Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 25 » Ömər ibn Əbdüləzizin valilərə məktublarından parçalar
    Ömər ibn Əbdüləzizin valilərə məktublarından parçalar
    19:34
    O, ətrafındakı hər şeyə qarşı diqqətli və ayıq-sayıq idi. Bu xüsusiyyəti özünü yalnız dövlətin idarə edilməsi işində və gördüyü tədbirlərdə deyil, eləcə də proseslərin inkişaf istiqamətini əvvəlcədən görmək, hadisələri təfsilatınadək dərk və təhlil etmək məsələsində də büruzə verirdi.

    Valilərinə yazdığı məktubları öyrəndiyimiz təqdirdə onun ayıq-sayıqlığını və uzaqgörənliyini sübut edən bir çox heyrətamiz sübut tapa bilərik.

    Burada bəhs etdiyim məktublardan bəzi hissələri qeyd etmək yerinə düşərdi:

    - Allahın halal qıldığını halal, haram qıldığını da haram qəbul edin. Allahın üzərinizdəki haqqını qəbul və etiraf edin. Allahın nazil etdiyi ilə hökm verin;

    - Hicrət qapısını müsəlmanlar üçün daim açıq saxlayın;

    - İnsanların quruda və dənizdə ticarət etmələrinə imkan yaradın. Allahın qulları ilə güzəranlarının arasına girməyin;

    - Təminat altına alınmış ərazilərdən müsəlmanların da istifadə etməsinə əngəl törətməyin. Dövləti idarə edənin bu torpaqlardakı haqqı sadə vətəndaşın haqqı kimidir;

    - Sərxoşluq hər cür günah və yanlış əmələ açılan qapıdır. Sərxoşluq verən hər növ içkini qadağan edin;

    - Çəki və ölçüdə hiylə və aldatmağa qarşı mübarizə aparın;

    - Vali ikən ticarətlə məşğul olmayın. Çünki vali ticarətlə məşğul olmağa başlayarsa, nə qədər diqqətli davransa belə istəmədən imtiyaz sahibi olar, inhisar yaradar və malı zorla qəsb edər;

    - Allahın sizin üçün müəyyən etdiyi haqdan başqa ictimai maldan heç nəyə göz dikməyin. Bu haqqınızdan başqa hər şeydən vaz keçin. Bu məsələdə müsəlman ilə kitab əhli arasında heç bir fərq yoxdur;

    - Heç kimi zorla və qarşılıqsız işlətməyin. Hər bir iş üçün haqq, məvacib təyin edin;

    - Tarlalardan müvafiq şəkildə istifadə edin. Belə ki, onlar yalnız bütün müsəlmanların ruzisini qarşılamaq üçündür;

    - Qapınıza ehtiyacı olanların və haqsızlığa məruz qalanların girişinə mane olan gözətçilər qoymayın;

    - Qəbiləbazlığın, tayfabazlığın kökünü qazıyın. “Mən Mudar qəbiləsindənəm”, “Mən yəmənliyəm” və bu kimi sözləri söyləyən bir insan belə qalmasın. Belə ki, bütün möminlər bir-birilərinin qardaşlarıdır;

    - At cihad, müharibə vasitəsidir. Odur ki, lüzumsuz yerə onu çapmayın;

    - Qadınların saçlarını açaraq ölünün arxasından fəryad etməsinə mane olun;

    - Düşmənlərinizlə döyüşdüyünüz kimi öz nəfsinizlə də mübarizə aparın;

    - Sizə qarşı çıxanları doğru yola gətirin, həqiqəti görmələrinə şərait yaradın. Onlarla şəfqətli davranın, bilmədiklərini öyrədin. Əgər doğrunu qəbul edib haqqa tabe olsalar, bu, Allahın bir neməti və lütfüdür. Yox əgər haqqı qəbul etməsələr, onları cəzalandırarkən həddi aşmayın;

    - Özünüz və tabeliyiniz altında olan insanlar üçün Allaha çox dua edin, Ondan asanlıq istəyin. Belə ki, tabeliyinizdəkilərin doğru yolda olmaları onlardan çox sizə fayda verəcəkdir. Həmçinin, insanların fitnə-fəsad içində olması daha çox sizə zərər verəcəkdir.

    Gözətçilərinizi, təhlükəsizlik məsələlərindən məsul şəxsləri, asayişin təmin olunması üçün vəzifə verdiyiniz şəxsləri davamlı yoxlayın. Xilafətə xəyanət və insanlara zülm etmədiklərindən əmin olmaq üçün ayıq-sayıq davranın;

    - İnsanların nəzərlərinin daim üzərinizdə olması və davamlı şəkildə sizdən bəhs etmələri sizi qürurlandırıb, aldatmasın. Özünüzə din baxımından daha xeyirli, daha təqvalı və Allaha qulluqda daha səmimi davrananları nümunə götürün;

    - Namaz vaxtı yetişdikdə bütün işlərinizi bir kənara qoyun. Namazı fövtə verən insan digər işlərini daha asanlıqla bərbad edər;

    - Daim doğru yolu axtarın. Onu tapdığınız zaman isə mənim və sizin həyatınız bahasına belə olsa ondan ayrılmayın.

    Yuxarıda qeyd etdiklərimiz Ömər ibn Əbdüləzizin fikir və düşüncələrinə hakim olan, hisslərini və iradəsini də əhatə edən ayıq-sayıqlığını göstərən bəzi əmr və tövsiyələridir.

    Bu, bütövə göstərilən diqqətin parçalara da göstərildiyi ayıq-sayıqlıqdır.

    Ömər ibn Əbdüləziz, iti zəkası və əzmi ilə xilafəti idarə etmək kimi çətin bir işin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

    Onun hər bir məsələdə məsuliyyətli davranışı günəş kimi aydın və parlaq idi. Dövlətin və ümmətin problemləri bu problemləri müəyyən edib fəlsəfə açacaq bir kəsi deyil, onlarla dürüst şəkildə, məsuliyyətlilik hiss edərək üzləşəcək və mübarizə aparacaq şəxsi gözləyirdi. Elədirsə, nə üçün ətrafa baxmalı və ya gözləməli?!

    Xəlifə İbn Əbdüləzizin dövləti idarə etmək anlayışı belə idi. O, dayanmadan, yorulmaq nədir bilmədən çalışar, səy göstərər, tədbir tökərdi. Hər bir kəsə daşıdığı məsuliyyəti xatırladar, onlardan öhdəliklərini cəsarətlə və biliklə həyata keçirmələrini tələb edərdi.

    Xəlifə İbn Əbdüləziz problemlərə biganə, laqeyd qalmamağı, onların həllində çəkingən davranmamalarını tələb edirdi; valilərin məsuliyyət yükünü çiyinlərində cəsarətlə daşıyıb, insanların üzünü və könüllərini yalnız haqqa çevirib, xəlifə də daxil olmaqla heç bir şeyi ona tay tutmadan əminliklə qərarları icra etdiklərini gördükdə həddən ziyadə xoşhal olar, sevinərdi.

    Xəlifə İbn Əbdüləziz belə deyirdi: “Sizə haqqa zidd əmr göndərdiyim zaman, onu bir kənara atıb yalnız haqdan yapışın”.

    O, məsuliyyətdən qaçma, öhdəlikləri yerinə yetirməkdən çəkinmə kimi problemləri də səlahiyyətlərin təhvil verməklə həll edirdi.

    Bir dəfə o, valilərindən birinə fərman göndərmişdi. Vali xəlifəyə məktub yazaraq, mövzuya bir qədər aydınlıq gətirməsini istədikdə xəlifə Ömər hiddətlənərək, dərhal aşağıdakı məktubu yazdı:

    “Görürəm ki, sənə qurban kəsib ətini kasıblara paylamağını əmr etsəm, qurbanın qoyun yoxsa keçi olduğunu soruşacaqsan. Hansı heyvanı kəsməli olduğunu söyləsəm, bu dəfə də onun böyüklüyü və ya kiçikliyi ilə maraqlanacaqsan. Bunu da sənə bildirsəm, onun rəngini sual edəcəksən.

    Sənə bir fərman göndərdiyim zaman ətraflı götür-qoy et, sonra isə əmri yerinə yetir!

    O, insanların haqlarının gecikdirilməsinə əsla razı olmazdı.

    O, aradan qaldırılmamış hər yanlış və haqsızlığın üzərindən keçən bir dəqiqəyə görə özünü məsul tutar, hər bir xətanı düzəltmək, hər bir kəsə haqqı olanı vermək xüsusunda ləng davranmazdı.

    Qərarlılığından və işi sonadək görməsindən dolayı valilər, hakimlər və digər dövlət məmurları ona qibtə edərdilər. Xəlifə İbn Əbdüləziz çevik və dürüst idi. Bir insanı öhdəsindən gələ bilmədiyi vəzifəyə təyin etdiyini başa düşdükdə heç bir təsir altında qalmadan onu bir an belə orada saxlamazdı. Xəlifənin məziyyətlərindən biri də insanlardakı potensialı kəşf etmək, onu ortaya çıxarmaq idi.

    Onun ayıq-sayıqlığı və iş bacarığı sayəsində xilafət yenidən dirçəlmişdi.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 678 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru