Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 8 » Pozitiv və dini əxlaq haqda faydalı qeydlər
    Pozitiv və dini əxlaq haqda faydalı qeydlər
    09:01
    Qloballaşma və mədəniyyətlərin inteqrasiyası özü ilə ciddi problemlər gətirmişdir. Müasir dövrdə “populyar mədəniyyət” deyilən məşum kabus dünyanın mədəni-əxlaqi mənzərəsinin konturlarını istədiyi şəkildə cıza biləcək gücə malikdir. Milli mədəniyyətlərin “sərhəd”ləri tədricən, özü də hiss edilmədən bir-birinə qarışmışdır.

    Nəticədə, dəyərlərin aşınması prosesi güclənir, əxlaq dəyərləri mənəviyyat müstəvisindən “rəsmiyyətçi” nizam-intizam normaları müstəvisinə daşınır, dini əxlaqın “faydasızlığı” fonunda pozitiv etika daha qabarıq formada təqdim edilir, milli-dini çalarlığı olan ürf-adətlərin populyar mədəniyyət “tiyan”ında “əridilməsi” baş verir. Qloballaşmanın labüd etdiyi modernizm, – deməliyik ki, modernizm ideoloji anlayışdır. O, insanlara müasirlik* adı altında təqdim olunsa da, əslində liberal-nihilist (həm də hedonist) vesternizm həyat tərzinin təbliğinə xidmət edir, – bir xalqın keçmişi (eləcə də tarixi) ilə bağlı bütün dəyərlərə təhlükə yaradır, çoxlarının “ümumdünya mədəniyyəti” adlandırdığı ideoloji maşının təkərləri altında onları “əzib” yox edir. Postmodern və liberal yaşayış tərzinin təbliğini asanlaşdırmaq üçün informasiya maşını əla işləyir: əxlaqla, milli-mənəvi dəyərlərlə bağlı hər bir şey köhnəlik kimi təqdim olunur; dəyərlərə və adət-ənənəyə bağlılıq ültra-mühafizəkarlıq, köhnəlik və gerilik hesab edilir. Bir sözlə, indiki dövrdə dini və milli (geniş mənada: dini-etik, milli-əxlaqi) olan hər şeyə – dəyərlər də bura daxildir – qarşı müasirlik adı altında ideoloji müharibəyə start verilib. Bu, həm ustalıqla, həm də gizli aparılan müharibədir.

    Qloballaşma zəminində meydana çıxmış inteqrasiya prosesləri o xalqlara, o toplumlara təsir göstərir ki, onların ideoloji müdafiə mexanizmi zəifdir. Təbii ki, söhbət texnoloji inteqrasiyadan getmir. Biz burada ideoloji-mədəni inteqrasiya formasından danışırıq. Yad dəyərlər və mədəniyyət modellərinin asanlıqla ixrac olunmasında hər nə qədər qloballaşmanın adı hallansa da, onların “ayaq tutub yeriməsi”ni başqa bir amillə əlaqələndirmək lazımdır. Bu, yuxarıda dediyimiz kimi, ideoloji müdafiə mexanizminin və ya “immunitet”in zəifliyi, ya da ümumiyyətlə mövcud olmamağıdır. Bəli, qloballaşma, onu müşayiət edən mədəni inteqrasiya və populyar mədəniyyət əxlaqi dəyərləri laxlatmış, özü də bərk laxlatmışdır. Müşahidələr göstərir ki, pozitiv (insan ağlının müəyyən etdiyi) əxlaq sistemlərinin (belə sistemlərin yaranması o qədər də uzağa gedib çıxmır. Mütəxəssislər başlanğıc tarix kimi XIX əsrin sonlarını göstərirlər) ömrü uzun olmur və qloballaşmanın təsirinə tez məruz qalır. Çünki dövrün tələblərinə müvafiq olaraq insan təfəkkürünün meydana çıxardığı əxlaq dəyərləri (normaları) zaman keçdikcə köhnəlir, yeni “tələbat”lara cavab verə bilmir. Odur ki, köhnəlmişləri yeniləri ilə əvəzləmək lazım gəlir. Namus, vicdan, məsuliyyət, sədaqət... kimi dəyərlər də “quru” və “rəsmi” normalar halına gətirildiyindən həqiqi məzmunlarından uzaqlaşır, müəyyən vaxt keçdikdən sonra “arxaikləşib”, əxlaq səmasının sönən ulduzlarına çevrilir. Məhz bu üzdən biz istər dünya müstəvisində, istərsə də öz cəmiyyətimizdə sözügedən dəyərlərin deqradasiyasının şahidi oluruq. Bəli, şərti və nisbi normalar, deməli, pozitiv normalar, eləcə də pozitiv əxlaq belə bir aqibətə məhkumdur.

    Dini əxlaqda isə vəziyyət başqa cürdür**. Burada dinin (söhbət islamdan gedir) təsis etdiyi dəyərlərin mütləq təbiəti əsas götürülür. Çünki Allahın qoyduğu əxlaq normaları ümumidir, zaman və məkan nisbiliyinə tabe deyildir. Bəli, inanclı insanlar yəqinliklə qəbul edirlər ki, Allahın göndərdiyi əxlaq dəyişməzdir. Axı Allah Mütləq Bilik sahibidir. Məhz belə bir inancın formalaşdırdığı psixoloji immunitet (biz bunu “səmavi immunitet” də adlandıra bilərik) dini əxlaqı həmişəyaşar etmişdir: bir müsəlman üçün vicdan, namus, məsuliyyət, sədaqət, düzgünlük dəyişməz dəyərlərdir; 1400 il əvvəl necə idisə, indi də elədir! Yəqin ki, oxucumuz həm dini-əxlaqi dəyərlərlə mübarizənin “müasirlik” adı altında aparılmasının, həm də həmin dəyərlərə bağlılığın köhnəlik kimi təqdim edilməsinin səbəbini tam dəqiqliyi ilə başa düşməyə başlayır: inancın doğurduğu psixoloji səbatı sarsıtmaq üçün bu inanc və səbatı ləkələmək ən uğurlu və münasib həll variantı hesab olunur.

    Madam ki, belədir, onda dini əxlaq dəyərlərinə sarılmaqla, onların pozitivləşməsinə imkan verməməklə, insanları bu istiqamətdə maarifləndirməklə ən uğurlu müqavimətin baş tutacağını düşünürük. Bəli, dini-əxlaqi dəyərlərə sadiq qalmaqla müsəlman ümməti milli-dini identikliyini möhkəmlədə bilər. Bununla da, qloballaşan dünyada böyük güclərin təlqin etdiyi mədəniyyət modellərinin fonunda cılızlaşıb yox olmaqdan qurtular. Bu, məsələnin bir tərəfidir. Bir daha deyirik: “Mədəni” qloballaşmanın əxlaqi tənəzzül qoxusu verən abı-havasından, dağıdıcı təsirlərindən qorunub, cəmiyyətdə əxlaqsızlığın, məsuliyyətsizliyin, başıpozuqluq və digər mənfi təmayüllərin yayılmasının qarşısını almaq istəyiriksə, dini-əxlaqi dəyərlərə sahib çıxmalıyıq.

    Məsələnin digər tərəfi müsəlmanların dini əxlaqa münasibəti ilə əlaqəlidir. Unutmayaq ki, Allah təala Quranda Həzrəti Məhəmmədi əxlaq mücəssəməsi adlandırır və onun hər şeydən qabaq bir əxlaq peyğəmbəri olduğuna diqqəti çəkir. Peyğəmbərimiz əxlaqda nümunə sayıldığı üçün qəlblərə təsir etmiş, küfr “buz”larını əritmiş, açılmayan qıfıllara açar olmuşdu. Çünki Allahın elçisi insanlar arasında uğurlu ünsiyyət və təmasın qurulmasında əxlaqın ən təsirli vasitə olduğunu yaxşı bilirdi. Əxlaq yadı yaxın edir, düşməni də – dost. Sufilər demişkən: əhli-hal əhli-qaldan çox iş görər...

    İbadət etməklə iş bitmir. Gərək gözəl əxlaqa da sahib olasan. Bəzən elə olur ki, rəbbimizlə əlaqələrimizi möhkəmlətsək də, eyni diqqəti bəndə ilə münasibətlərimizə ayırmırıq, qüsurlara yol veririk. Namaz qılır, oruc tutur, həccə gedir, zikr edir və Quran oxuyuruq, amma insanlarla xoş davranmırıq, kobudluq göstəririk. Çox təəssüf ki, ölkəmizdəki dindarlar da bu sarıdan bərk korluq çəkirlər. Bəli, bu, danılmaz bir həqiqətdir. Ən azından, cümə və camaat namazlarında biz bunun əyani şahidi oluruq. Dini müzakirələrdə özünü göstərən mənfi hallar da dediklərimizi təsdiqləyir. “Məzhəbçi” və “camaatçı” zehniyyət müsəlmanların bir-birinə olan münasibətlərinin konturlarını şeytanın lehinə cızır, Quran və Sünnədə göstərilmiş əxlaqi davranış normalarını bizə unutdurur. Qeyd edək ki, biz məzhəb və ya camaat anlayışlarına qarşı deyilik. Bizi narahat edən cəhət məzhəb və camaat mənsubluğunda özünü göstərən təəssübkeşlikdir. Əxlaqımızı cılızlaşdıran, bizi bir-birimizə düşmən edən təəssübkeşlik!

    İbadət etməyən insanlara, ələlxüsus valideynlərə, yerli adət-ənənəyə münasibətdə təzahür edən sərtlik, radikallıq heç bir vəchlə islam əxlaqı ilə üst-üstə düşmür. Əgər biz insanları haqqa çağırmaq, eybəcər halları aradan qaldırmaq istəyiriksə, bunu, Quranın ifadəsi ilə desək, “ən gözəl üslubda” həyata keçirməliyik.

    Onu da deyək ki, biz, müsəlmanların davranışlarında özünü göstərən bəzi qeyri-məqbul halların kökündə islam əxlaqından bixəbərliyimiz yatır. Bu səbəbdən əxlaqı öyrənməliyik. İbadət əxlaqla tamamlanarsa, arzu etdiyimiz müsəlman şəxsiyyəti ortaya çıxar. İbadət etsələr də, əxlaqdan binəsib qalan kəslər Quranın müsəlman şəxsiyyəti modelinə çevrilə bilməzlər. Onlardan Rəhmanın qulları da çıxmaz. Habelə, ibadəti bir kənara qoyub, “qəlbim təmizdir” fəlsəfəsi ilə yaşayanlar da elə zənn etməsinlər ki, bu minvalla Allahı razı salmaq olar. Çünki islamda əxlaqdan kənar ibadət, ibadətsiz də əxlaq yoxdur. Bəli, Misirli böyük alim Şeyx Yusif əl-Qərdavinin dediyi kimi, islama görə, əxlaq imanın əsas göstəricilərindən biri kimi nəzərdən keçirilir, Allahın vacib qıldığı ibadətlərin səmərəsi olaraq ortaya çıxır.

    Deməli, həm qloballaşmanın “populyar” həyat tərzində əriməmək, həm də ibadət etməklə yanaşı, mənən kamilləşmək üçün əxlaqı öyrənməli və onu dinin dəyərləri çərçivəsində mənimsəməliyik. Odur ki, maariflənməliyik.

    /azerimuslims/

    * Qeyri-münasib geyimlərin, açıq-saçıqlıq və hedonist həyat tərzinin “müasirlik” kimi başa düşülməsi, namus, qeyrət anlayışlarının həqiqi məziyyətini itirməsi, təbii ki, narahatlıq yaradır. Açıq-saçıqlıq və nihilist yaşam tərzi əleyhinə çıxanların köhnəfikirli, mühafizəkar, mürtəce adlandırılması bizlərə tanışdır. Əslində, müasirlik hər yeni olanı ağına-bozuna baxmadan qəbul etmək deyildir. Müasirlik – meydana çıxan hər bir yeniliyə sağlam düşüncə ilə obyektiv münasibət bildirdikdən sonra münasib olanın tətbiqidir. Məsələn, bir valideynə yaxınlaşıb, ona övladının geyimi barədə iradımızı bildirsək, gülümsəyər və bunun müasirlikdən irəli gəldiyini, geyindiyinə rəğmən onun tərbiyəli və ağıllı olduğunu söyləyər. Ancaq unutmayaq ki, qeyri-ənənəvi yaşam tərzinin diktəsi ilə övladlarımıza verdiyimiz “azadlıq” və “sərbəstlik” hələlik görünməyən, görünsə belə hiss edilməyən faciənin mövcudluğunu qaçılmaz edir. Avropa və Amerikaya baxaq: ifrat sərbəstlik, intim azadlıq cəmiyyəti və ailə nizamını dağıtmış, həya, qeyrət və mənəviyyata hörmət kimi məfhumları dilin leksikonundan silib atmış, şəhvət naminə hər iki cinsi bir-birinə qarışdırmışdır. İfrat azadlığın (əslində bu azğınlıqdır) nəticələri haqda Cenevrə Şərq Tədqiqatları Mərkəzinin direktoru, professor Simon Jorje deyir: “…Biz boğucu bir vicdan və qeyrət böhranı içindəyik… Biz çırpınan və ölümə yaxınlaşan bir mədəniyyətin şahidiyik. Şübhəsiz, o öləcəkdir, o ölür!”

    ** Biz əxlaqı pozitiv (dünyəvi) və dini olmaqla iki kateqoriyaya bölməyin doğru olmadığını düşünürük. Çünki əxlaqa dair bir sıra cəhətlər insanda fitrən mövcuddur. Ancaq bütün dəyər və ibtidai-fitri hisslərin liberal-nihilist dünyada öz məsumluq və saflığını itirməsi faktı bizi məcbur edir ki, əxlaq anlayışını dəyişməz və sarsılmaz təlimləri olan islam dini çərçivəsində nəzərdən keçirək, mütləq forma verməklə onu adiləşməkdən qoruyaq. Qənaətimizə görə, müasir dünyada əxlaqı hifz etmək üçün yeganə vasitə dindir. Məhz bu səbəbdən biz dini əxlaq sözündən istifadə edirik.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 654 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru