Novruz
Farisi ilin ilk günləri olub, beş gün davam edir. Misirdə yaşayan
qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə
görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı
adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət
eləsin – "Təşəbbuhu'-Hasîs bi Əhli'l-Hamîs”; s: 46 adlı əsərində belə
demişdir: "Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu
günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü
olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu
məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Müsəlmanların Ramazan
bayramı ilə Qurban bayramından başqa keçirəcəkləri digər heç bir bayram
yoxdur. Bu iki bayramdan başqa olan bayramlar, sonradan çıxarılmış,
dinə olunan yeniliklərdən biridir. Buna bidət deyilir. Hər bidətin
zəlalət olduğunu, hər zəlalətin də sonunun Cəhənnəmdə yanmaq olduğunu
bilən hər bir inanclı müsəlman bacardığı qədər belə əməllərdən
çəkinməlidir. Bu bayramları qeyd etmək icazəli deyildir. Mən burada
məsələləri islamın mövqeyi kimi yazıram. Əlbəttə bizim camaatımız da
müsəlman bir xalqdır və bu bayramı çox təntənə ilə qeyd edirlər. Burada
ümumi islamın mövqeyini yazıram və mənim hazırladığım material heç kimi
narahat etməsin. Dönüşümüz Allahadır.
Hər bir
məsələdə, xüsusi ilə şəriət məsələsində söz deyən, fikir bəyan edən
şəxs mütləq böyük bir dəlilə əsaslanmalıdır. Biz Novruz bayramını qeyd
etmək haqqında tutarlı dəlillərə sahib deylik. Açıq danışaq ki, bu
barədə əlimizdə olan dəlillərin hamısı tarix boyu dədə-babalarımızın
təkrarladığı adət-ənənədir. Bu da heç bir vaxt həqiqətin yerini verə
bilməz. Allahın elçisinin (s.ə.s)
yanında olan və ondan hədis rəvayət edən Ənəs ibn Malikdən (r.a)
rəvayət olunduğuna görə o belə demişdir:
((
قَدِمَ رَسُولُ اللهِ ج الْمَدِينَةَ وَلَهُمْ يَوْمَانِ يَلْعَبُونَ
فِيهِمَا، فَقَالَ: مَا هَذَانِ الْيَوْمَانِ؟ قَالُوا: كُنَّا نَلْعَبُ
فِيهِمَا فِي الْجَاهِلِيَّةِ. فَقَالَ رَسُولُ اللهِ ج: إِنَّ اللهَ قَدْ
أَبْدَلَكُمْ بِهِمَا خَيْرًا مِنْهُمَا: يَوْمَ الْأَضْحَى وَيَوْمَ
الْفِطْرِ.)) [ رواه أبو داود والنسائي وصححه الألباني في السلسة الصحيحة ]
Allahın
rəsulu (s.ə.s) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə,
Mədinəlilərin (Novruz bayrmı günü ilə Mehracan günü adlandırdıqları)
oynayıb əyləndikləri iki günləri var idi. Allahın rəsulu (s.ə.s):
- Bu günlər nədir? – deyə soruşdu.
Mədinəlilər:
- Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər.
Bunu eşitdikdə Allahın rəsulu (s.ə.s) belə buyurdu:
- Şübhəsiz
ki, Allah təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha
xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını
vermişdir” (Ebu Davud; hadis no: 1134. Nesâî; hadis no: 1556. Elbânî de; "Silsiletu'l-Ehâdîsi's-Sahîha"; hadis no: 2021'de hadisin sahih olduğunu belirtmiştir..)
Dinə
sonradan əlavə olunan bayramlara, Novruz bayramı, Qadınlar bayramı,
Analar günü, Ad günləri, Müstəqillik bayramı və s. sayı-hesabı olmayan
bayramların hamısı daxildir. Əgər qeyd olunan bayram Novruz bayramı
kimi, əsasən kafirlərin şənləndikləri bayramlardandırsa bu zaman
haramlığı, daha da şiddətli və böyük olar. Novruz
bayramı, cahiliyyə bayramlarından biriir. Farslar, İslamdan əvvəl bu
bayramı qeyd etdikləri kimi, xristianlar da bu bayramı qeyd edirdilər.
Farslara və xristianlara bənzəmək olduğuna görə Novruz bayramını qeyd
etmənin haram olması, açıq aşkar ortadadır. İmam Zəhəbi (Allah ona
rəhmət eləsin) "ət-Təməssuk bi's-Sunən və't-Təhzîr minə'l-Bidə'
/Sünnətə Bağlanmaq ve Bidətlərdən çəkinmək" risâləsində belə demişdir: "Ad
günü, Yeni il, Novruz kimi bayramlarda islamdan uzaq insanlara bənzəmək
çirkin bir bidətdir (dində yenilikdir). Bir müsəlman, bu günləri və
bayramları bilmədən din sayaraq edərsə (müqəddəsləşdirərsə), o tənqid
olunmalı, ona islamın bu barədə olan hökmü öyrədilməlidir. Əgər dindən
uzaq insanlara sevgi bəsləyərək və onların bayramlarına sevinc hissi
keçirərək bu bayramı qeyd edərsə, bu davranışına görə də tənqid
olunmalıdır. Yox əgər bir adət və əyləncə olsun deyə və ailəsini razı
edib uşaqlarının sevinməsi üçün edərsə, bu təqdirdə onun vəziyyətinə
baxılır. Əməllər, ancaq niyyətlərə görə dəyərləndirlir. Cahil olan, bu
barədə heç bir məlumtaı olmayan bu məsələdə üzrlüdür və islamın bu
barədəki hökmü özünə öyrədilməlidir. Ən doğrunu bilən Allah təaladır” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Bu
araşdırmamamız heç kimi narahat etməməlidir. Çünki hər kəsin vicdan
azadlığı, söz azadlığı, bu və ya digər şəkildə bilməyənlərə həqiqəti
çatdırmaq azadlığı vardır. Biz əlbəttə bu qədər camaatımızın və
gənclərimizin mövqeyini dəyişmək üçün bu araşdırmanı ortaya qoymuruq.
Bu vəziyyətdən Allaha sığınırıq. Yaxud da kiməsə sən bu bayramı qeyd
etmə də demirik. Bu məsələdə heç bir qadağa qoymaq və ya kimisə bu işdə
məcbur etmək haqsızlıqdır. Bu həm dövlətimizin qayda-qanunlarına, həmdə
ümumi cəmiyyətimizin hələ öz adət-ənənələrinə yenicə qayıtdığı bir
şəraitdə qarşısının kəsilməsi kimi də başa düşülə bilər. Belə səhv
anlaşılmaqdan da Allaha sığınırıq. Çünki biz hamımız bu cəmiyyətin
içərisindəyik və istər-istəməz bu adət-ənənələri ən azından yaşayırıq.
Hamımızın evimizdə hər yaz bu təmtəraqllı bayram qeyd olunur, özümüz də
bişirilən şirniyyatlardan yeyirik. Biz sadəcə bu məsələdə islam
şəriətinin ortaya qoyduğu məsələləri oxucularımızın diqqətinə
çatdırırıq.
Allahın peyğəmbərindən (s.ə.s) gələn bu hədisə görə bayramlarında kafirlərə bənzəmək, doğru deyildir.
(( مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ.)) [ رواه أبو داود وأحمد ]
"Hər
kim bir camaata (qövmə, xalqa) bənzəyərsə (Onların geyindiyi kimi
geyinərsə, getdiyi yolla gedərsə və onların işlətdiyi əməlləri
işlədərsə) o da onlardandır” (Ebu Davud ve Ahmed).
Bunun mənası
odur ki, müsəlmanlar kafirlərə aid hər şeydə onlara bənzəməkdən və
onların bu davranışlarını xoş görməkdən uzaq durmalıdırlar. Çüki
mükəmməl əxlaqa sahib olan bir müsəlman istər-istəməz onların arasına
qarışsa nə qədər özünü gözləsə də yenə əxlaqını itirə bilər. Belə
hallara düşməkdən də Allaha sığınırıq. Abdullah bin Əmrdən – Allah
ondan və atasından razı olsun – rəvayət olunur ki, o belə demişdir:
((
مَنْ مَرَّ بِبِلاَدِ الْأَعَاجَمِ ( وفي رواية: بَنَى بِأَرْضِ
الْمُشْرِكِينَ) فَصَنَعَ نَيْرُوزَهُمْ وَمِهْرَجَانَهُمْ، وَتَشَبَّهَ
بِهِمْ حَتَّى يَمُوتَ وَهُوَ كَذَلِكَ، حُشِرَ مَعَهُمْ يَوْم
الْقِيَامَة.)) [ عون المعبود وفيض القدير]
"Hər kim, Əcəmlərin (qeyri ərəblərin) ölkəsindən keçərsə (başqa
bir rəvayətdə): Müşriklərin (Allaha şərik qoşanların) torpağında
olarsa, onlarla bərabər onların Novruz və Mehrəcan bayramlarını qeyd
edərsə və ölənə qədər bu halda qalaraq onlara benzəyərsə, qiyamət günü
onlarla bərabər həşr olunar”
Çünki bayramlar, şəriət və yol qəbilindəndir. Necə ki, Allah təala bu barədə belə buyurmuşdur: "Biz
(keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl
edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud
qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən
onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə)
dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)” (əl-Həcc, 67).
Eyni ilə qiblə, namaz, oruc kimi...
Bu səbəbdən də
alimlər deyirlər ki, cahillərin bayramlarında iştirak etməklə onların
izlədikləri digər yollarla getməyin heç bir fərqi yoxdur. Yəni əgər sən
müsəlmansansa və bu bayramın cahiliyyə bayramı olduğunu bilirsənsə,
bundan uzaqlaşmalısan, çünki bayramda cahillərlə olmaq, digər işlərində
də cahillərlə olmaq kimidir. Onların bayramlarının hamısını qəbul etmək
onların küfrünü qəbul etmək deməkdir. Onların bayramlarından bir
qismini qəbul etmək, onların küfrlərindən bir qismini qəbul etmək
deməkdir. Bayramlar, şəriətləri (dinləri) bir-birindən ayıran ən açıq
xüsusiyyətlərdən və ən açıq simvollardan biridir.
Etirazlara
və fikirlərinizə hər zaman qapım açıqdır. Həqiqətən də mən sadəcə
şəriətin bu barədə olan məsələlərini qeyd etdim. Etirazdan və mənə
mənfi reaksiya verməyinizdən əvvəl çox xahiş edərdim ki, siz açıb bu
məsələ barədə bütün islam alimlərinin kitablarını oxuyasınız.
Görəcəksiniz ki, bunları nə araşdırmaçı, nə də mən havadan və
nəfsimizdən yazmamışıq. Bunlar şəriətin qayda-qanunlarıdır. O dünyəvi
qayda-qanunlara bənzəmir. Çünki şəriətdə oğrunun əli kəsilir, zinakar
daş-qalaq olunub öldürülür. Qazi Xan demişdir: "Əgər
bir şəxs, başqa bir gündə almadığı bir şeyi sadəcə Novruz bayramı günü
satın alarsa, kafirlərin ucaltıqları və təzim etdikləri kimi, bu günü
ucaltmaq və ona təzim göstərmək istəyərsə, bu təqdirdə kafir olar. Yox
əgər ucaltmaq və ona təzim göstərmək üçün deyil, sadəcə əylənmək üçün
satın alarsa, bu təqdirdə kafir olmaz. Əgər Novruz günü bir insana bir
şey hədiyyə edər və bununla o günü ucaltmaq üçün ona təzim göstərmək
istəməz, bunu sadəcə insanların bir adəti olduğu üçün edərsə, bu
təqdirdə kafir olmaz. Müsəlmanın, bu gündən əvvəl və ya sonra etmədiyi
bir şeyi bu gündə də etməməsi və kafirlərə bənzəməkdən qaçması
lazımdır”. Maliki
alimlərindən İbn Qasım deyir: "Müsəlmanın, bir xristianın bayram
günündə ona bir şey hədiyyə etməsini çirkin görmüş və bu davranışın,
onun bayramını ucaltmaq, ona təzim göstərmək və onun küfrünə kömək
etmək kimi görmüşdür. Eyni şəkildə bayramlarında kafirlərə bənzəmək
doğru deyildir...”
Dəyərli alim Abdullah bin Cibrin (Allah onu qorusun) bu barədə belə deyir:
"Xristianların
yeni il bayramı ilə (Məcusilərin) Novruz və Mehrəcan bayramları kimi
bidət olan bayramları qeyd etmək doğru deyildir. Eyni şəkildə
müsəlmanların, dində sonradan çıxardıqları Rəbü-əl-Əvvəl, Mövlüd-i
Nəbəvi (Peyğəmbərin ad günü), Rəcəb ayında olan Merac Bayramını qeyd
etmələri də doğru deyildir. Xristianların yeni il gecəsi və yaxud
müşriklərin öz bayramları üçün hazırladıqları yeməkdən yemək doğru
deyildir. Bu bayramları təbrik etmək üçün etdikləri dəvətə getmək də
doğru deyildir. Çünki onların dəvətinə cavab vermək, onları bu məsələyə
təşviq etmək, onları cəsarətləndirmək və onların bu bidətlərini qəbul
etmək deməkdir. Eyni zamanda bu davranış camaatdan savadı olmayan
kimsələrin aldadılmalarına və kafirlərin bu hərəkət və davranışlarında
hansısa bir təhlükənin olmadığına inanmalarına səbəb olar. Allah təala
ən axşı biləndir” (el-Lu'lu'ul-Məkîn Min Fətâvâ İbn-i Cibrîn; s: 27).
Hazırladığım bu məqaləni www.islamhouse.com
saytından əlavələr edərək tərcümə etmişəm. Məqalənin əsl müəllifi
Mühəmməd Saleh əl-Münəccid, türk-dilinə çevirən Muhammed Şahin, tədqiq
edən Ümmü Nəbildir.
Məqaləni
oxuyanda islamdan anlayışı az olanlarda çaşqaınlıq və şübhə yaranmasın.
Çünki bu məqalə tam qəlbi ilə Allaha bağlı olanlar üçün hazırlanmışdır.
Əsas izah olunmağa çaılşılır ki, tam qəlbi ilə Allaha və Onun
peyğəmbərinə (s.ə.s) bağlı olanlar diqqətli olsunlar və qondrama
bayramlara aldanmasınlar. Doğru yola müvəffəq edən Allahdır. Allah
təala bizi doğru yoluna müvəffəq etsin. Amin!
Tərcümə edib hazırlayan və əlavələr edən: Əkrəm Həsənov (İlahiyyatçı) .
|