Avropada niqabın qadağan edilməsi müzakirə edildiyi bir vaxtda, ingiltərəli bir nazir niqabın qadının azadlığı olduğunu və gücünü təmsil etdiyini açıqlayıb.
Bu haqda Mühafizəkarlar Partiyasının sədri Karolina Spelman açıqlama verib. Niqabın ictimai yerlərdə qadağan edilməsinə qarşı çıxan sədr, bu tərzdə geyinən qadınların daha güclü olduğunu deyib. “Bu ölkədə yaşayan bir qadın olaraq nə geyinib-geyinməyəcəyimi mənə heç kim deyə bilməz. Mən Əfqanıstanda oldum və bir qadının nəyə görə niqab geyinmək istədiyini artıq daha yaxşı başa düşürəm. Bu, onların mədəniyyətlərinin bir hissəsidir. Onların evdən çölə çıxarkən niqab geymək istədiklərini qəbul etmək, onları başa düşməyin bir hissəsidir. Biz azad bir ölkədə yaşayırıq və insanların azad olmalarına əhəmiyyət verməliyik. Bir qadının hər səhər qalxıb nə geyinəcəyinə qərar verməsi, onun gücündən xəbər verir”, - Spelman məsələyə münasibət bildirib. /haber5/