Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 16 » Oruc – Allahla bitkin həyat yaşamaqdır...
    Oruc – Allahla bitkin həyat yaşamaqdır...
    12:21
    Oruc – Allahla bitkin həyat yaşamaqdır

    İslam dininin bütün təlimləri özündə müəyyən məqsədi, hikməti ehtiva edir. Elə bir hökm, ibadət, əmr və qadağa yoxdur ki, nə isə bir hikmətlə bağlı olmasın. Allah təala hər şeyi, o cümlədən insanı yaradarkən, yer üzünə şəriətlər göndərərkən insanların mənafeyini əsas götürmüşdür.

    Bir sözlə, islamın hər bir komponentində: ibadətdə, sosial münasibətlərdə (müaməlat), halal və haramda hikmət vardır. Onu da deyək ki, ibadətə, ondakı hikmətə Allahın ehtiyacı yoxdur; Ona nə itaətkarlığımız fayda verər, nə də asiliyimiz zərər toxundurar. İbadətə ehtiyacı olan bizik – biz bəndələr, Allah deyil!

    Oruc ibadətindəki hikmətlərə gəlincə, aşağıdakıları söyləyə bilərik:

    Oruc tutmaqla biz nəfsimizi tərbiyə edir, mənən saflaşırıq. Çünki orucda Allahın əmrlərinə itaət, qadağalarından çəkinmə vardır. Bitkin ibadətlə mənəviyyatın ali pilləsinə qalxmaq mümkündür. Kamilləşmək üçün nəfsimizi istəklərdən, şəhvətdən, vərdişlərdən məhrum edirik...

    Oruc tutmaq imkan verir ki, mənəvi mahiyyətimiz fiziki-bioloji mahiyyətimizə qalib gəlsin. Axı insan əsas iki ünsürdən: bioloji və ruhi (mənəvi) ünsürlərdən ibarətdir. . İnsanın təbiətində həm torpağa, həm də Allaha çəkən xüsusiyyətlər vardır; o həm torpaqdan yaradılıb, həm də Allahın nəfəsi ona üfürülüb. Oruc sayəsində ruhumuz bədənimizə, ağlımız şəhvətimizə qalib gəlir və biz səmaya – mənəviyyata sarı ucalırıq...

    Ramazan orucu bizə möhkəm iradə, nəfslə mübarizə əzmi, səbir, ənənəvi həyat tərzinə üsyan şüuru aşılayır. Əbəs yerə deyildir ki, oruc tutmaqla iki növ səbri: günahlardan çəkinmək və ibadətlərə bağlılıq səbrini öyrənmiş oluruq. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) hədisi də dediklərimizi təsdiqləyir:

    “Ayın (Ramazanın) orucu səbir deməkdir. Hər ayın üç gününü oruc tutmaq qəlbdəki kini, nifrəti təmizləyir” (Təbərani)...

    Ramazan orucu insanı günahlara sürükləyən ən təhlükəli şəhvətlə – cinsi istəklə mübarizədə köməyimizə gəlir... Həqiqətən də, cinsi instinktlər bir çox halda insanın davranışlarına istiqamət verən, onu alçaldan, Allah yolundan uzaqlaşdıran instinktlərdir. Hətta cinsi əlaqəni həyatın qayəsi hesab edən filosoflar (Epikür...) tapılmış, XX əsrdə isə seksual sərbəstliyi elmi əsaslar üzərinə qaldırmağa cəhd göstərilmişdi (Freyd).

    Davamlı şəkildə oruc tutmaq insanda cinsi şəhvəti öldürür, davranış və təsəvvürlərini bu instinktin təsirindən xilas edir...

    İnsan oğlu oruc tutmaqla naz-nemət, bol ruzi içərisində yaşadığını dərk etmiş olur. Çünki o, oruc zamanı bu nemətlərdən müvəqqəti olaraq imtina etməyə məcburdur. Bəli, naz-nemət bolluğunda yaşadığımız zaman bunu hiss etmirik. Halımızdan xəbər tutmağımız üçün ac-susuz qalıb, lüksdən uzaqlaşmağımız lazımdır ki, oruc da bu “xatırladıcı” vəzifəni icra edir...

    Orucun əsas hikmətlərindən biri də onun ictimai həmrəylik funksiyası daşımağıdır. Ramazanda vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq hər kəs aç qalmağa məcburdur. Bu zaman naziri də, prezidenti də, biznesmeni də, varlısı da, kəndlisi də, kasıbı da məhrumiyyətdə bərabərləşirlər; hər kəs aclığı, məhrumiyyəti, çətinliyi eyni dərəcədə hiss edir. Bu da öz növbəsində imkan verir ki, varlılar kasıbların vəziyyətini başa düşsünlər, onların nələr çəkdiyini praktik olaraq hiss etsinlər, nəticədə, onlara maddi yardım göstərsinlər, xeyirxahlıq “kisə”sinin ağzını daim açıq saxlasınlar... Bununla da, cəmiyyətdə sosial həmrəylik, köməkləşmə, dadaçatma şüuru formalaşır...

    Nəhayət, Ramazan orucu insanı təqva məqamına yüksəldə bilir. Elə bu ibadətin bizlərə vacib qılınmasının başlıca hikməti də budur:

    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə, təqva əhlindən olasınız” (əl-Bəqərə, 183).

    Əgər təkcə mədəmizlə deyil, gözümüzlə, ağzımızla, qulağımızla, əlimiz və ayağımızla oruc tutsaq, mənəvi dünyamız gözəlləşər, davranışlarımız, hərəkətlərimiz, düşüncələrimiz yaxşılaşar və biz təqva məqamına ucalarıq:

    “Yalan söz və davranışları tərgitməyənin ac-susuz qalmağına Allahın ehtiyacı yoxdur” (Buxari);

    “Oruc yemək-içməyi tərgitmək deyildir, əksinə, pis söz danışmaqdan və buna bənzər şeylərdən çəkinməkdir. Birisi sənə sataşar və ya sənə qarşı nadanlıq edərsə, “Mən orucluyam” – de” (İbn Xüzeymə).

    İbn əl-Qeyyim (Allah rəhmət etsin!) deyib:

    “Əzaları və davranışları mühafizə etmədə orucun heyrətamiz təsiri vardır... Oruc qəlbi və əzaları yaxşılaşdırır, təqva məqamına çatmada (insana) daha çox kömək edir”.

    Şeyx Yusif əl-Qərdavi Ramazan orucunu tərbiyə məktəbinə bənzədir:

    “İslam hər il “Ramazan orucu” adlanan bir məktəb açır və insanları ən ülvi dəyərlər əsasında praktik şəkildə tərbiyə edir... Kim bu məktəbdən faydalanarsa, onu qənimət bilərsə, “ticarət”i karlı olar...”.

    “Əqidə insanının mənəvi keyfiyyətləri” kitabının müəllifi M. Mustafa yazır:

    “Oruc təkcə yeməkdən, içməkdən, cinsi münasibətdən imtina deyildir, o, əslində, Allahla bitkin həyat yaşamaqdır. Biz bu həyatı qəlbinizlə, əzalarımızla, davranışlarımıza nəzarət etməklə, nəfsimizlə mübarizə aparmaqla, islamın əxlaq və ədəb-ərkan qaydalarını gözləməklə, Allahın qağan buyurduğu şeylərdən uzaq qalmaqla yaşamalıyıq...

    Ramazan bir sanatoriyadır. Bu sanatoriyaya qədəm basıb, onun imkanlarından bacardıqca faydalananlar mənəvi xəstəliklərdən, eybəcərliklərdən şəfa tapır, müsbət keyfiyyətlərə sahib olurlar. Bu sanatoriyada onlar səbir, ixlas (səmimiyyət), iradə, əzaları tərbiyə, nadanlarla mülayim davranma, kasıblara rəhm göstərmə kimi keyfiyyətləri mənimsəyirlər...”.

    Xülasə, Allah istəyir ki, Ramazanda oruc tutmaqla, ondakı hikmətləri başa düşüb, fürsətlərdən faydalanmaqla Rəhmanın qullarına çevrilək, təqva mərtəbəsinə ucalaq...

    İdeal müsəlman şəxsiyyəti modelini formalaşdırmaq – budur orucdakı əsas qayə, başlıca hikmət!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 679 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 11
    Qonaqlar: 11
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru