Ana Səhifə » 2012»İyul»11 » “Övladlarımıza Ömər və Aişə adlarını qoymağa İran rejimi icazə vermir”...
“Övladlarımıza Ömər və Aişə adlarını qoymağa İran rejimi icazə vermir”...
22:23
Əhvaz vilayətindəki müsəlmanlar övladlarına ərəb adları qoya, məscid inşa edə bilmirlər.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Əhvaz əyalətindən olan fəal Əbdülhəmid Ömər rəsmi Tehranın müsəlmanlara törətdiyi çətinliklərdən danışıb.
Ömər İran hökumətinin əhvazların ərəb kimliyini məhv etmək üçün mütəmadi kampaniyalar keçirdiyini deyib. Əhvazlı fəal ərəb dünyasını və islam təşkilatlarını əyalətdə yaşayan ərəb mənşəli müsəlmanları Tehran rejiminin işgəncəsindən xilas etməyə çağırıb.
“Biz ərəbik, müsəlmanıq, Əhvazdanıq. Torpaqlarımız və mədəniyyətimizi İran tərəfindən işğal edilib. Neft ixracının 10%-i yaşadığımız torpaqların payına düşür. Həmçinin, İranın ən böyük fabrikləri Əhvazda yerləşir. Buna baxmayaraq, Əhvazdakı ərəb xalqı övladlarına Əbu Bəkir, Ömər, Aişə və Osman kimi adları verə bilmirlər. Həmçinin, vilayət sakinlərinin milli ərəb paltarları geyinməsi də qadağandır”, - deyə Əbdülhəmid Ömər bildirib.
İran rejiminin Əhvaz vilayətində sünni müsəlmanlara məscid inşa etməyə icazə vermədiyini deyən fəal bölgədə ərəb mirasının tamamilə məhv edilməyə çalışıldığını qeyd edib.