Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 12 » Oruc və mən!
    Oruc və mən!
    18:25
    Ey nəfs! Nədir? Bəlkə qorxursan? Sünnət yaxud nafilə ibadət adlandıra bilməyəcəyin, hökmündə heç bir məzhəbin fərqli görüş bildirmədiyi Ramazan orucunun gəlməsindən dolayı qorxursanmı?... Sən: “Mən bu məsələdə filan məzhəbin görüşü ilə əməl edəcəyəm” – iddiası ilə heç bir yerə qaça bilməzsən! Bilirəm, hətta əminəm ki, qorxursan.

    Gündüz oruc tutmaq, axşamlar təravih namazına getmək, bir az Quran oxumaq, bir ay davam edəcək zəhmət olduğunu zənn etdiyin rəhmət səni qorxudur! İldə bircə ay belə olsa peyğəmbər və əməlisaleh insanların həyat tərzinə bürünmək sənə çətin bir iş kimi görünür.
    Qorxma ey nəfs! Sən ən yaxın dostun şeytanın köməyi ilə bu işin öhdəsindən gəlmək üçün bir yol tapa bilərsən. Sən Quranın: “Şeytan onlara öz əməllərini gözəl göstərər” dediyi həmin o bəzəyi, “gözəlliyi” tapa bilərsən. Sən haqqı haqq ilə boğmağı yaxşı bacararsan. Buna da yaxşıca bir “Ramazan hazırlığı” ilə başlayarsan. Getdiyin hər bir dükandan yaxud bazarda ət, sosiska, pendir, kolbasa almadan çıxmazsan. İftar və sahurlar üçün ayrı-ayrılıqda bazarlıq edərək, əla süfrə hazırlayarsan. Sonra bir qədər nəfəsini dərib: “Ey rəbbim! Bizdə pul var, ala bilirik. Kasıb qulların nə etsin? Ay Allah Sənə min şükür!” deyərək, vicdanının dərinliyindən gələn səsə qulaq vermişcəsinə əlinə bir bağlama götürərək, kasıb-kusuba vermək üçün içini doldurmağa başlayarsan.
    Ey nəfs! Bax o zaman özünə aldığın əti, növbənöv kolbasaları, yağı, pendiri unudaraq, cürbəcür makaronları, vermişelləri yaxşı bir ərzaq bağlaması hazırlayırmışcasına ədayla yığarsan. Birdən yadına özün üçün aldığın zeytun yağı düşdükdə dərhal günəbaxan yağına, özün üçün aldığın bal və kərə yağı düşdükdə cemə və marqarin yağına əl atar, beləliklə də kasıb-kusubun da halını fikirləşən bir mömin kimi bazarlığı başa çatdırarsan. Əgər həmin yardım (!) paketini verdiyin şəxsdən əvəzində sənin üçün nə isə bir iş görməsini istəməyibsənsə, lap yerinə düşdü... Lovğalana bilərsən...
    Ey nəfs! Budur, ilk təravih namazının vaxtı gəlib çatdı. Yedin, içdin, doydun. Mədən döyüşə hazırdır. Görəsən ruhun nəyə hazırdır? Allahın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbərinin (s) mütəmadi şəkildə qıldığı sünnət namazı, səhabələrin tərk etmədiyi namaz: Təravih namazı gəldi! Bilirəm, ey alçaq nəfs! İndi sən təravih namazının səkkiz rükət olduğunu deyəcəksən. İyirmi rükətin çoxluğundan, bidətçiliyindən dəm vuracaqsan. Maşallah, sən bu məsələdə bir “hədis ustadı”san. Yaxud da bir fəqih kimi hökm kəsirsən! Deyəsən, təravih namazının bütün elmi cəhətlərini açıqlığa qovuşdurubsan. Elə isə mayası qoxumuş bir palçıqdan olan sən Hz. Ömərin (Allah ondan razı olsun): “Biz bu gün Rəsulallahın (s) zamanında səkkiz rükətlə alınan bir savabı iyirmi rükətdə nəinki ala bilərik” sözlərini necə izah edə bilərsən? Ancaq bilirəm ey alçaq səfil! Peyğəmbərin (s) izindən gedən Allahın əməlisaleh qullarının təqvasına və zahidliyinə heç bir zaman meylin olmadı. Onların öz nəfslərinə necə qalib gəldiklərinə baxmadın, baxa bilmədin. Səni onların məqamı cəlb etsə də, yamaqlı cübbələrini, həsirdən yataqlarını, quru xurmalardan ibarət naharlarını görmədin, görmək istəmədin. Sən raşidi xəlifələrdən bəhs edərkən dilin xilafəti xatırlayır, ruhun isə səltənəti yaşayırdı.
    Bir azdan sahura qalxmalısan. Təhəccüd namazını qılmaq üçün “haram qatmadığın” yuxundan mədən üçün vaz keçəcəksən. Bu ifadəni eşitdiyin zaman bunu dini baxımdan qanuniləşdirmək üçün “Kitab əhlinin orucu ilə bizim orucumuzun arasındakı fərq sahur yeməyidir” hədisi yuxunu qaçıracaq. “Bir quru xurma ilə olsa belə sahur edin” hədisi isə iştahanı açacaq. Gündüz yeyib-içməyəcəyin üçün bunun əvəzini yarım saatlıq sahur süfrəsində çıxaracaqsan. Bəlkə səhər ya da günorta “Ürəyim onu istəyər, bunu istəyər” deyə, süfrədə olan naz-nemətin hamısından – xoşladıqlarından da, xoşlamadıqlarından dadacaqsan. Sonra isə qulağına səhər azanının səsi gələcək. Bəlkə heç azana əhəmiyyət belə verməyəcəksən. Fikirləşəcəksən ki, sahuru gecikdirmək sünnətdir axı... Bol su içəcəksən ki, bütün gün ərzində susayarsan. Gün boyu içə bilməyəcəyin bütün sulardan iç. Hətta içə bilməyəcək qədər belə iç! Nəhayət, imsaq vaxtı ilə birlikdə ağzını yemə-içməyə bağlayacaqsan. Səhər namazı... Namazı camaatla qılmaq? Bu da nə deməkdir? “N” qədər “üzrlü” səbəblər gətirərək, camaatla namaza getməyəcəksən. Görəsən, yemə-içməyə bağladığın ağzını yalana, qeybət və dedi-qoduya necə bağlı saxlayacaqsan? Əlbəttə ki, bu, bir qədər çətin olacaqdır. Çünki, qeybətin, yalanın, dedi-qodunun imsaqı yoxdur axı! Qeybətin, yalanın, dedi-qodunun və boş-boşuna danışmanın iftarı da yoxdur ki, axşamı gözləyəsən. Ancaq sən bunlara da bir “üzrlü səbəb” tapa bilərsən. Axı bunları etsən də tövbə, bağışlanma var, elə deyilmi? Tövbə edərsən, Allah bağışlayar, vəssalam.
    Axşam yaxınlaşır, iftara az qalır. Sən ey nəfs! – Sahurda yeyilmədik heç bir şey buraxmayan şişman! Utanmadan bugün heç aclıq hissi keçirmədiyini, oruc tutmağın sənin üçün heç də çətin olmadığından söz etməyə başlayırsan. Əvvəlki avqust oruclarının necə də çətin olduğundan danışarsan. Oruc tutmağın sənin üçün çətin olmadığından, sahurda boğmalana-boğmalana yeməyindən deyil, təqva sahibi olmağından dolayı nəfsinin ibadət etməkdən ləzzət alma məqamına gəldiyindən dəm vurarsan. İftara lap az qaldıqda vicdanının dərinliyindən gələn: “Allahdan qorx! Süfrəndə bir kasıb da iftarını açsın. Unutma ki, İbn Ömər kasıb olmayan süfrədə əyləşməzdi. Unutma ki, xəlifə Ömər də yetimlər üçün arxasında ərzaq daşıyardı. İftar üçün hazırlatdığın yeməkləri də götürüb, bir yetimin evinə qonaq get.
    Rəsulallahın (s) Cənnətdə yetimə diqqət-qayğı ilə yanaşanlarla yanaşı olacağını bildirdiyi hədisləri xatırla” səsi bir nida kimi qulağında cingildədiyi zaman: “Yaxşı! Bugün olmadı. Sonrakı iftarda edərik” – deyəcəksən. Bu sonralar növbəti illərə “qədəm” qoyacaq. Əslində isə “sonrakı gün” bir də Əzrayıl gəldiyi zaman gələcək.
    “İftara tələsin” hədisi ağzını sulandıracaq. Ancaq sənin fəqih (!) nəfsin nədənsə Rəsulallahın (s) iftarı yüngül şəkildə açıb, axşam namazını qıldıqdan sonra yemək yediyini xatırlamır. Sənə sərf etdiyi zaman filan məzhəbi təqlid edən fəqihin (!) nədənsə həmin məzhəbə görə, axşam namazının vaxtının dəstəmaz alıb beş rükətlik bir namaz qılacaq qədər olduğunu xatırlamaz.
    Fironların süfrəsini xatırladan süfrənə Hz. Məhəmmədin (s) sünnəti Allahın adı ilə başlayaraq israf haramının “Bismillah” ilə izolə edilə biləcəyini zənn edərsən. Vay o bədənin halına! Axşamadək yeyə bilmədiklərinin acığını yarım saatlıq zaman kəsiyində çıxararsan. Doyanadək, partlayanadək yeyərsən.
    Hətta: “Bəlkə sahura qalxa bilmərəm”, - deyə bir qədər də sahur üçün yeyərsən. Yeyib qurtararkən içindəki fəqih olan şeytana satılmış nəfsin: “Boşqabdakı yeməyi sonadək yeyib, onu təmizləmək sünnətdir” fitvasını verər. Sən də bu sünnəti yerinə yetirmək əziyyətinə dözərək (!) təqvalı qul ədası ilə boşqabları sünnətləyərsən! Haramlardan ibarət süfrəni sünnətlərlə (!) bəzəyərsən.
    Həmin satılmış daxili şeytanına qarşı: “Ey alçaq nəfs! Hz. Aişə (Allah ondan razı olsun) anamız deyir: “Rəsulallahın (s) boşqabında yemək o qədər az olardı ki, yeyib qurtardıqda boşqabda yemək qalmazdı”. Sən ey alçaq nəfs! Öz şişmanlığına sünnətdən dəlil axtarırsanmı? Elədirsə, nə üçün sünnətin bir qismini qəbul edib, bir qismini kənara qoyursan? Məgər: “Mənim ümmətim acmadan yeməyə oturmaz, doymadan (süfrədən) qalxar” hədisindən xəbərin yoxdurmu? Bəs: “Qiyamət günü aclıq hissini ən çox hiss edənlər dünyada ən çox tox olanlardır” hədisini eşitməyibsənmi? “Təbiətcə şişman olanlar istisna olmaqla Allahın ən sevmədiyi qul şişman quldur” hədisindən bixəbərsənmi?.
    Hz. Aişə (Allah ondan razı olsun) anamızın: “Rəsulallahın süfrəsində heç bir zaman üç növ yeməkdən daha çoxu olmadı” rəvayəti sənə gəlib çatmadımı, ey cahil? Ey nəfs! Sən bunları Rəsulallahın (s) təqvasını qarunun süfrəsinə bənzətdiyin süfrədə necə xatırlaya bilərsən? “İstəsəydim, sağımda qızıldan, solumda isə gümüşdən bir Uhud yürüdülərdi. Mənim dünya(dünya malı ilə) nə işim ola bilər?!” - deyən Peyğəmbəri (s) fironsayağı süfrədə necə xatırlaya bilərsən?
    “Uca Allah kafirlərdən əsirgəmədiyi dünya malını Öz elçisindənmi əsirgəyər” söyləyirsən deyə, qarşılıq verən yaxşılığı əmr edərək, pis işlərdən çəkindirən mömindən də bir qulp tapıb uzaqlaşacaqsan. İnsan sənin fikirlərini mənimsəyən biri olduqda möhtərəm bir zat olacaq. Ancaq nəfs bütünü sındıran brii olduqda isə: “Onun filan əksiklikləri, filan günahları var” deyəcəksən. Fironsayağı həyatını, süfrəni və evini Peyğəmbərin (s) sünnəti ilə ört-basdır etməyə çalışacaqsan. Yanında olmayan keçmiş dostlarını hələ də ayılmamış axmaqlar hesab edəcəksən. Əməksevərlikdən dəm vurduqda radikal kommunistlərdən də çox əməyin müqəddəsliyindən danışacaqsan.
    Ey həva-həvəs! Ey nəfs! Oruc merac kimidir. Yüksəlmək, ucalmaq deməkdir. Bil ki, Allah nəzdində yüksəlmək istəyirsənsə, nəfsinin və şeytanın başından basmalısan. Hz. Peyğəmbər (s): “Kim Allah üçün təvazökarlıq edərsə, Allah həmin kəsi ucaldar” buyurur. “Möminin meracı” olan namaz da nəfsə həddini bildirmək üçündür.
    Oruc həddini bilməyən nəfsə həddini bildirməyin, yerini göstərməyin, tanıtmağın bir yoludur. Əgər oruc sənə həddini bildirmirsə, orucunu gözdən keçirt. Oruc tutmaq, oruclu olmaq sənə yalnız kasıbları xatırladırsa, səni kasıblarla birgə etmirsə, bil ki, ruhun üçün, ruhuna oruc tutdura bilməyibsən. Oruc nəfsini ayağının altına alaraq, Ruhullah İsa (əleyhissəlam) kimi ruhunu ərşə yüksəltməkdir. Unutma, oruc - namazla ucalmağa çalışan bir kəsə yardım üçün tələsən “buraq”dır. Ən sonda deyək ki, oruc qalxandır. Yandırana qarşı qalxandır. Unutma, bir gün vicdanını rahatlatdığın bütün dini hökmlər və duyğu dolu ifadələr hər şeyi bilən Uca Allah tərəfindən sorğu-suala çəkiləcəkdir. Həmin gün Rəbbin izni olmazsa, heç kim bir kəlmə belə söyləyə bilməyəcək!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 657 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru