Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 5 » Peyğəmbərin Ramazan gündəliyi
    Peyğəmbərin Ramazan gündəliyi
    11:42
    Uca Allah müqəddəs kitabında peyğəmbəri Həzrəti Məhəmmədi bizim üçün ən gözəl nümunə kimi təqdim edir. Allahın rəsulu hər bir məsələdə bizim üçün ən gözəl nümunə və örnək şəxsiyyətdir. Onun Ramazan orucu və oruc gündəliyi də bizim üçün nümunə təşkil edir.

    Peyğəmbərin həyatında Ramazanın özünəməxsus yeri vardı. Belə ki, vəhy qapısı məhz Ramazanda açılmışdı. Həzrəti Məhəmməd vəhy mələyi ilə bu ayda tanış olmuşdur. Ramazanda nazil olmağa başlayan Quranın göndərilməsində məqsəd insan oğlunu təqvalı qul etmək idi. Göstərişdən uzaq, daim və yalnız Allah üçün tutulan və Ramazanda fərz qılınan orucun hədəfi təqvalı insan yetişdirməkdir.

    Peyğəmbərimizin Ramazan və oruc gündəliyini aşağıdakı şəkildə qeyd etmək mümkündür:

    - Allahın rəsulu üçün Ramazan mərhəmət, bərəkət, bağışlanma ayı, xeyirli əməl və gözəl işlər bazarı, daha çox ibadət etmək üçün fürsət idi. Peyğəmbər bu məsələ ilə bağlı: “Yazıq o kəsin halına ki, Ramazana yetişdiyi halda günahları bağışlanmayıb cəhənnəmə vasil olur!” – buyuraraq, Ramazanın fürsət ayı olduğunu bildirmişdir.

    Ramazanı daha çox ibadət etmək üçün fürsət kimi dəyərləndirən peyğəmbərimiz Ramazan və onun gözəllikləri haqda belə buyuraraq, insanları bu ayı lazımi şəkildə keçirməyə təşviq etmişdir:

    “Ramazan ayı gəldikdə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar. Şeytanlar isə zəncirə vurular”;

    “Adəm oğlunun еtdiyi hər bir əməl аrtığı ilə yаzılаr. Görülən hər xeyir əməlin ən azı 10 misil əcri vаrdır. Bunun ən çохu isə 700 misildir. Allah təalа belə buyurur: “Oruc bu qaydadan müstəsnadır. Çünki o, sırf Mənim üçündür. Onun mükafatını dа Mən verəcəyəm. Çünki oruclu şəhvətini və yeməyini mənim üçün tərk edir”;

    “Oruclu üçün iki sevinc anı vardır: Biri iftar etdiyi zaman olan sevinci; digəri Rəbbinə qovuşduğu zaman olacaq sevincidir. Heç şübhəniz olmasın ki, oruclunun ağız iyi Allah qatında müşk iyindən daha yaxşıdır”;

    “Oruclunun yatması ibadət, susması zikr, işləməsi bərəkət, duası məqbul olub günahı bağışlanmışdır”;

    “Cənnətdə rəyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa oradan heç kəs keçməyəcəkdir”.

    - O, digər aylar kimi Ramazanı da hər cür günah əməldən uzaq şəkildə keçirərdi; tutduğu orucların savabını qeybət, dedi-qodu, yalan və əbəs söhbətlərlə azaltmazdı. Həmçinin, o, orucu yuxuya həbs etdirməz, bu ayda mümkün qədər çox savab qazanmağa çalışardı.

    - İnsan oğlu üçün ən gözəl həyat modeli nümayiş etdirən Allahın rəsulu gündəlik fərz namazları ilə yanaşı, nafilə namazları da qılardı. O, Ramazanda bu nafilə namazlara təravih namazlarını da əlavə edər və belə buyurardı: “Uca Allah sizə Ramazanda oruc tutmağı fərz buyurdu. Mən də Ramazan gecələrində (təravih namazları) ilə qalxmağı sünnət qıldım”.

    Peyğəmbər Ramazan ayına təravih namazı qılmaqla daxil olar və beləcə ertəsi günün orucunu namaz üzərində bina edərdi.

    Allahın rəsulu üçün namaz bir çox insanın etdiyi kimi yalnız Ramazana məxsus və təravihlə məhdudlaşmamışdı. Axı gündəlik beş dəfə qılınan fərz namaz onu gözünün nuru idi.

    - Allahın rəsulunun orucu yalnız mədənin ac və susuz qalmasından ibarət deyildi. O, başda mədə olmaqla bədəninin bütün əzalarına oruc tutdurardı. Peyğəmbər orucu qəlbi, beyni, dili və bütün digər bədən üzvləri ilə tutardı. Sonuncu elçi bu barədə bizə belə xəbərdarlıq edir:

    “Elə oruc tutanlar vardır ki, tutduqları oruclarından onlara yalnız ac və susuz qalmaları çatır”.

    “Kim yalan danışmaqdan və bu yalanla əməl etməkdən vaz keçməzsə, bilsin ki, Allahın onun yeməsini və içməsini tərk etməsinə ehtiyacı yoxdur”;

    “Oruc qalxandır (pərdədir). Sizdən hər kim oruc tutarsa pis söz söyləməsin, qışqırıb çağırmasın. Bir kəs ona nalayiq söz söyləyər və ya dalaşarsa: “mən orucluyam!” desin və pis heç nə etməsin”.

    - Peyğəmbər oruc tutmaq üçün obaşdanlığa qalxmağın bərəkətini qeyd edər, iftar vaxtı ilə tələsərdi: “Obaşdanlığa (sahura) qalxın. Belə ki, onda bərəkət vardır”; “İnsanlar iftara tələsdikləri müdətcə xeyir üzrə olarlar”.

    - Allahın rəsulu dövrümüzdəki bəzi oruc tutanların etdikləri kimi iftarı gecikdirməz, sahuru tərk etməzdi. O, obaşdanlığa qalxmağa, iftara isə tələsməyə böyük əhəmiyyət verərdi.

    Peyğəmbər iftar vaxtı yetişdikdə belə dua edərdi: “Allahım, yalnız Sənin üçün oruc tutdum, yalnız Sənə güvəndim, Sənə sığındım. Sənin verdiyin ruzi-bərəkətlə orucumu açdım”; “Allaha həmd olsun. Susuzluq aradan qalxdı, damarlar yaşlandı, inşallah savab qazanmağımız dəqiqləşdi”.

    - Peyğəmbər istər oruc tutsun, istər tutmasın, yalnız xeyirli və doğru danışardı. Oruc tutan kəsə iftar vermək Peyğəmbərin Ramazanda davamlı etdiyi əməllərdən idi. Allahın rəsulu belə buyurmuşdur: “Hər kim bir oruc tutan şəxsə iftar verərsə, ona həmin kəsin savabı qədər savab verilər. Üstəlik, bu səbəbdən, oruc tutanın savabından heç nə əskilməz”.

    - Peyğəmbər ifrata yol verərək, iftar süfrələrini israf süfrələrinə, yalnız varlıların bir-birini mükafatlandırırmış kimi qəbul edildiyi süfrələrə çevirməzdi. Onun iftar süfrələrində varlı və kasıb olmasından asılı olmayaraq, hər bir insana yer var idi. Peyğəmbər üçün Ramazan qidalanma, pəhriz və əyləncə ayı deyildi. O: “Oruc tuturam”, - deyə gündəlik həyatdan qopmaz, görməli olduğu işləri lazımi qaydada həyata keçirərdi. Belə ki, o, Bədir döyüşünə məhz Ramazan ayında çıxmışdı.

    - Allahın rəsulu nə orucu yuxuya tutdurar, ondan işlərini görməkdə sui-istifadə edərdi. Orucla bağlı verilən suallara isə hər zaman olduğu kimi, asanlaşdırıcı metodla cavab verər, alternativ həll variantlarını təklif və təqdim edərdi.

    Onun suallara verdiyi cavablar həyata keçirilməsi mümkün buyruqlar idi. Peyğəmbər dində güzəştə də yol verməz, insanları çıxılmaz çətinliklərə də sürükləməzdi.

    - Allahın rəsulu daim comərd olmuşdur; Ramazanda isə daha da comərd olardı. O, vəhy mələyi Cəbrayılla qarşılaşdıqda xeyir əməl və xərcləmədə əsən rüzgardan belə daha comərd idi. Peyğəmbərin comərdliyi yalnız Ramazana xas deyildi. O, həmişə sahib olduğu şeyin ən yaxşısından verərdi.

    - Peyğəmbər daim zahid kimi ömür sürmüşdür. Ancaq Ramazan gəldikdə, o daha da zahidanə davranardı. Çünki bu ay onun etikaf ayı, məscidin bir küncündə on gün boyu özünü Allaha həsr etmə ayı idi. Həzrəti Məhəmməd peyğəmbərlikdən əvvəl də Hira mağarasında inzivaya çəkilərdi. Ancaq Quran ayələri nazil olmağa başladıqda o, Hiradan enərək, cəmiyyət içərisinə qarışmış və dəvət işini həyata keçirmişdir. Ancaq Peyğəmbər insanlardan və dünya nemətlərinin cəlbediciliyindən müvəqqəti də olsa uzaq qalmağı tamamilə tərgitməmişdir. Belə ki, o, xalqın arasında, məsciddə Ramazanın sonuncu on gününü etikafla keçirmişdir.

    - Allahın rəsulu xalqın arasında olarkən belə Haqla bərabər olar, ibadətlərini əsla həyatdan və insanlardan qopmaq, onlarla münasibətlərini kəsmək üçün vasitəyə çevirməzdi.

    - O, daim Allahı zikr edərdi. Ramazanda isə zikrini daha da artırar, bu mübarək ayda dualarına daha çox dua əlavə edərdi. Peyğəmbər mütəmadi olaraq, Quran oxuyar, müqəddəs kitabın buyruqlarına müvafiq ömür sürərdi. O, Ramazanda daha çox Quran oxuyar, qiraətlərində onu vəhy mələyi müşayiət edərdi. Onun vəhy mələyi ilə qarşılıqlı Quran oxuduğu ay məhz Ramazan ayı idi.

    - Allahın rəsulu Quranı dərk etmək və yaşamaq üçün oxuyar, müqəddəs kitabı əsla dünyəvi mənfəət üçün və adət xatirinə oxumazdı.

    - Ramazanın sonuncu on günü yetişdikdə Peyğəmbər dua, zikr, bağışlanma və ibadət fürsəti olan Qədir gecəsini axtarar, insanları bu gecəni ibadətlə keçirməyə təşviq edər və: “Kim inanaraq və savabını Allahdan umaraq Qədir gecəsini ibadətlə keçirərsə, əvvəlki günahları bağışlanar”, - buyurardı.

    - Bir sözlə, Peyğəmbər Ramazanda daha çox ibadət və dua edərdi. Ramazanda nümayiş etdirdiyi bu davranışı sonrakı aylarda da davam etdirər və ümmətinə tövsiyə edərdi. Başqa sözlə ifadə etsək, on bir ayın sultanı olan Ramazan Peyğəmbərin yerdə qalan on bir ayını da idarə edərdi: “Kim Ramazan orucunu tutar və ona şəvval ayından altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar”.

    - Peyğəmbər üçün Ramazan bir təlim düşərgəsi, özünü yeniləmə fürsəti, “təchizat” ayı idi. Sonuncu elçi Ramazanda topladığı enerji ilə bu mübarək aydan sonrakı həyatını formalaşdırardı. Ramazan bayramını təkbir gətirərək və namaz qılaraq başladardı. Təkbir və namaz üzərində qurulan bayramdan sonrakı həyat elə bu istiqamətdə davam edərdi.

    Allahın rəsulu bütün Ramazan gözəllikləri ilə yolumuzu aydınladır, qəlblərimizi isinişdirir, beyinlərimizi açır, sözlərimizi gözəlləşdirir, davranışlarımızı düzəldir. Bəs biz onun ümməti kimi Peyğəmbəri arzulamağa, hər bir işimizdə ona bənzəməyə, ondakı gözəl xüsusiyyətləri mənimsəməyə çalışırıqmı?

    Ona və onun yolundan gedənlərə Allahın salamı yetişsin.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 629 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 17
    Qonaqlar: 17
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru