sünən Əbu Davud, 4294. səhihdir)
4) Mədinənin xarabalığa çevrilməsi Böyük savaşın başlanmasına gətirib çıxaracaq. (Sünən Əbu Davud, 4294. səhihdir)
5) Romalılarla müsəlmanlar arasında "Böyük savaş" baş verəcək. Romalılar Əməq və Vabiq adlı yerə gələcəklər və müsəlmanlar onlarla savaşacaq. Roma üzərində qələbə qazanılacaq (Səhih Müslim, 6723, 6924)
6) Mehdi doğulacaq və Bəni İsraildən olan 70000 müsəlmanla birlikdə İstanbulu təsbih və təkbirlə fəth edəcəklər. İstanbulun fəthi "Böyük savaşdan" 6 il sonra olacaq. (Sünən Əbu Davud, 4296. Səhih Müslim, 6979).
7) İstanbulun fəthindən 7 ay sonra Dəccal peyda olacaq. (Sünən Əbu Davud, 4296). Onun İsfahanda 70000 nəfər yəhudi ardıcılı olacaq. (Səhih Müslim, 7034). İnsanlar onun Allah tərəfindən verilən heyrətamiz möcüzələri ilə sınağa çəkiləcəklər. Yağışı yağdırmaqla, bitkilərin canlandırılması ilə, xəzinələrin üzə çıxarılması ilə insanları azdıracaq və özünü ilah elan edəcək.
8) Sonra İsa bin Məryəm Dəməşqdə zühur edəcək. (Səhih Buxari, Zülmlər kitabı, 656)
9) İsa bin Məryəm (ə.s) Mehdi ilə görüşəcək və İsa (ə.s) onun arxasında namaz qılacaq. Peyğəmbər (s.ə.s) demişdir: "Mənim ümmətimdən bir qrup insan haqq uğrunda Qiyamətə qədər mübarizə aparacaqlar. Sonra İsa bin Məryəm zühur edəcək və onların əmiri (Mehdi) İsaya deyəcək: "Bizə namazda imamlıq et" Lakin o (İsa) deyəcək: "Xeyr, sən onların əmirisən - bu ümmətin qürurusan" (Səhih Müslim, 156)
10) Sonra Yəcuc və Məcuc tayfaları peyda olacaq və yer üzündə fəlakətlər törədəcək. (Səhih Müslim, 6931)
11) Sonra "Allah onları (Yəcuc və Məcuc tayfalarını) məhv edəcək" (Əhməd, 9349. Silsilə əs-Səhihə, 2182)
12) Sonra İsa (ə.s) Dəccalı Ludd darvazasının yanında öldürəcək. (Səhih Müslim, 7015)
13) Bundan sonra İsanın (ə.s) qalan vaxtında sülh və sakitlik dövrü olacaq. (Səhih Buxari, Zülmlər kitabı, 656)
14) Onun (ə.s) dövründə Allah tərəfindən insanlara elə mərhəmət gələcək ki hətta dəvənin südü belə onlara bəs edəcək və mal-dövlət bol olacaq. (Səhih Buxari, Fitnələr və Dünyanın sonu kitabı, 237).
15) Ərəb çölləri yenə çəmənliyə və çaylara çevrilməyincə Qiyamət qopmayacaq (Səhih Müslim, 157)
16) Hicazda böyük yanğın baş verəcək, Bəsrə sakinləri onu görəcək. (Səhih Buxari, Fitnələr və Dünyanın sonu kitabı, 234)
17) 3 yerdə yer sürüşmələri baş verəcək, biri şərqdə, biri qərbdə və biri də Ərəbistanda. (Səhih Müslim, 6931)
18) Nazik ayaqlı həbəş əmiri Kəbəni dağıdacaq. (Səhih Müslim, 6951)
19) Günəş qərbdən doğacaq. (Səhih Buxari, Quranın Təfsiri kitabı, 159)
20) Sonra Allah möminlərin üzərinə sərin bir meh göndərəcək və onların ruhunu alacaq. (Səhih Müslim, 7015)
21) Sonra yer üzərində ən pis insanlardan başqa heç kim qalmayacaq və onların üzərinə Qiyamət qopacaq. (Səhih Müslim, 7015)
22) Mələk İsrafil tərəfindən birinci sur çalınacaq və hamı huşunu itirəcək. (Səhih Müslim, 7023)
23) Mələk İsrafil tərəfindən ikinci sur çalınacaq və hamı yenidən diriləcək, haqq-hesab vaxtına. (Səhih Müslim, 7023) 2