Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 12 » Qədr gecələri
    Qədr gecələri
    18:27
    Ramazan gecələrinin birində Öz nurunu endirməklə aləmləri zülmətdən işıqlığa çıxaran Allaha həmd olsun. Salam və xeyir-dua haqq ilə göndərilmiş ilahi nurı saçan çıraq — Həzrəti Məhəmmədin, onun pak ailəsinin üzərinə olsun!

    Bəşər tarixində bu vaxta qədər baş vermiş və bundan sonra baş verəcək hadisələr arasında Quranın nazil edilməsindən daha mühim, əlamətdar, vacib hadisənin olması düşünülməz.
    “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!" (əl-Qədr, 1)

    Bu böyük hadisə baş verərkən yalnız bəşəriyyətin vətəni və məskəni olan yer üzü deyil səmalar da lərzəyə gəlmişdir.

    Quranın Qədr gecəsində endirilməsi haqqında bu açıqlamalar verilmişdir. Quran toplam olaraq Lövhi-məhfuza (Allah nəzdində olan hər şeyin yazıldığı lövhə) nazil edilmişdir.

    Yaxud dünya səmasına endirilmişdir. Bundan sonra zaman yetişdikdə o, Allahın əmri ilə Cəbrayıl (ə) tərəfindən yer üzərinə (Peyğəmbərin (s) qəlbinə) parça-parça çatdırılmışdır.
    Yaxud Ramazan ayında hz. Məhəmmədə (s) ilk dəfə peyğəmbərlik verilərkən Qədr gecəsində enməyə başlamışdır.

    Bütün yuxarıda söylənənlərin hamısı eyni gecədə (Qədr gecəsində) baş vermişdir.
    Sonralar hər dəfə Quranın nazil olduğu ay gəldikdə aləmləri təkrar-təkrar lərzəyə gətirəcəkdir. Yer və səma əhlinə öz təsirini göstərən bu mübarək gecə haqqında Quranda belə xəbər verilir (tərcümə olaraq)

    “O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.
    O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” (əl-Qədr, 4-5)

    Bu gecənin “Qədr gecəsi” (ليلة القدر) adlandırılması

    Bu gecənin “Qədr” adlandırılması haqqında aşağıdakılar söylənmişdir:

    a) Qədir-qiymət.

    Bu gecə əzəmət, şərəfə sahib gecə olub, olduqca qədir qiymətlidir. Necə ki, dilimizdə məsələn “Filan kəs hörmətli, dəyərli, qiymətlilidir. Onun qədrini bilmək lazımdır” kimi məfhumlar işlənməkdədir.

    Həmçinin, o gecədə saleh əməllər də qədir-qiymətli, dəyərli olar. Buna görə kim o gecədə itaətdə olarsa o gecə ilə işlətdiyi saleh əməllərlə qədir-qiymətə minər.

    b) Qədər (ilahi yazı)

    Bu gecədə gələn ilə qədər illik ölüm, həyat, ruzi, təbii hadisələr və s. olacaqlar təqdir edilir. Allah bunları mələklərə bildirir, onlar da yazırlar.

    “Hər bir hikmətli iş o gecə hökm (ayırd) olunur” (əd-Duxan, 4)

    c) Darısqallıq.

    Bu da yer üzünə enən göy əhli mələklərə səmalara nisbətən kiçik yer üzünün dar gəlməsi ilə izah edilir.

    Qədr gecəsinin hansı gecə olması

    Qədr gecəsinin Ramazanın neçənci gecəsi olduğu Allah tərəfindən gizli saxlanılmışdır. Bu barədə bütün söylənənlər araşdırma, zənn, təxmin, ehtimallara dayanır. Peyğımbərdən (s) rəvayət edilən hədislərdən qədr gecəsinin dəqiq bilinməyib böyük ehtimal Ramazanın son on gününün tək gecələrində olduğu məlum olur.

    Übadə bin Samit (r.a.) belə rəvayət edir: “Peyğəmbər (s) qədr gecəsinin vaxtını bildirmək üçün yanımıza gəldi. Bu zaman müsəlmanlardan iki nəfər biri biri ilə mübahisə edirdi. Bundan sonra Rəsulullah (s) belə buyurdu: “Sizə qədr gecəsini bildirmək üçün çıxmışdım. Ancaq filan ilə filan mübahisə etdikdə bu bilgi məndən alındı. Bunun sizin üçün daha xeyirli olmasını ümid edirəm. Qədr gecəsini (son on günün) doqquzuncu, yeddinci, beşinci gecəsində araşdırın” (Buxari. Fəzl leylətil-Qədr, 4 (2023)

    Ümumiyyətlə bir şeyi nələrinsə içində gizli saxlamaq Allahın hikmətlərindəndir. Məsələn:

    *Rizasını saleh əməllərin içində,

    *Qəzəbini günahlar içində,

    *Vəli qullarını (sevimli bəndələr, seçkin dostlar) insanlar içində,

    *Müstəcab (qəbul edilib cavab verilən) duanı dualar içində,

    *İsmi-azamını (ən böyük, ən əzəmətli ismini) gözəl isimləri içində,

    *Cümə günündəki duaların qəbul edilmə vaxtını o günün içində,

    *Ölümü həyatın günləri içində,

    *Qədr gecəsini də gecələr içində.

    Təbbi ki, bunun da hikmətləri vardır. Məlum olduğu kimi insan nəfsinin özəlliklərindən biri də günah işləməyə yatqın olmasıdır. Kiçik bir işıq üzü gördükdə, həmən arxayınçılığa qapana bilir. Bundan da günahlar törəyir. Min aydan daha xeyirli olan Qədr gecəsi dəqiq bilinsə idi insanlar onu dəyərləndirməyə cəhd göstərdikdən sonra arxayınçılığa qapana bilərdilər. Digər tərəfdən bu onlarda araşdırma, mücadilə, inkişaf, tərəqqi kimi qaynaşma, canlılıq, dinamizm hisslərini soyudar onları passiv hala gətirə bilərdi. Həm də bir şeyin gizli olması onu daha da cazib edər. Hər şeyin doğrusunu Allah bilir. Rasulullah (s) buyurduğu kimi “Bunun sizin üçün daha xeyirli olmasını ümid edirəm”.

    Bu gecənin dəyərləndirməsi

    Bu gecənin dəyərləndirilməsində Quranı insanlara çatdıran elçinin tətbiqatına baxmaq gərəkdir. Heç kim insanların ən kamili, ən üstünü olan Rasulullahla (s) xeyir işlətməkdə yarışa bilməz. Möminlərin anası hz. Aişə dediyi kimi: “Rasulullah (s) xeyir əməllər işlətməkdə insanların ən səxavətlisi, əli açığı idi ( بالخيراجود الناس). Ramazan girib Cəbrayıl ilə görüşdükdə daha da səxavətli olardı. Cəbrayıl (ə) Ramazan ayında hər gecə onunla görüşür, Rasulullah da (s) ona Quranı ərz edərdi. Cəbrayılla (ə) görüşdükdən sonra xeyir işlərdə əsən küləkdən daha səxavəti olardı.” (Buxari. Sövm, 7)

    Hədisdə bəhs edilən səxavət, əli açıqlıq mal paylamaqdan daha geniş anlam daşıyır. Mal xərcləmək də daxil olmaqla hər bir xeyirli iş görməkdə xəsisilik olmayıb hər zaman bu işlərdə var olmaqdır. Hər zaman bütün xeyirlərin tacı olan Rasulullah (s) Ramazanda bu xeyirxahlıqda daha da aktivləşərdi. Ramazanın son on günü gəldikdə Rasulullah (s) artıq coşub daşardı.

    Hz. Aişənin rəvayət etdiyi kimi: “Rasulullah (s) Ramazanda digər aylardan daha çox çalışırdı. Ramazanın son on günündə digər günlərdən daha çox cəhd göstərirdi” (Müslim. Etikaf, 8)

    Rasulullah (s) və onun səhabələri və onlara tabe olan sonrakılar bu gecələrdə bacardıqca ibadət etməyə cəhd göstərmişlər.

    Hz. Aişədən rəvayət olduğuna görə, Ramazanın son on günü gəldikdə Rəsulullah (s) bütün gecəni əhya edərdi, ev xalqını oyandırar, ciddiyyət nümayiş etdirərə və kəmərini sıx bağlayardı” (Müslim. İtikaf, 7)

    Hədisdəki kəmərin sıx bağlanması xanımları ilə yaxınlığı tərk etməsi kimi izah edilmişdir.
    Gecənin əhya edilməsi ( احيا الليل) haqqında bunları söyləmək mümkündür. “Əhya” sözü ərəb dilindəki “həyat, canlı, diri, yaşayan” anlamına gələn (حى) [hayyun] sözündən törəmişdir (dilimizdəki “həyat” sözü də buradan gəlir).

    Həyatın ziddi ölümdür. Oyaq olmaq həyatı yuxu isə ölümü simvəlizə etməkdədir.
    Rasulullah (s) yatanda “Allahım Sənin adınla ölüb dirilirəm”, yuxudan oyananda “Bizi öldürdükdən sonra diriltən Allaha həmd olsun” deyərdi. Buna görə hansısa bir zamanı əhya etmək oyaq olmaqla mümkündür. Həyat və ölüm yuxu və oyaqlıqdan başqa digər anlamlarda da işlədilir.

    Rasulullah (s) Allahı zikir edənlə etməyənin misalının ölü ilə dirinin misalına bənzəməsini bilidirmişdir” (Bax: Buxari, Müslim)

    “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?...” (əl-Ənam, 122).

    Bu o deməkdir ki, bu gecələri yalnız oyaq qalmaqla əhya edilməz. əhya etmək üçün zikir, ibadət halında olmaq şərtdir. Bu gecələrə ibadət, itaətlə həyat verilər, yoxsa ki, Allahdan qafil olmaqla, günah və üsyanla əhya edilməz.

    Bir sözlə diri canlılıq, oyanıqlıq, hərəkət, dinamizm, inkişaf, tərəqqi anlamlarını içinə alan həyat, ibadətdə itaətdə canlılığı simvolizə etməkdədir. Qədr gecələrini də əhya etmək məhz bunu bildirməkdədir.

    Qədr gecələrini dəyərləndirmək haqqında daha bir kəlimə işlədilməkdədir ki-bu da gecələri “qiyam etməkdir”.

    “Kim inanraq və hesabını umaraq Qədr gecəsini qiyam (من قام ليلة القدر) edərsə keçmiş günahları bağışlanar” (Buxari. Fazlun leylətil Qadr, 1 (2014) “qiyam etmək” lüğəti mənada qalxmaq, düzəlmək, dikəlmək, ayaqda tutmaq mənasına gəlir. Dilimizdəki “müqavimət göstərmək”, “qiyam qaldırmaq” kəlmələri də buradan törəmişdir. Bu gecələri qiyam etmək əhya etməsi anlamına yaxın olan həm yuxudan, qəflətdən oyanıb qalxmaq, həm də bu gecəni ayaq üstə tutmaq. Bu da ibadət və itaətlə olur.

    Bu gecənin əhya və qiyam edilməsində müvəffəqiyyət isə Allahın nəzdindədir. O “əl-Hayydır” (الحى), “əl-Qayyumdur” (القيوم). Allah diridir məxluqata həyatı da O verir. O cümlədən də din, iman kimi qəlbə həyat verməsi. Həmçinin Allah aləmlərin həyatını sürdürməsini təmin edir, varlığını ayaq üstə tutur, nəzarət edir. Qullarının da Onun dinini ayaq üstə tutmasına üçün qüvvəti O verir.

    Nəticədə, demək olar ki, bizim payımıza düşən son on gecələrin hamısını əhya etməkdir. Ələlxüsus da bu gecələrin tək gecələrini (21, 23, 25, 27, 29) diqqət yetirmək. Bu gecələri əhya edərkən bütün gecəni səhərə qədər yatmamaq vacib deyil. Yəni bu gecələrin bir qismini yatıb bir qismini oyaq qalmaqla keçirmək daha məsləhətlidir. Çünki bir çox hədislərdən məlum olduğu kimi Rasulullah (s) gecənin bir qismini yatar bir qismini qiyam edərdi. Bununla bərabər vəziyyətdən asılı olaraq heç yatmadan keçirməkdə də bir günah yoxdur. Əsas məsələ bu gecələri qəflət yuxusundan oyaq keçirməkdir.
    Rasulullah (s) qədr gecəsinin ehtimal olunduğu son on günü dünya ilə əlaqəsini minimuma endirər, etikafda (Allaha ibadət niyyəti ilə bir yerə (məscidə) daxil olmaqla orada qalmaq) keçirərdi.

    Peyğəmbər (s) etikaf zamanı zərurət olmadan məsciddən çıxmazdı. Gecə-gündüz dua, zikr, təfəkkür, namaz kimi ibadətlərlə keçirərdi.

    Bu yetməzmiş kimi hətta məscidin bir tərəfində çadır qurar orada Allahla təkbə-tək qalmaq üçün təklənərdi.

    Bu gecənin əlamətləri

    Bu gecənin bəzi əlamətləri haqda düşüncələr söylənmişdir. Bunların böyük qismi şəxsi araşdırma və kəşfə dayanmaqdaır. Bu isə kəsinlik ifadə etməz. Ola bilsin ki, bunlar bir həqiqətdir, amma bu Allahın hansısa bir quluna xüsusi bir kəramət olaraq vermiş olub, qədr gecəsinin sabit əlamətlərindən deyil.

    Bu əlamətlərdən bəziləri isə Peyğəmbərdən (s) rəvayət edilmişdir: “Qədr gecəsinin əlamətləri arasında bunlar vardır: O gecə aydın və xoş, mülayimdir. Nə soyuq nə də istidir. O gecənin səhərində günəş parlaq (göz qamaşdırıcı) deyil, sönük doğar” (Təbərani. Kəbir, XXII, 59; Suyuti. əd-Darul-Mansur. VIII, 581)

    Bəzi alimlər hədisdə keçən günəşin parlaqsız doğmasını qədr gecəsində yer üzünü doldurmuş çox saylı mələklərin səhər təkrar göyə yüksələrkən günəşin işıltısının qarşısını kəsməsi ilə izah etmişlər.

    Bu gecəni əhya, qiyam edərkən məsləhət olan əməllər

    a) Zikr

    Məs.: “Sübhənallah” (Allah nöqsansızdır) “Əlhəmdulilləh” (Övgülər ucaltmalar, təriflər, şükrlər Allaha məxsusdur) “Allahu əkbər” (Allah ən böyükdür) “Lə iləhə illəllah”(Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur) “Sübhanəllahi və bihamdih” “Sübhənallahi vəl-həmdulilləhi və lə iləhə illəllahu vəllahu əkbər” və s…

    Bu zikirlər bəlli bir sayı və ardıcılıq halında etməyə ehtiyac yoxdur.

    b) Tövbə-istiğfar

    Günahlardan tövbə etmək.

    Günahları etiraf etmək, peşmançılıq duymaq, göz yaşı axıtmaq, tövbə etmək.
    Allahdan bağışlanma diləmək. Məs: “Əstəğfirullah” (Allahım bağışla) “Əstəğfirullahi və ətubu ileyh” Allahım bağışla, tövbə edərək Sənə döndüm) “sübhanəkə Allahummə və bihamdikə, Allahummə-ğfirli”

    c) Salavat

    Məs: “Allahummə salli alə Muhammədin və alə ali Muhamməd” (Allahım Məhəmmədə və onun alisənə rəhmət, xeyir-bərkət ver).

    d) Dualar

    Axirət, din və dünya üçün xeyirli şeylər istəmək. Özü, valideyn, ailə, yaxınlar, millət, ümmət, insanlar üçün xeyir, hidayət, iman, bağışlanma və s. Müsəlmanlardan xəstələr, aclar, varlılar, kasıblar, gənclər, qocalar, məhbuslar, əsirlər, subaylar, alimlər, məscid imamları, dövlət başçıları, vəzifə sahibləri, borclular, ölülər, savaşda olanlar üçün və s…
    Bir də dua edərkən xəbərlərdən məlum olduğu kimi bu gecədə bir illik işlər təqdir edildiyini nəzərə almaq

    e) Quran oxumaq

    f) Elmlə məşğul olmaq

    Məs: dini kitablar (hədis, Quranın tərcüməsi və s…) oxumaq.

    g) Söhbət

    Dünya söhbətləri, dini olsa belə yorucu olan mövzular, həmçinin qiybət, fitnə, mübahisədən uzaq imana təsir edən söhbətlər etmək.

    h) Namaz

    Təhəccüd namazı qılmaq. 2, 4, 6, 8, 10 rükət qılmaq. İki-iki qılmaq. (İki rükətdə bir salam vermək). Arada fasilə verib zikir, elim, təfəkkürlə məşğul olmaq olar. Sonda bu namazları tək saylı vitr ilə bitirmək

    k) Təfəkkür etmək

    Allahın gücü, əzəməti, qüdrəti, böyüklüyü haqda təfəkkür etmək. Cənnəti, cəhənnəmi, günahları düşünmək və s.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 669 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru