Alimlər beynin anatomik quruluşunun paxıllıq və comərdliklə birbaşa əlaqəsini aşkar ediblər.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, İsveçrənin Sürix universitetində aparılan araşdırmada insan beyninin müəyyən bir bölgəsinin comərdlik hissini artırdığı müəyyənləşdirilib. Alimlər tədqiqatlar nəticəsində paxıl və əliaçıq insanların beyin fəaliyyətləri arasında kəskin fərq olduğunu ortaya qoyublar.
Beynin parietal və temporal lobları arasındakı bölgədə daha artıq boz maddə toplanan insanların digərlərinə nəzərən daha comərd olduqları müəyyən edilib. Alimlər kəşfin beynin anatomik quruluşu, fəaliyyəti və comərdlik araısnda ilk dəfə əlaqə yaratdığını sübuta yetirdiyini deyiblər.
Qeyd edək ki, əvvəlki araşdırmalarda insanların cinsi, təhsil səviyyəsi və gəlirləri ilə paxıllıq və ya comərdlik arasında birbaşa əlaqə olduğu sübuta yetirilməmişdi.