Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Qədr Gecəsinin əlamətlərini belə bildirmişdir:»Gecənin təmiz və işıqlı olması, ayın parıldaması əlamətlərdəndir. Həmin gecə sakit, nə isti nə də soyuq olur, ulduz sürüşməsiniə səhər açılıncayadək icazə verilmir. Bu gecənin əlamətlərindən biri də günəşin düz, şüasız, sanki bütöv ay kimi doğmasıdır, şeytanlara isə onunla birlikdə çıxmaq qadağandır.» İmam Əhməd, bütün ravilər etibar ediləndir. İbn Kəsir hədisin isnadını yaxşı hesab etmişdir. Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir:»Həmin gecə itlərin hürməməsi yaxud nadir hallarda hürməsinə gəldikdə isə, bu haqda səhih heç bir şey yoxdur. «Şərh əl-Mumti.»