Qısa müddətli oruc “IGF-1” yaşlanma hormonunu azaldır.
18:18
Qısa müddətli oruc “IGF-1” yaşlanma hormonunu azaldır.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərədə aparılan araşdırmada qısa müddətli tutulan orucun “IGF-1” hormonunun həddən artıq olmasından irəli gələn yaşlanmanın sürətini ləngitdiyi müəyyən olunub.
“Bi-Bi-Si” telekanalında efirə çıxan “Horizon” verilişinin son bölümündə orucu müzakirə edən aparıcı ixtisasca həkim Maykl Mosli araşdırmalar nəticəsində qısa müddətli oruc tutmanın ürək-damar xəstəlikləri və yaşlanma risqini azaltdığı və ya ləngitdiyinin öyrənildiyini deyib.
HəkimMosli həftənin 2 günü oruc tutduğunu deyərək, belə pəhriz üsuluna müraciət edən şəxslərdə ürək-damar, eləcə də xərçəng və şəkərli diabet xəstəliyi risqinin azaldığını bildirib.